Məhkəmə qərarları › İş №3(010)-1837/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1837/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1837/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin 32-ci polis şöbəsinin vəzifəli şəxsinin 25 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğvinə dair X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin 32-ci polis şöbəsinin vəzifəli şəxsinin 25 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 393.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». İş materiallarına əsasən X2 MN seriyalı ******* nömrəli qərarı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin 32-ci polis şöbəsinə poçt vasitəsilə ərizə ünvanlayaraq həmin qərardan məlumatının olmadığını və qərarın surətinin rəsmi qaydada ona təqdim edilmədiyini, eyni zamanda Suraxanı rayon məhkəməsinə ünvanladığı şikayətin məzmununda isə sözügedən qərarın surətinin ona rəsmi qaydada 28 aprel 2023-cü il tarixində təqdim edildiyini bildirsə də, mötəbər sübut qismində bu halı təsdiq edəcək sənədi iş materiallarına əlavə etməmişdir. Şikayət isə məhkəməyə 02 may 2023-cü ildə təqdim edilib. Beləliklə, təqdim olunmuş sənədlərlə X1 Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinin tələblərinə əməl etməsi halı müəyyən edilmir. Odur ki, X2 onun barəsində tətbiq edilən inzibati tənbeh qərarından şikayət vermə müddətini ötürmüşdür. Şikayət verən şəxs müddətin bərpası ilə bağlı vəsatət ilə də müvafiq orqana müraciət etməsi ilə bağlı iş materiallarında sübut qismində hər-hansı material yoxdur. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan şikayət verilməsi müddətinin buraxılması və müddətin bərpası ilə bağlı vəsatətin iş materiallarında olmaması icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin 32-ci polis şöbəsinin vəzifəli şəxsinin 25 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğvinə dair X1 şikayəti geri qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar