Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-190/2022 25.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1991-ci il tarixdə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, əvvəllər məkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 23 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, «Buta» körpüsünün yaxınlığında ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, 23 yanvar 2022-ci il tarixdə yaşadığı binanın həyətində dostları ilə birlikdə olan zaman dostu Əmrahın tanışı olan lakin onun tanımadığı şəxs onlara yaxınlaşaraq dostuna bildirdi ki, maşına məxsus dövlət qeydiyyat nişanı və ehtiyat hissəsi usta yanındadır və birlikdə gedib götürməyi təklif etdi. Onlar birlikdə həmin ünvana getsələr də, lakin usta orada yox idi. Geri qayıdan zaman onlara yolda YPX inspektoru saxla əmri verdi. YPX inspektoru sürücüdən sənədləri istədi lakin sürücünün sənədləri yox idi. Həmin zaman YPX inspektoru maşını müvəqqəti dayanacağa aparmaq istədi və sürücü maşını itələməyi istədi onlardan. Onlar maşını itəliyib işə saldılar və maşına əyləşib oradan uzaqlaşmağa çalışdılar. Lakin PPX əməkdaşları onları saxlamışdır. Sonra YPX avtomobilinə əyləşərək polis bölməsinə gətirilmişdir.Sonda Şəxs məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X2 göstərdi ki, 23 yanvar 2022-ci il tarixdə saat 18:30 radələrində Yeni Suraxanı, Buta körpüsünün yaxınlığında xidmət aparan zaman VAZ 2107 markalı, dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsinə YPX inspektoru tərəfindən saxla emri verilmişdir. Həmin nəqliyyat vasitəsinə YPX inspektorları yaxınlaşmış və sürücüdən sənədləri təqdim etməsini xahiş etmişlər. Lakin sürücünün sənədləri olmamışdır. YPX inspektorları nəqliyyat vasitəsini müvəqqəti dayanacağa aparmaq istəmişlər lakin sürücü avtomobili işə salaraq qaçmağa cəh etmişdir. PPX əməkdaşlarının köməkliyi ilə nəqliyyat vasitəsi saxlanılmış, lakin maşındakı sərnişinlər düşüb qaçmağa cəhd göstəriblər. PPX əməkdaşlarının köməkliyi ilə sərnişinlər tutularaq polis bölməsinə gətirilmiş və barələrində inzibati protokol tərtib edilmişdir. Buna görə də, Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Suraxanı rayon Polis İdarəsinin DYPŞ-nin inspektorları İsmayılov Azər və Süleymanov Pərvizin 25 yanvar 2022-ci il tarixli raportundan görünür ki, 23 yanvar 2022-ci il tarixdə saat 18:30 radələrində Yeni Suraxanı, Buta körpüsünün yaxınlığında xidmət aparan zaman VAZ 2107 markalı, dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsinə YPX inspektoru tərəfindən saxla emri verilmişdir. Həmin nəqliyyat vasitəsinə YPX inspektorları yaxınlaşmış və sürücüdən sənədləri təqdim etməsini xahiş etmişlər. Lakin sürücünün sənədləri olmamışdır. YPX inspektorları nəqliyyat vasitəsini müvəqqəti dayanacağa aparmaq istəmişlər lakin sürücü avtomobili işə salaraq qaçmağa cəh etmişdir. PPX əməkdaşlarının köməkliyi ilə nəqliyyat vasitəsi saxlanılmış, lakin maşındakı sərnişinlər düşüb qaçmağa cəhd göstəriblər. PPX əməkdaşlarının köməkliyi ilə sərnişinlər tutularaq polis bölməsinə gətirilmiş, bölmədə həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edilmiş və raportla Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi Ülvi Məmmədova müraciət edərək, Şəxs barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti göstəriş verməsini xahiş etmişdir. İş materiallarında olan 24 yanvar 2022-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, test nəticəsində 24 yanvar 2022-ci il tarixdə Şəxs narkotik vasitə MOP, MET aşkar edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə Şəxs inzibati xətanı bir qrup şəxs halında və narkotik vasitənin təsiri altında törətməsini onun məsuliyyətini ağırlaşdıran hallar hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxsa cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 24 yanvar 2022-ci il tarixdə, saat 20:50-də inzibati qaydada tutulmuş, 25 yanvar 2022-ci il tarixdə, saat 11:00da azad edilmişdir. Bununla da Şəxs inzibati qaydada tutulma müddəti 01 gün təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs 24 yanvar 2022-ci il tarixdə, saat 20:50-dən 25 yanvar 2022-ci il tarixdə, saat 11:00-dək inzibati qaydada tutulduğu 01 gün Şəxs təyin edilən həbs növündə inzibati tənbeh müddətinə hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs 24 yanvar 2022-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət inzibati həbs müddətinə hesablanaraq Şəxs üzərində 19 (on doqquz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh saxlanılsın. Şəxs inzibati həbs müddətinin başlanğıcı 25 yanvar 2022-ci il tarixdən, saat 18:15dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-190/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-190/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver