Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1844/2023 25.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 01 may 2023-cü il tarixli protokola əsasən, Şəxs xx.xx.2023-ci il tarixdə, saat 00:15-də idarə etdiyi “Nissan Sunny” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı Yalçın Yaqubov tərəfindən 27 aprel 2023-cü il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 21 aprel 2023-cü il tarixdə Şəxs idarə etdiyi “Nissan Sunny” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Qaraçuxur qəsbəsində yola bitişik ərazidə məhəlləarası yoldan baş yola daxil olaraq sola doğru hərəkətini davam etdirmiş, bu zaman baş yolda 80-90 km/saat sürətlə hərəkət edən sürücü X3 idarə etdiyi Toyota Prius markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Nissan Sunny” markalı avtomobilin sərnişinləri X4 və X2 xəsarət alaraq 3 saylı Tibb Mərkəzinə müraciət etmişlər. Araşdırma zamanı hadisə yerinə baxış keçirilərək hadisə yerinin sxemi və fotoşəkillər çəkilərək protokola əlavə edilmiş, sürücülərin və sərnişinlərin izahatı alınmış, məhkəmə tibb və yol nəqliyyat hadisəsi ekspertizası keçirilərək rəylər alınmışdır. Sonda Şəxs əməlində cinayət tərkini olmadığından onun barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, sonuncu barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 aprel 2023-cü il tarixli 306 saylı rəyi ilə müəyyən edilmişdir ki, X1 bədəni üzərində olan xəsarətlər - başın təpə nahiyəsinin əzilmiş yarası, sağ bazunun və döş qəfəsinin sağ yan səthini; sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-ci i tarixdə YNH şəraitində sərnişini olduğu avtomobilin digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb ola; sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 aprel 2023-cü il tarixli 307 saylı rəyi ilə müəyyəı edilmişdir ki, X5mm bədəni üzərində olan xəsarətlər-döş qəfəsinin sağ yan səthinin qançırı və sağ baldırın yumşaq toxumasının hematoması bərk küt əşyanm (əşyaların təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-ci il tarixdə YNH şəraitində sərnişin olduğu avtomobilin digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 27 aprel 2023-cü il tarixli 8/1201 №-li rəyi ilə müəyyən edilmişdir ki, Nissan Sunny markalı 90-BA- 94 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsini tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəni qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü yola bitişik ərazidən yola çıxarkən, yolda gedən nəqliyyat vasitəsinə yol verməlidir. Həmin rəylə müəyyən edilmişdir ki, Toyota Prius markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndini tələblərinə uyğunsuzluq olmuş, həmin uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, 21 aprel 2023-cü il tarixdə Şəxs idarə etdiyi “Nissan Sunny” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Qaraçuxur qəsbəsində yola bitişik ərazidə məhəlləarası yoldan baş yola daxil olaraq sola doğru hərəkətini davam etdirmiş, bu zaman baş yolda 80-90 km/saat sürətlə hərəkət edən sürücü X3 idarə etdiyi Toyota Prius markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Nissan Sunny” markalı avtomobilin sərnişinləri X4 və X2 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışlar. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-1844/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1844/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver