Məhkəmə qərarları › İş №3(010)-1850/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1850/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1850/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Cabbaova Vəfa Cabir qızının katibliyi ilə, Şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş 26 aprel 2023-cü il tarixli, 00100-01086/23 nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs tərəfindən **********1141 saylı GB-ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti 21 mart 2023-cü il tarixindən bitmiş, lakin Şəxs tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs tərəfindən 21 noyabr 2022-cı il tarixli gömrük bəyannaməsi ilə 21 mart 2023-cü il tarixədək nüvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərə dair müvəqqəti saxlanc nüddətinin başa çatdığı və həmin malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün bəyan edilmədiyi, nəticədə müvəqqəti saxlanc qaydalarının pozulduğu müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı Şəxs adına idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********1141 sorğu nömrəli 21 noyabr 2022-ci il tarixli gömrük bəyannamələri ilə 18 mart 2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin hal-hazırda Şəxs ünvan 1 ünvanında yerləşən anbarında olub-olmadığı, malların istifadə vəziyyəti, yerinin dəyişdirilib-dəyişdirilmədiyinin və malların müvəqqəti saxlanc qaydalarına uyğun saxlanılıb-saxlanılmadığının müəyyən olunması məqsədilə sözügedən yüklərin şərti buraxılışını həyata keçirən və gömrük nəzarətini həyata keçirməli olan gömrük əməkdaşları tərəfindən qeyd olunan anbara baxış keçirilməsi və mallardan istifadə olunduğu müəyyən edildiyi halda konkret olaraq istifadə olunmuş malların adı, sayı, markalanma göstəriciləri barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün 34/013/010691 nömrəli. xx.xx.2023-cü il tarixli raportla aidiyyəti üzrə müraciət edilmişdir. Bakı Baş Gömrük idarəsinin Mobil gömrük şöbəsindən daxil olmuş 34/015/011123 nömrəli, xx.xx.2023-cü il tarixli raporta əsasən Mobil gömrük şöbəsinin əməkdaşları və Şəxs səlahiyyətli nümayəndəsi Orxan Babayevin iştirakı ilə Şəxs tərəfindən **********1141 sorğu nömrəli 21 noyabr 2022-ci il tarixli gömrük bəyannaməsi ilə saxlanc gömrük prosedurunda yerləşdirilmiş yüklərə baxış keçirilmiş və yüklərin toxunulmaz və istifadəsiz olması barədə 20 aprel 2023-cü il tarixli malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokol tərtib edilmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 26 aprel 2023-cü il tarixli, 00100-01086/23 nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəis müavini X1 26 aprel 2023-cü il tarixli qərardadı ilə Şəxs barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan 18 aprel 2023-cü il tarixli raportdan görünür ki, Şəxs tərəfindən **********1141 saylı GB-ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti 21 mart 2023-cü il tarixindən bitmiş, lakin Şəxs tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs tərəfindən 21 noyabr 2022-cı il tarixli gömrük bəyannaməsi ilə 21 mart 2023-cü il tarixədək nüvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərə dair müvəqqəti saxlanc nüddətinin başa çatdığı və həmin malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün bəyan edilmədiyi, nəticədə müvəqqəti saxlanc qaydalarının pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları»nın 3-cü bəndində Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla, gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Qaydaların 3.2-ci bəndində göstərilən müddət çərçivəsində uzadır. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar