Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1870/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim: Əliyev Samir İmamverdi oğlunun sədrliyi Məhkəmə iclas katibi: X14 qızının katibliyi Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru: Rövşən Əliyevin, Şəxs rəhbəri X4 və Şəxs nümayəndəsi X5 işirakları ilə Şəxs rəhbəri X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs rəhbəri R.Qocayev Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Əliyev Rövşən inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxsndən 220.000 manat məbləğində pul X2na ödənilməlidir. İcraata daxil olduqdan sonra icraata başlanılmış, tərəflərə bu barədə qərar və bildiriş verilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq icra sənədində göstərilən tələb təmin edilməmişdir. Şəxs əmlak və gəlir vəziyyətləri yoxlanılmış, bank hesabları aşkar olunmuş və inkasso qoyulmasına baxmayaraq dövri olmadığı üçün pulun tutulması mümkün olmamışdır. Borclunun mülkiyyətində iki daşınmaz əmlak müəyyən olunmuş, daha sonra icra məmurunun təqdimatı əsasında həmin əmlakların üzərinə Bakı Kommersiya Məhkəməsinin qərarı ilə həbs qoyulmuşdur. Həmin əmlaklar Sabunçu rayonunun inzibati ərazisində yerləşdiyi üçün iş aidiyyəti üzrə oraya göndərilmişdir. Sabunçu rayonu İcra Şöbəsinin icra məmuru tərəfindən həmin əmlaklara baxış keçirilmiş və akt tərtib olunmuşdur ki, həmin əmlaklar sökülmüş və yerində yeni bina inşa olunmuşdur, bu səbəbədən də iş yenidən Suraxanı rayonu İcra Şöbəsinin icraatına qaytarılmışdır. Lakin heç bir ödəniş olunmamışdır. Tələbin uzun müddət icrasız qalması tələbkarın narazılığına səbəb olmuşdur. Beləliklə, Şəxs rəhbəri X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən o, vəzifəli şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs nümayəndəsi X12 izahatında bildirdi ki, icra məmurunun təqdimatına əsasən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-5752/2024 saylı qərarı ilə əməldə inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilmişdir və Bakı Kommersiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamışdır. Onların mülkiyyətində əmlaklar var, eyni zamanda bu əmlakların üzərində heç bir icra hərəkətləri həyata keçirilməmişdir. Analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarı var. Yəni icra məmuru bütün hərəkətləri həyata keçirdikdən sonra protokol tərtib edərək məhkəməyə təqdim etməli idi. O, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs direktoru X3 Zaman Afrad oğlunun qeyd etdiyi xüsusatları təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. X2 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən 220000 (iki yüz iyirmi min) manat borc tutularaq iddiaçı X6 ödənilməsi, ödənilmiş 533 manat məbləğində dövlət rüsumunun 483,06 manat məbləği cavabdeh Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı X6 ödənilməsi, qalan 49,94 manat məbləğin iddiaçı X6 aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir; İcraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar müvafiq bildirişlə xx.xx.2024-cü il tarixdə Şəxs nümayəndəsi X7 təqdim olunmuşdur; Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxsnə məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, ev 5 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, 3Q saylı sahənin üzərinə həbs qoyulması qərara alınmışdır; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-5752/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs rəhbəri X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli, 0147 nömrəli məktubundan görünür ki, Şəxs MMC (VÖEN **********) şirkətinə məxsus hesablara yönləndirilmiş 235916.87 AZN məbləğli inkasso sərəncamları hesablarda aktivdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; 2) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; 3) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; 4) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. İnzibati xəta haqqında protolokda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun icra vərəqəsini icra etməməsini qeyd etmiş, lakin protokolda icra etməmənin nədən ibarət olması açıqlanmamışdır. Məhkəməyə daxil olmuş protokol və ona əlavə edilmiş icra işi materiallarından göründüyü kimi, tələb Şəxs rəhbəri X8 deyil, birbaşa Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinədir. Buna görə də, «Sabah Tikinti” Mənzil-Tikinti Kooperativinin rəhbərinin hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, borcun ödənilməsindən qərəzli olaraq yayınması halı və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və yahərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. İnzibati xəta haqqında protokolu, tərəflərin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın «Sabah Tikinti” Mənzil-Tikinti Kooperativinin rəhbəri tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, «Sabah Tikinti” Mənzil-Tikinti Kooperativinin rəhbərinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs rəhbəri X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. X19
Məhkəmə qərarları › İş №3(010)-1870/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1870/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver