Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1838/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu X2 Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi X2 Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmadığını; inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini; işin icraatını rədd edən halların mövcud olub-olmadığını; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıb-məlumatlandırılmadıqlarını; iş üzrə vəsatətlərin və etiraz etmələrin olub-olmadığını araşdırmalıdır. Həmin Məcəllənin 100.1.6, 100.1.7 və 100.1.10-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda «olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı», «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları», habelə «inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar» göstərilməlidir. Eyni Məcəllənin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. İnzibati xəta haqqında materialı nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamış, həmçinin Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8-ci maddəsinin və digər əlaqəli müddəalarının tələblərinə əsasən sübutetmə vəzifəsinin daşıyıcısı olduğu halda, inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün kifayət edə biləcək ilkin sübutları, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıda qeyd ediləcək təsərrüfat obyektinə aidiyyətini təsdiq edə biləcək sübutları toplayıb təqdim etməmişdir. Məsələ ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İnzibati xəta haqqında protokolda X2 izahat verməkdən, habelə hüquqlarının və vəzifələrinin izah olunduğuna dair qeydi və ümumiyyətlə protokolu imzalamaqdan, həmçinin inzibati xəta haqqında protokolun surətini qəbul etməkdən imtina etdiyi göstərilir. Həmin «imtina etdi» qeydləri protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən aparılmış, lakin bu qeydlərin həqiqətə uyğunluğu heç bir mötəbər sübutla (məsələn, akt və yaxud hal şahidlərinin cəlb edilərək protokolun müvafiq bölmələrini imzalamaları və s.) təsdiqlənmir. X1 inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməsi üçün dəvət olunduğu da iş materialları ilə müəyyən edilmir. Beləliklə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə aparılmış icraat dövründə X2 iştirakının təmin olunduğu (ümumiyyətlə dəvət edildiyi), ona hüquqlarının və vəzifələrinin izah edildiyi və s. zəruri prosessual hərəkətlərin həyata keçirildiyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla müəyyən olunmur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə «Spar Market, Araz Express» məzmunlu reklamın yerləşdirildiyi görünür. Təqdim olunmuş materiallardan görünür ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi bu obyektin X3 aid olduğunu və reklamın məhz onun tərəfindən yerləşdirildiyini iddia edir. Bununla əlaqədar olaraq inzibati xəta haqqında materiala X4 ilə bağlı «İnternet Vergi İdarəsi» başlıqlı internet çıxarışının surətləri əlavə olunur. Həmin sənədlə bağlı məhkəmə aşağıdakıları qeyd edir. «İnternet Vergi İdarəsi» başlıqlı internet çıxarışı yalnız X2 fərdi sahibkar kimi uçota alındığını təsdiq edir. Yəni bu sənəd barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qarşısında «Spar Market, Araz Express» məzmunlu reklam yerləşdirilmiş obyektin sahibi olduğunu və məhz həmin obyektin fəaliyyəti ilə bağlı vergi ödədiyini təsdiq edə biləcək sübut kimi qiymətləndirilə bilməz. Bu halların müəyyən edilməsi üçün mötəbər sübutların təqdim olunması zəruridir (məsələn, X2 həmin obyektin fəaliyyəti ilə bağlı vergi ödədiyinə dair Azərbaycan Respublikası Vergilər Nazirliyinin aidiyyəti qurumunun arayışı və s.). Beləliklə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi sübutetmə vəzifəsinin daşıyıcısı olduğu halda Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın məhz X4 tərəfindən törədildiyini təsdiq edə biləcək ilkin sübutları təqdim etməyib. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə qaytarılsın. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-1838/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1838/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver