Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1849/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X9 qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, Şəxs, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: ünvan 1 ünvanında yerləşən Şəxs tərəfindən 23 fevral 2023-cü il tarixdə Akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 02 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X6 izahatında göstərdi ki, onlar tərəfindən heç bir pozuntu edilməmişdir. Akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsiX7 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən Şəxs tərəfindən 23 fevral 2023-cü il tarixdə Akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi aşkar edilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib tərtib edilmişdir. X2 Şəxs Azərbaycan Respublikası İXM-nin 538-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 16 may 2021-ci il tarixli, 433/05/21 nömrəli Akkreditasiya müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən yaradılmış və nizamnaməsinə əsasən fəaliyyət göstərən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs baş direktorun müavini-baş direktor vəzifəsini müvəqqəti icra edən X3 ilə "xxxx" MMC-nin direktoru X4 “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”na müvafiq olaraq müqavilə bağlamışlar. Müqavilənin predmeti aşağıdakı qaydada qeyd edilmişdir. 1.1. Bu Müqavilə Akkreditasiya orqanı tərəfindən "xxxx" MMC-nin sınaq laboratoriyasının AZS İSO/İEC 17025-2020 standartının tələblərinə uyğunluğunun qiymətləndirilməsi üzrə sənədlərin təhlilinə, yerində qiymətləndirmənin aparılmasına və Sifarişçimin akkreditasiya tələblərinə uyğun olduğu halda akkreditasiyası barədə qərarın qəbul edilməsinə, akkreditasiya attestatının verilməsinə, akkreditasiyadan sonrakı dövrdə akkreditasiya materiallarının aktuallaşdırılmasına, akkreditasiyanın yenilənməsinə, akkreditasiya sahəsinə dəyişikliklər edilməsinə, akkreditasiya nişanından istifadə qaydalarına, akkreditasiya dövründə akkreditasiya tələblərinə riayət olunmasının illik qiymətləndirilməsinə, şikayət olduğu halda isə plandankənar qiymətləndirməyə, akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılmasına, akkreditasiya sahəsinin məhdudlaşdırılmasına və akkreditasiya attestatının ləğvinə dair Tərəflər arasında münasibətləri tənzimləyir. 1.2 Növbəti (təkrar) akkreditasiya bu Müqavilənin şərtlərinə uyğun olaraq (xidmət haqqının məbləği istisna olmaqla) akkreditasiya attestatının qüvvədə olma müddəti bitənədək (Sifarişçi tərəfindən akkreditasiya sahəsinin genişləndirilməsi halları istisna olmaqla) həyata keçirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs laboratoriyasının 0116 nömrəli sınaq protokolundan və ona əlavə edilmiş cədvəldən görünür ki, məhsulun 1,4 göstəriciləri AZS ***-**** standartının tələblərinə uyğun deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs laboratoriyasının 0117 nömrəli sınaq protokolundan və ona əlavə edilmiş cədvəldən görünür ki, məhsulun 1,3 göstəriciləri ГОСТ 31696-2012 standartının tələblərinə uyğun deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs laboratoriyasının 0122 nömrəli sınaq protokolundan və ona əlavə edilmiş cədvəldən görünür ki, məhsulun 2-сi göstəricisi AZS ***-**** standartının tələblərinə uyğun deyil. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs tərəfindən verilən sertifikatlarda istehlak məhsullarının sertifikatlaşdırılması orqanının akkreditasiyası sahəsində müəyyən edilmiş normativ sənədin işarəsindən fərqli işarələr müəyyən edilmişdir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0-cı maddəsinə əsasən bu qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.1. uyğunluğun qiymətləndirilməsi - malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativhüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsi; 1.0.2. uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya (bundan sonra akkreditasiya) - qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsi; 1.0.3. uyğunluğu qiymətləndirən qurum - malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativhüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər; 1.0.4. akkreditasiya tələbləri - akkreditasiyanın yerinə yetirilməsi üçün texniki normativ-hüquqi aktlarda müəyyən olunmuş tələblər; 1.0.5. akkreditasiya orqanı - akkreditasiyanı həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum; 1.0.6. akkreditasiya attestatı - uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənəd; 1.0.7. akkreditasiya nişanı - uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunduğunu bəyan etmək məqsədi ilə istifadə etdiyi nişan; 1.0.8. sınaq - malın (xidmətin, işin), prosesin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş göstəricilərə uyğunluğunun təyin edilməsi üzrə texniki əməliyyat; 1.0.9. sertifikatlaşdırma - uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqi; 1.0.10. inspeksiya orqanı - malın (xidmətin, işin), prosesin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu rəy verməklə müəyyən edən qurum; 1.0.11. idarəetmə sistemi - konkret məqsədə çatmaq üçün istifadə olunan prosedur və proseslərin məcmusu. Bu qanuna görə, idarəetmə sistemi keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və sağlamlığın, qida və informasiya təhlükəsizliyinin və sosial məsuliyyətin idarəetmə sistemlərini əhatə edir; 1.0.12. etalon material istehsalçısı - istehsal və ya təchiz etdiyi etalon materialların xassələrinin təyin edilməsinə görə cavabdeh olan subyekt; 1.0.13. uyğunluğu qiymətləndirən qurumların reyestri - akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlara dair məlumat toplusu. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu qanun uyğunluğu qiymətləndirən aşağıdakı qurumlara şamil olunur: 2.1.1. sınaq laboratoriyaları; 2.1.2. malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar; 2.1.3. idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumlar; 2.1.4. işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar; 2.1.5. inspeksiya orqanları; 2.1.6. etalon material istehsalçıları; 2.1.7. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumlar. 2.2. Texniki reqlamentdə və digər normativ-hüquqi aktda uyğunluğunun məcburi qiymətləndirilməsi tələb olunan malın (xidmətin, işin), prosesin və işçi heyətinin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumların akkreditasiyası məcburidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən Akkreditasiya aşağıdakı prinsiplərə əsaslanır: 4.0.1. qanunçuluq; 4.0.2. qərəzsizlik; 4.0.3. şəffaflıq və ictimaiyyətə açıqlıq; 4.0.4. fəaliyyətdə müstəqillik; 4.0.5. kommersiya sirrinin qorunması; 4.0.6. peşəkarlıq; 4.0.7. ictimai marağın təmsil olunması; 4.0.8. marağı olan tərəflərin təmsilçiliyi; 4.0.9. beynəlxalq akkreditasiya qaydalarına uyğunluq; 4.0.10. eyni zamanda akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrində fəaliyyətin yolverilməzliyi. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2, 18.2.1 – 18.2.4-cü maddələrinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 2000 (iki min) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1849/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1849/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver