Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-186/2022 24.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, 29.05.1982-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 5QU20RV evli, taksi fəaliyyəti ilə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 24 yanvar 2022-ci il tarixdə, saat 13:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 24 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, üzərində şəxsiyyətini təsdiq edən sənəd yox idi. Polis əməkdaşı ona yaxınlaşanda qorxmuş və ona görə qaçmışdır. Etdiyi əməlin səhv olduğunu qəbul edir və hər kəsdən üzr istəyir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X2 məhkəmədə göstərdi ki, 24 yanvar 2022-ci il tarixdə, saat 13:00 inzibati ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi 1 saylı binanın qarşısında şübhəli bilinən bir nəfər şəxsə yaxınlaşıb özünü təqdim etmişdir. Həmin şəxs özü haqqında məlumat verməyərək onu əli ilə itələyib qaçmağa başlamışdır.Təxminən 200 metrə qədər qaçdıqdan sonra o, həmin şəxsi saxlayaraq Polis Bölməsinə gətirmişdir. Polis Bölməsində məlum olmuşdur ki, həmin şəxs Laçın rayonu Aşağı Fərəcan kəndində qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Şəxsdur. Şəxsin üzərindən heç bir qanunla qadağan edilmiş vasitə aşkar edilməmişdir. Şəxs etdiyi əməldən peşmandır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X1 24 yanvar 2022-ci il tarixli raportundan görünür ki, 24 yanvar 2022-ci il tarixdə, saat 13:00 inzibati ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi 1 saylı binanın qarşısında şübhəli bilinən bir nəfər şəxsə yaxınlaşıb özünü təqdim etmişdir. Həmin şəxs özü haqqında məlumat verməyərək onu əli ilə itələyib qaçmağa başlamışdır.Təxminən 200 metrə qədər qaçdıqdan sonra o, həmin şəxsi saxlayaraq Polis Bölməsinə gətirmişdir. Polis Bölməsində məlum olmuşdur ki, həmin şəxs Laçın rayonu Aşağı Fərəcan kəndində qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Şəxsdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxsa cərimə növündə inzibati tənbeh kifayət edir və inzibati qaydada tutulmuş Şəxsa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-186/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-186/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver