Məhkəmə qərarları › İş №3(010)-184/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-184/2022

04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-184/2022 04.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkar X3 iştirakı ilə, Şəxs, xx xxxx 1973-cü il tarixdə Zərdab şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ünvan 1 ünvanda yaşayan barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli, 2(010)- 199/2014 saylı icra vərəqəsinə əsasən Şəxs 8.874 (səkkiz min səkkiz yüz yetmiş dörd) manat 70 (yetmiş) qəpik tutularaq X5 verilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədnin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, o, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasında qərəzli olaraq yayınmır. Maddi imkanı aşağı olduğuna görə icra sənədi üzrə öhdəliyini icra edə bilməmişdir. O, 2019-cu ildə işləmək üçün Rusiya Federasiyasına getmiş və orada yaşamışdır. O, qeyd edilən məbləği bir dəfəyə ödəmək iqtidarında deyil. Keçən məhkəmə prosesindən sonra 1000 manat məbləğində ödəniş etmiş və bunun sübutu olan qəbzi təqdim etmişdir. Həmin pulu da borca almışdır. Qalan borc məbləğindən hal-hazırda ödəniş etməyə gücü çatmır. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli, 2(010)- 199/2014 saylı icra vərəqəsinə əsasən Şəxs 8.874 (səkkiz min səkkiz yüz yetmiş dörd) manat 70 (yetmiş) qəpik tutularaq X5 verilməlidir. İcra sənəd üzrə müvafiq qaydada 18 aprel 2018-ci il tarixdə icraata başlanılmış, borcluya icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya göndərilmişdir. Borclu barəsində axtarış elan edilmişdir. Borclu uzun müddət ölkə xaricində olmuş və ölkəyə qayıdan zaman tapılaraq şöbəyə gətirilərək izahatı alınmış, eyni zamanda icra sənəd üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu həmin icra sənədnin icrasını təmin etməmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli, 2(010)- 199/2014 saylı icra sənədi üzrə tələbkar X7 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-199/2014 saylı, 18 dekabr 2014-cü il tarixli hökümü ilə Şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və Şəxs 8874.70 manat tutularaq ona verilməsi hökm edilmişdir. Hökm üzrə Şəxs cəzasını cəzaçəkmə müəssisəsində çəkib bitirdikdən sonra hökmü və mülki iddia icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin 18 aprel 2018-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə iş üzrə icraata başlanması qərara alınmışdır. Suraxanı rayon İcra şöbəsi borclu Şəxs yaşayış yerini müəyyən edə bilmədiyi üçün, icra sənədinin icrasını təmin edə bilməmişdir. Dəfələrlə o, İcra şöbəsinə müraciət etsə də, borclu barəsində lazımı icra tədbirləri görülmədiyindən, borclu Şəxs ölkəni tərk edərək, Rusiya Federasiyasına çıxıb getmişdir. O, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra hərəkətlərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə şikayət etdikdən sonra, borclu Şəxs barəsində 10.10.2018-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmiş və qərar icra olunması üçün Zərdab Rayon Polis Şöbəsinə göndərilmişdir. Zərdab Rayon Polis Şöbəsinin 08.01.2019-cu il tarixli nömrəli məktubu ilə Şəxs barəsində axtarış işi açılmışdır. 22.01.2022-ci il tarixdə axşam saatlarında o, Şəxs yaşadığı evinə gəlməsi barədə xəbər tutmuşdur. O, 23.01.2022-ci il tarixdə səhər saat 11:00 radələrində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə gederek, borclu Şəxs evində olmasını bildirmiş, lakin şöbədən ona borclunun yaşayış ünvanına gedə bilmədiklərini, bunun üçün polisə müraciət etməli olduğunu bildirdilər. O, bu barədə Suraxanı RPİ-nə gedib, müraciət etmişdir. Polis əməkdaşları borclu Şəxs 24 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə təhvil veriblər. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi borclu Şəxs ilə müvafiq söhbət apardıqdan sonra, borclunun ona 2000 (iki min) manat pul vəsaitinin ödəyəcəyini bildirdilər. O, icra məmuru tərəfindən ona təklif edilən 2000 (iki min) manat puldan imtina edərək, ona çatacaq 8874,70 manat pul vəsaitinin birdəfəlik ödənilməsini tələb etmişdir. Borclu Şəxs ona pulu tam ödəmədiyi üçün o, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nisə İsmayılovadan borclu barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsini tələb etmişdir. O, bir daha qeyd edir ki, Şəxs 09 may 2014-cü ildə saat 15 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 300D” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilini alkoqollu içki qəbul etməsi nəticəsində sərxoş halda Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ilə “Atəşgah” məbədi istiqamətində idarə edərkən “Atəşgah” məbədinin giriş qapısının qarşısında dayanmış vəziyyətdə olan qızı 13 dekabr 2006-cı il təvəllüdlü X9 avtomobilinin ön hissəsi ilə vuraraq, qızının sağlamlığına ağır dərəcəli zərər vurmuşdur. Həmin müddətdən qızı 13 dekabr 2006-cı il təvəllüdlü Hüseynova Ləman mütəmadi olaraq müaəlicələr alır, eyni zamanda aldığı ağır dərəcəli xəsarətdən dəfələrlə əməliyyat olunmuşdur. Hal-hazırda da, təcili əməliyyata ehtiyyacı vardır. O, neçə ildir ki, hökmün icra edilməsini səbirsizliklə gözləmişdir. Hadisədən 8 il keçməsinə baxmayaraq borclu borcundan heç bir ödəniş etməmişdir. Qızı hal-hazırda 15 yaşındadır, xəstədir və müalicə olunması mütləqdir. Borclu borcunu ödəmədiyi üçün qızını əməliyyat etdirə bilmir. Məhkəmə gedişatı dövründə borclunun ona təklif etdiyi 1000 manat məbləğində pul onun qızının əməliyyatı üçün bəs etmir. X1, borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli, 2(010)-199/2014 saylı icra vərəqəsindən görünür ki, Şəxs 8.874 (səkkiz min səkkiz yüz yetmiş dörd) manat 70 (yetmiş) qəpik tutularaq X5 verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 18 aprel 2018-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli, 2(010)-199/2014 saylı icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin 08 yanvar 2019-cu il tarixli məktubundan görünür ki, Zərdab şəhəri, C.Cabbarlı küçəsi, ev 6-da qeydiyyatda olan Şəxs barəsində 430002 nömrəli axtarış işi açılmışdır. İş materiallarında olan 24 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcu Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli, 2(010)-199/2014 saylı icra sənədi üzrə 8874.70 manat təşkil edir. Məhkəmə iclasında təqdim edilmiş 04 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs borcundan 1000 manat ödəniş etmişdir. Məhkəmə iclasında təqdim edilmiş Azərbaycan Tibb Univeristetinin X4 26 yanvar 2022-ci il tarixli arayışından görünür ki, 13 dekabr 2006-cı il təvəllüdlü X10 bir neçə etaplı rekonstruktiv əməliyyat göstərişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 04 fevral 2022-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar