Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1841/2020 29.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə xx xxxxxxx 1958-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 mənzil 64 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 xx xxxxxx 2020ci ildə tərtib etdiyi inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli 2(010)-1177/2012 nömrəli icra vərəqəsinə əsasən xx xxxxx 2012-ci il tarixdən başlayaraq borclu Şəxs xx xxxx 1997-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat məbləğində sabit pul və aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutularaq tələbkar X1 verilməlidir. Bununla yanaşı, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli 2(010)- 999/2017 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 135.000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq tələbkar X2 verilməlidir. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli 2(102)-6884/2017 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 11.500 manat əsas borca görə pul, 1.725 manat faizə görə pul və 30 manat ödənilmiş dövlət rüsumu tələbkar X5 xeyrinə tutulmalıdır. İnzibati xəta haqqında protokoldan görünür ki, icra sənədləri icraata daxil olduqdan sonra müvafiq olaraq icraatlarına başlanılmış, bu barədə hər bir icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasına dair bildiriş məktubu borclu Şəxs göndərilmişdir. Tələblər könüllü icra müddətində təmin olunmadığından borclu Şəxs barəsində məcburi icra tədbirlərinin tətbiqinə başlanılmış, tələbin ona məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş və tədbirlər görülmüş, lakin adında tələbin yönəldilə biləcəyi dövlət qeydiyyatından keçən daşınar və ya daşınmaz əmlak, habelə digər qiymətli əmlaklar aşkar edilməmişdir. İcra sənədləri üzrə tələblərin təmin edilməsi məqsədi ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, borclunun qeydiyyatda olduğu ünvanda özü deyil, dostu (Həsənov Hicran) qaldığından yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün aidiyyəti polis orqanına göndərilmiş, axtarış işi açılmışdır. Borclu Yusubov X6 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(010)-1177/2012 nömrəli icra sənədi üzrə hazıradək (AR Dövlət Statistika Komitəsinin müvafiq illər üzrə orta əmək haqqına dair arayışına əsasən 2012-ci il üzrə 1.346,40 manat, 2013-cü il üzrə 1.875,30 manat, 2014-cü il üzrə 1.933,50 manat və 2015-ci il üzrə isə 1.036,38 manat) cəmi 6.191,58 manat borcdan cəmi 725 manat ödəmişdir (son ödəniş xx.xx.2014-cü il tarixədək olmuşdur), qalıq borc 5.466,58 manat təşkil edir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-999/2017 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-6884/2017 nömrəli icra sənədləri üzrə isə heç bir ödəniş həyata keçirilməmişdir. xx.xx.2020-ci il tarixdə borclu Şəxs saxlanılaraq şöbəyə təhvil verilmiş, borclunun izahatı alınmışdır. Borclu Şəxs çağırışlara gəlməkdən yayınması səbəbi öyrənilərkən o, qeydiyyatda olduğu ünvanda yaşamadığını əsas gətirmiş, lakin 33 saylı poçtdan məktublar barədə məlumatların ona gəldiyini qeyd etmişdir. Mövcud borclarını dərhal ödəmək təklif edildikdə o, alimentdən cəmi 725 manat ödədiyini qeyd etmiş, digər sənədlər üzrə isə heç bir ödəniş olmadığını bildirmişdir. Borcları dərhal deyil, faktiki sahibliyində olan mülkün satılması nəticəsində ödəyəcəyini bildirmişdir. Borclu Şəxs icra sənədlərinin verilməsindən uzun müddətin keçməsinə baxmayaraq qeyd olunan icra sənədləri üzrə borcları ödəməkdən yayınmış, görülən məcburi icra tədbirlərindən heç bir nəticə çıxarmamış, hazıradək yuxarıda qeyd olunan məbləğlərdə icra sənədləri üzrə mövcud borclarını ödəməməklə icra məmurunun qanuni tələblərini icra etməmiş, icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırmışdır. Suraxanı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X7 inzibati xəta haqqında protokolda göstərilənlərə və yuxarıda qeyd olunanlara uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin tərkibi mövcuddur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməməsini maddi imkansızlığı ilə izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarları ilə müəyyən edilmiş borc məbləğlərini üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşlı olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1841/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1841/2020
29.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver