Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1857/2022 02.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 22BLX0, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 18 may 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 oktyabr 2022-ci il tarixli, 2(010)-4091/2020 nömrəli qətnaməsinə dair icra sənədini, 35 saylı Notariat kontoru tərəfindən verilmiş 10.09.2020-ci il tarixli icra qeydini və Nəsimi rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında icra sənədi üzrə 100 manat "xxxx" ASC-yə, 150 manat "xxxx" MMC-yə və 150 manat pulu "xxxx" ASC-yə ödənməsi ilə bağlı qəbz təqdim edərək, hal-hazırda işlədiyini, hər ay ödəniş edəcəyini, "xxxx" ASC-yə hər ay 30 manat ödəyəcəyini, “”ABC Telecom” MMC-yə isə ayda 40 manat ödəyəcəyini bildirmiş, sonda o, məhkəmədən inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, borclu Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 oktyabr 2022-ci il tarixli, 2(010)-4091/2020 nömrəli qətnaməsinə dair icra sənədini, 35 saylı Notariat kontoru tərəfindən verilmiş 10.09.2020-ci il tarixli icra qeydini və Nəsimi rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli icra sənədini icra etməmişdir. Borclu müvafiq tarixlərdə İcra şöbəsinə dəvət olunmuş və ondan izahat alınmışdır. O, izahatında heç yerdə işləmədiyi, kirayədə yaşadığını və 3 uşağa baxdığı üçün borcu ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında borclunun heç bir ödəniş etmədiyini bildirmiş və bununla da inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 oktyabr 2022-ci il tarixli, 2(010)-4091/2020 nömrəli icra sənədi əsasən, iddia təmin edilmiş, cavabdeh X3 20.12.2019-cu il tarixli müqavilə üzrə 1718.72 AZN əsas və 5.93 AZN faiz olmaqla, cəmi 1724.65 AZN (min yeddi yüz iyirmi dörd manat altmış beş qəpik) və 30 (otuz) AZN dövlət rüsumu alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli, 2(010)-6889/2016 nömrəli icra sənədi əsasən, X7 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 3197 (üç min yüz doxsan yeddi) manat ödənilməmiş hissə və 100 (yüz) manat dəbbə pulu olmaqla, cəmi 3297 (üç min iki yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti tutulması, X7 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. İş materiallarında olan 35 saylı Notariat ofisi tərəfindən qeyd edilmiş 10.09.2020-ci il tarixli icra qeydinə əsasən, Bakı şəhəri Nərimanov rayonu, X11, ev 42 ünvanında yerləşən "xxxx" ASC xeyrinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M "AB" Massivi, 42, 5 ünvanında qeydiyyatda olan ŞİXƏLİYEVA GÜNEL TAHİR QİZİNDAN (AA*******, 08.07.2019 - Asan 1) FR/02499/73 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1279 manat 99 qəpik (min iki yüz yetmiş doqquz manat doxsan doqquz qəpik) tutulması, bundan əlavə təklif edilmişdir ki, borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1299 manat 99 qəpik (min iki yüz doxsan doqquz manat doxsan doqquz qəpik) pul tutulması təklif edilmişdir. Həmin icra qeydi 10.09.2020 tarixdə aparılmışdır. 18 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 oktyabr 2022-ci il tarixli, 2(010)-4091/2020 nömrəli qətnaməsinə dair icra sənədini, 35 saylı Notariat kontoru tərəfindən verilmiş 10.09.2020-ci il tarixli icra qeydini və Nəsimi rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İş materiallarına əlavə edilmiş qəbzlərə əsasən, borclu Şəxs 150 manat məbləğində pulu Kontakt-Home-a, 100 manat məbləğində pulu "xxxx" ASC KB-yə və 150 manat məbləğində pulu "xxxx" ASC-yə ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 oktyabr 2022-ci il tarixli, 2(010)-4091/2020 nömrəli qətnaməsinə dair icra sənədini, 35 saylı Notariat kontoru tərəfindən verilmiş 10.09.2020-ci il tarixli icra qeydini və Nəsimi rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli icra sənədi üzrə yaranmış borcundan tələbkar "xxxx" ASC-yə 150 manat, tələbkar "xxxx" ASC-ydə 100 manat və "xxxx" MMC-nin xeyrinə 150 manat ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 09 oktyabr 2022-ci il tarixli, 2(010)-4091/2020 nömrəli qətnaməsinə dair icra sənədini, 35 saylı Notariat kontoru tərəfindən verilmiş 10.09.2020-ci il tarixli icra qeydini və Nəsimi rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-1857/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1857/2022
02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver