Məhkəmə qərarları › İş №3(010)-190/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-190/2021

22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-190/2021 22.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X9, X2nın (X8) iştirakı ilə xx xxxx 1968-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 tərtib etdiyi xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş xx xxxxx 2014-cü il tarixli 1(101)-196/2014 nömrəli icra vərəqəsinə əsasən zərərçəkmiş şəxs X6 təqsirləndirilən şəxslərə qarşı 2.650 manat ziyanın ödənilməsinə dair, zərərçəkmiş şəxs X1 Şəxs və M.Sərdarova qarşı 8.400 manat ziyanın ödənilməsinə dair, zərərçəkmiş şəxs Paşayev Əlövsət Paşa oğlunun Şəxs və M.Sərdarova qarşı 15.000 manat ziyanın ödənilməsinə dair, zərərçəkmiş şəxs X3 (adını və soyadını dəyişməsi ilə əlaqədar hazırda X8) Şəxs və M.Sərdarova qarşı 6.000 manat ziyanın ödənilməsinə dair mülki iddiaları təmin edilmişdir. Tələb olunan pul məbləğləri müştərək qaydada Şəxs və M.Sərdarovdan tutularaq zərərçəkmiş şəxslərə ödənilməlidir, zərərçəkmiş şəxs Çakar Özkan İsmayıl oğlunun Şəxs qarşı verdiyi 5.360 manat məbləğində mülki iddiası təmin edilmiş və həmin məbləğ Şəxs tutularaq zərərçəkmiş şəxs Çakar Özkan İsmayıl oğluna ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 30 manat pul müştərək qaydada Şəxs və X5 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı hesabına köçürülməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, borc məbləği cəmi 37.440 manat təşkil edir. İcra sənədi xx.xx.2018-ci il tarixində icraata daxil olmuşdur. Borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına Mercedes markalı mikroavtobus avtomobil qeydiyyatı olduğu müəyyən edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 8(010)-976/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Qərardad icra olunması üçün BDYPİ-nə göndərilmişdir. Bu günədək borclu tərəfindən heç bir ödəniş olmamışdır. Borclu Şəxs xx.xx.2019-cu il tarixində şöbəyə dəvət olunmuş və müvafiq qaydada izahatı alınmışdır. Borclu izahatında həbsdən yeni çıxdığını, xəstəliklə əlaqədar müalicə aldığını bildirərək borclarını ödəyə bilməyəcəyini bildirmişdir. Borclu Şəxs tələbkarla danışıb razılıq əldə etmək üçün vaxt istəmişdir. Borclu bu günə qədər verilmiş müddət ərzində heç bir ödəniş etməmiş, bu da tələbkarların narazılığına səbəb olmuşdur. Borclu Şəxs sonuncu dəfə xx.xx.2021-ci il tarixində yenidən şöbəyə dəvət edilmiş, borcun ödənilməsi tələb olunmuş, lakin borclu bu borcları ödəyə bilməyəcəyini izahatında bildirmişdir. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğlərini tam ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. X2 (X8) işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, əslində Şəxs borcu ödəməsi üçün kifayət qədər maddi imkana malikdir, borc məbləğini ödəməməsi isə məhkəmə qərarının icrasından yayınmaq məqsədi güdür. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul miqdarını üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən onu da nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədinin verildiyi vaxtdan yeddi ilə yaxın vaxt keçdiyinə baxmayaraq heç bir, hətta kiçik məbləğdə belə ödəniş etməyib. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixindən saat 18.30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar