Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1843/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Şəxs, xx xxxx 1996-cı ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası yaşayış massivi nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 24 mart 2023-cü il tarixdə təxminən saat 07 radələrində idarə etdiyi “Deovoo İsuzi” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 103 saylı marşrut xətti ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindən 8-ci km bazarı istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkət edən zaman Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Zığ şossesində ondan öndə eyni istiqamətdə hərəkət edən və qarşıdan heyvan sürüsü keçdiyi üçün dayanmış vəziyyətdə olan X4 idarə etdiyi “Mercedes Benz" markalı, DT-342-DT dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsi ilə toqquşmuş, hadisə nəticəsində isə X12 ağrı sindromu və qabırğaarası, nevralgiya ilə müşayiət olunan gövdənin küt travması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti, X9 hər iki diz oynağı nahiyəsinin və burunun səthi travması kimi dərəcələri təyin eidlməyən bədən xəsaərti, X2 diz oynağının şişkinlik halında əzilməsi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti və X10 alt çənədə olan dişlərin travmatik laxlaması, üst və alt dodağın yumşaq toxumalarının qansızması və çənə nahiyəsinin yumşaq toxumasının əzilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti almışlar. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 aprel 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinə inzibati əsasən inzibati tənbeh tədbirləri tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X19 vasitəsilə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 20 aprel 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər X12, X9, X7 və X10 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişlər. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının 14 aprel 2023-cü il tarixli, 27 saylı rəyindən görünür ki, X5 bədəni üzərində ilkin olaraq müəyyən edilmiş xəsarətlər hər iki diz oynağı nahiyəsinin və burunun səthi travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda və tibbi sənəddə göstərilmiş 24 mart 2023-cü il tarixdə yolnəqliyyat hadisəsi şəraitində törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 04 aprel 2023-cü il tarixli, 243 saylı rəyindən görünür ki, X3 bədən səthində sol diz oynağının şişkinlik halında əzilməsi kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 24 mart 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 27 mart 2023-cü il tarixli, 214 saylı rəyindən görünür ki, X6 aşkar edilmiş alt çənədə olan dişlərin travmatik laxlaması, üst və alt dodağın yumşaq toxumalarının qansızması və çənə nahiyəsinin yumşaq toxumasının əzilmiş yarası kimi xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 24 mart 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtobusun avtomaşınla toqquşması nəticəsində törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 07 aprel 2023-cü il tarixli, 260 saylı rəyindən görünür ki, X8 bədəni üzərində müəyyən edilmiş ağrı sindromu və qabırğaarası nevralgiya ilə müşayiət olunan gövdənin küt travması kimi xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 24 mart 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtobusun avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığım qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 aprel 2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə inzibati əsasən inzibati tənbeh tədbirləri tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X19 vasitəsilə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 24 mart 2023-cü il tarixli, 1/1318 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi protokolundan görünür ki, yolnəqliyyat hadisəsi zamanı Şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1843/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1843/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver