Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1874/2025 19.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2, Zərərçəkmiş şəxslər X1 və X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Lənkaran rayonu, Separadi kəndindi anadan doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı Şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə 18 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edilən inzibati xəta haqqında protokola əsasən, Şəxs 18 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində X6 qarşı xuliqanlıq etmişdir. Həmin tarixdə saat 13:30 radələrində 30-cu PŞ-nin inzibati binasında uca səs ilə nəlayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında dindirilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis mayoru X9 protokolun məzmununa uyğun izahat verdi və bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Əhlimanov küçəsində günorta radələrində Şəxs zor tədbiq edərək X5 əlindən X3 aid olan mobil telefonu və pul kisəsini götürmüş və ictimai əsayişi pozmuşdur. Bundan başqa Şəxs polisə tabesizlik göstərmiş və polisin iş rejimini pozmuşdur. Şəxs bildirmişdir ki, «yaxşı eləyirəm və hələ çıxndan sonrada bundan başqalarını edəcəyəm». Şəxs barəsində bir neçə dəfə polis şöbəsinə şikayətlər olmuşdur. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X7 onun həyat yoldaşıdır. Onlar artıq 5 aydır ki, ayrı yaşayırlar. Reyhan ona uşaqları ilə görüşüb ünsiyyətdə olmasına maneçilik yaradır. Hadisə olan zaman o, Reyhana və Günelə qarşı heç bir zor tətbiq etməmişdir. O, Reyhanla barışmaq istəmişdir. Sadəcə olaraq o, Reyhandan mobil telefonunu baxmaq üçün almışdır. Reyhan özü ona mobil telefonunu vermiş, mobil telefonu ilə pul kisəsi bir yerdə olmuşdur. Lakin Reyhan ona mobil telefonunu verdikdən sonra «102» xidmətinə müraciət etmişdir. Reyhan tərəfindən artıq bir neçə dəyə ondan polis şöbəsinə müraciət olunmuşdur. Reyhan ona şər atır və yalan danışır. O, polis işçiləri ilə nə dava edib, nə də tabesizlik göstərməmişdir. Reyhan onu yalnız tutdurmaq istəyir. Məhkəmədə işlərinə baxılan zaman aralarında barışıq olmuşdur. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, Şəxs ona qarşı bu hərəkətləri birinci dəfə deyil. Şəxs tərəfindən onun mobil telefonu pul kisəsi ilə birlikdə Günelin əlindən zorla alınan zaman pul kisəsinin içində 100 manat məbləğində pul var idi. Həmin pul məbləği də Orxan tərəfindən götürülmüşdür. Günellə birlikdə ofisiant işləyirlər və bir gün əvvəl 100 manat məbləğində pul qazanmışlar və o, həmin pulu, pul kisəsinə qoymuş, gecə evə getmişdir. Səhər işə gedərkən həmin pul məbləği pul kisəsində olmuşdur. Bu barədə polis şöbəsində də bildirmişdir. Şöbədə də onu, uşağını, valideynləri nalayiq sözlərlə söyüb təhqir etmişdir. Sonradan Orxan qaçıb çıxıb getmişdir. Hazırda boşanma işi məhkəmədədir, sadəcə məhkəmə günü təyin edilməmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X10 izahatında göstərdi ki, o, işə getmək üçün avtobus dayanacağında Reyhanı gözləyən zaman görmüşdür ki, Reyhan gəlir yanında da yoldaşı var idi. Reyhan ona çatan kimi pul kisəsini və mobil telefonunu saxlamaq üçün ona vermişdir. O, bilməmişdir ki, Orxan onun əlindən telefonu və pul kisəsini alacaq. Orxan əlindən Reyhana məxsus mobil telefonu və pul kisəsini aldı. Reyhan ondan nə üçün mobil telefonunu və pul kisəsini Orxana verdiyini soruşanda bildirmişdir ki, Orxanın onun əlindən telefonu və pul kisəsini alacağını bilməmişdir. X11 arasında mübahisə baş verdi, Orxan onları nalayiq sözlərlə təhqir etməyə başladı. Hətta Orxanın onları söydüklərini ətrafdakı şəxslərdə eşitdilər və gördülər. Sonradan Orxan qaçıb çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs ona hədə-qorxu gəlir, bu səbəbdən o, öz həyatı üçün qorxur. Məhkəmə iclasında şahid qismində dindirilən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin CA üzrə kiçik inspektoru X8 izahatında göstərdi ki, Şəxs polis şöbəsinə gətiriləndən sonra şöbədə səs-küy yaratmış və iş rejimini pozmuşdur. O, polisin qanuni tələblərinə əməl etməmiş və tabeçilik göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs həmin inzibati xətanı törətməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30cu polis şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş 18 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ilə, Şəxs iş materiallarında olan izahatı, məhkəmə iclasında verdiyi ifadəsi ilə tam sübuta yetirildiyindən, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirləndirildiyi daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 18 aprel 2025-ci il saat 13:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı Şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-yə həvalə edilsin Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №3(010)-1874/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1874/2025
19.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver