Məhkəmə qərarları › İş №3(010)-1834/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1834/2020

23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1834/2020 23.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakları ilə, Şəxs, xx xxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2D3TPEN, orta təhsilli, boşanmış, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi, 42 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(009)-601/2013 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən xx xxxxxx 2013-cü ildən başlayaraq xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 100 manat məbləğində aliment tutularaq X3 ödənilməsi müəyyən edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-1402/2018 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən isə xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X1 üçün Şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(009)-601/2013 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, 154 manat müəyyən edilmiş və həmin pul vəsaitinin qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Şəxs hər ay sabit pul məbləğində tutularaq (uşaq yetkinlik yaşına çatanadək) X5 ödənilməsi müəyyən edilmişdir. Həmin icra sənədlərinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini icra etməmiş və nəticədə Şəxs icra sənədləri üzrə 8.374 manat ödənilməmiş aliment borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-1402/2018 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən ondan, xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X1 üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(009)-601/2013 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, 154 manat müəyyən edilmişdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq heç yerdə işləmədiyinə görə yaranmış aliment borcunu birdəfəlik ödəmək iqtidarında deyil. Möhlət veriləcəyi təqdirdə icra sənədləri üzrə borcunu hissə-hissə olmaqla ödənilməsini təmin edəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(009)- 601/2013 nömrəli qətnaməsinə dair icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş Şəxs yaşadığı ünvana göndərilmiş və sonuncuya icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunmuşdur. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarı ilə Şəxs 05 gün müddətinə inzibati həbs olunmuşdur. Sonradan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-1402/2018 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən isə xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X1 üçün Şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(009)-601/2013 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, 154 manat müəyyən edilmiş və həmin pul vəsaitinin qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Şəxs hər ay sabit pul məbləğində tutularaq (uşaq yetkinlik yaşına çatanadək) X5 ödənilməsi müəyyən edilmişdir. Həmin icra sənədi də Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş Şəxs yaşadığı ünvana göndərilmiş və sonuncuya icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunmuşdur. Borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını da təmin etməmişdir. Borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından xx xxxxxx 2019-cu il tarixdə barəsində axtarış elan edilmiş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində borclunun barəsində axtarış işi açılmışdır. Eyni zamanda məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclunun hal-hazırda icra sənədləri üzrə aliment borcu 8.374 manat təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədlərini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədlərinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(009)- 601/2013 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, xx xxxxxx 2013-cü ildən başlayaraq xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 100 manat məbləğində aliment tutularaq X3 ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxxxx 2013-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(009)-601/2013 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 3(010)-5/2015 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin (xx xxxx 2016-cı il tarixdədək olan redaksiyasında) 313-1.1-ci maddəsi ilə təqsirli bilinib 03 gün müddətinə inzibati həbs edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-1402/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X1 üçün Şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(009)-601/2013 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, 154 manat müəyyən edilmiş və həmin pul vəsaitinin qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Şəxs hər ay sabit pul məbləğində tutularaq (uşaq yetkinlik yaşına çatanadək) X5 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxx 2018-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-1402/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş borclunun axtarılması haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından xx xxxxxx 2019-cu il tarixdə barəsində axtarış elan edilmiş və xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində borclunun barəsində axtarış işi açılmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən, saat 17:05dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar