Məhkəmə qərarları › İş №3(010)-1847/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1847/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1847/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 iştirakı ilə, X4 inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli protokolun və Suraxanı rayon DYPŞ-nin rəisi vəzifəsini icra edən, polis mayoru Rəşad Nağıyevin inzibati xəta haqqında iş üzrə 3-13-54/2-7132/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 mart 2022-ci il tarixdə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 polis kapitanı X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X9 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. X9 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 polis kapitanı X6 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı ilə X4 şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 polis kapitanı X6 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 göndərilmişdir. Suraxanı Rayon Polis İdarəsinin Dövlət X11 rəisi vəzifəsini icra edən Rəşad Nağıyevin 18 aprel 2023-cü il tarixli 3-13-54/2-7132/2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X9 barəsində 40 manat məbləğində inzibti cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Hal-hazırda X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon DYPŞ-nin YNH inspektoru polis kapitanı X3 yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolu və Suraxanı rayon Polis İdarəsinin DYPŞ-nin rəis vəzifəsini icra edən, polis mayoru Rəşad Nağıyevin inzibati xəta haqqında iş üzrə 3-13- 54/2-7132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarını qanunsuz hesab edərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X9 göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Suraxanı rayon DYPŞ- nin polis kapitanı X3 yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli elektron qərarının qanunsuz hesab edib ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilmiş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 polis kapitanı X6 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 göndərilməsi qərara alınmışdır. Qəbul edilmiş məhkəmə qərarı, xx.xx.2023-cü il tarixdə məlumat üçün, xx.xx.2023-cü il tarixdə icra olunması üçün AR DİN Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilmişdir. O, dəfələrlə qərarın icrası ilə bağlı Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 kapitanı Elvin Əsgərovun qəbuluna gedərək, işin onun iştirakı ilə baxılmasını tələb etmişdir. Polis kapitanı işin baxıldığı zaman onu yazılı, çağırılacağını bildirmişdir. Lakin, ona heç bir çağırış gəlmədiyindən, o, xx.xx.2023-cü il tarixdə yenidən Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 gedərək, qərarın nəticəsi ilə maraqlananda, ona qərarın onun iştirakı olmadan baxıldığı bildirildi və barəsində TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli elektron tərtib edilmiş protokolun dəyişirilmədən qanuni qüvvəsində saxlanıldığını bildirdilər. O, X7 iştirakı olmadan baxılıb qəbul etdiyi qərara öz iradını bildirsə də, onun iradına əhəmiyyət verən olmadı. Qəbul edilmiş qərarı tələb etdikdə, xx.xx.2023-cü il tarixli qərarı ona, xx.xx.2023-cü il tarixdə toplanmış sənədlərin təqdim edilməsinə dair aktla rəsmi şəkildə təqdim etdilər. O, həmin aktda protokol və qərarın onun iştirakı olmadan tərtib edilməsini bildirərək, aktı imzalayıb tarixini qeyd etmişdir. Həmin aktın əsli Suraxanı RPİ-nin DYPŞ-nin YNH- də, surəti ona verilmişdir. Suraxanı Rayon Polis İdarəsinin Dövlət X14 rəisi vəzifəsini icra edən, polis mayoru Rəşad Nağıyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə 3-13-54/2-7132/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarı qanunsuzdur. Belə ki, məhkəmə prosesi zamanı hakim onun şikayətini qəbul edərək, işi araşdırmış, dəfələrlə keçirilmiş məhkəmə proseslərində yolun qadağan edilmiş əks istiqamət hərəkətinə qarşı tərəfdən rəsmi sənəd tələb edildikdə, həmin tələb edilmiş sənəd təqdim edilmədiyi üçün, barəsində tərtib edilmiş protokol və qərar qanunsuz hesab edildiyindən məhkəmə şikayətini təmin etmiş və inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 göndərilməsini qərara alımışdır. Buna baxmayaraq, Suraxanı RPİ-nin DYPŞ-nin rəisi vəzifəsini icra edən, polis mayoru Rəşad Nağıyev məhkəmənin qəbul etdiyi qərarı tam araşdırmadan, düzgün icra etmədən, qərarın müəyyən etdiyi hissədə bildirmişdir ki, inzibati xəta haqqında işə yenidən baxılarkən inzibati protokolun qərarı tam sübuta yetirildiyindən, onu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qərara almışdır. Hal bu ki, inzibati protokol və qərar qəbul edildikdə onun iştirakı olmamışdır. Bu barədə tərtib edilmiş akta öz qeydini etmişdir. Hesab edir ki, Suraxanı rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, 454418 nömrəli protokolu və inzibati xəta haqqında 3-13-54/2-7132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı qanunsuz olduğu üçün ləğv ediİməlidir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Suraxanı rayon Polis İdarəsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, 22 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanadı ilə əks istiqamətdən gələn “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun qabaq sol hissəsi toqquşmuş, yol nəqliyyat hadisəsi nəticəsində “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsi, “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sol qabaq hissəsi əzilmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Həmin məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında X4 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə, qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, 22 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində X4 idarə etdiyi “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X5 idarə etdiyi “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş Dövlət Yol Polisi İdarəsinin polis leytenantı X2 22 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı ilə “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X10 barəsində başlanılmış İXP4419372 inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 polis kapitanı X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 yanvar 2022-ci il tarixli qərarla “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X10 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 polis kapitanı X6 tərəfindən 15 mart 2022-ci il tarixdə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və həmin inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X9 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 polis kapitanı X1 sığorta şirkəti tərəfindən hadisə barədə materialların və video görüntülərin onlara təqdim olunduğunu, video görüntülərə müvafiq olaraq X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında qərarın ləğv olunduğunu, buna görə də hadisədə təqsiri sübuta yetirilmiş X4 23 mart 2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirləndirilərək, 40 manat məbləğində cərimə olunduğunu bildirsə də, məhkəmə iclasında araşdırma zamanı müəyyən olunmuşdur ki, Baş Dövlət Yol Polisi İdarəsinin polis leytenantı X2 22 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı ilə “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X10 barəsində başlanılmış İXP4419372 inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, lakin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 polis kapitanı X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 yanvar 2022-ci il tarixli qərarla “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X10 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. X9 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 polis kapitanı X6 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı ilə X4 şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 polis kapitanı X6 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 göndərilmişdir. Suraxanı Rayon Polis İdarəsinin Dövlət X11 rəisi vəzifəsini icra edən Rəşad Nağıyevin 18 aprel 2023-cü il tarixli 3-13-54/2-7132/2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X9 barəsində 40 manat məbləğində inzibti cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə sözügedən qərar qəbul edilərkən X4 iştirakının təmin edilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X9 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X9 barəsində 18 aprel 2023-cü il tarixli 3-13-54/2-7132/2023 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X4 iştirakını təmin etməmiş və bununla sonuncunun hüquqlarını pozmuşdur. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X4 barəsində qəbul edilmiş 18 aprel 2023-cü il tarixli 3-13-54/2-7132/2023 nömrəli qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmiş, həmçinin, iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş şəxs, inzibati xətanın törədilməsində təqsirin hansı nəqliyyat vasitəsinin sürücüsündə olması kifayət qədər araşdırılmamış, “Yol hərəkəti haqqında” Qanunun hansı maddəsinin pozulması göstərilməmiş və X4 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə Suraxanı Rayon Polis İdarəsinin Dövlət X11 rəisi vəzifəsini icra edən Rəşad Nağıyev tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli, 3-13-54/2-7132/2023 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Suraxanı Rayon Polis İdarəsinin Dövlət X11 rəisi vəzifəsini icra edən Rəşad Nağıyev tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli, 3-13-54/2-7132/2023 nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar