Məhkəmə qərarları › İş №3(010)-1907/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1907/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1907/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs oğunun, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər BPİ X1 İdarəsi tərəfindən 13 aprel 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs “CHEVROLET CRUZE” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə saat 09:37-də idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. Protokoldan aydın olur ki, Şəxs İXM-İn 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə, yəni Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə saxlanılmış və bununla da, Şəxs İXM-İn 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs tərtib edilmiş protokolla razı olmadığını bildirdi. Belə ki, keçən ayın 13-də anası ilə birlikdə əmisi oğlunun 40 mərasiminə getdiyi vaxt Mehbalıyev küçəsində polis əməkdaşı tərəfindən saxlanılmış, hörmət əlaməti olaraq özü maşından düşərək polisə yaxınlaşmışdır, halbuki, o bunu etmək məcburiyyətində deyil. Polis əməkdaşından nəsə səbəbə saxlanıldığını soruşduqda qara geyimdə olduğu üçün kəmər taxmadığını hesab etdiyini bildirmişdir. O da qarşılığında maşından enərkən kəməri çıxartdığını gördüyünü bildirmiş, polis isə bunu təsdiq etmişdir. Polis ondan içkili olubolmadığını soruşmuş, o isə səhər saatların içki içmədiyini, 2-ci dərəcəli qohumunun yas mərasiminə getdiyini, həmçinin maşında anasının olduğunu bildirmişdir. Lakin özü dürüst davranaraq boğazı ağrıdığı üçün tibbi yardım məqsədilə əvvəlki gün axşam saat 5-6 radələrində 100 ml araq içdiyini bildirmişdir. O bu sözü deyən kimi polis onu maşına dəvət etmiş, müəyyən söhbətlər etmiş, sonra isə onu içkili olması barədə ərizə yazmağa məcbur etmişdir. O, mərasimin digər küçədə olduğunu, şərait yaradılmasını və anasının həmin mərasim evinə aparmasına icazə verilməsini tələb etmişdir. Artıq o məsələnin polisə müqavimət hesab edildiyini görmüş və nə istəyirlərsə yazılmasını, özünün də imza çəkəcəyini bildirmişdir. Polis əməkdaşı heç bir test etmədən cərimə meydançasına aparmış, cərimə meydançasından kənarda başqa polis maşını var idi. O, polis əməkdaşına alkotest edilməsi üçün cihazının xarab olduğu üçün yenisini kənardakı polisdən almasını bildirmiş, polis isə qarşılığında yenisini gətirəcəklərini bildirmişdir. Sonradan başqa polis gəlmiş, spirt qoxusu gələn alkotester cihazı üfürməsini istəmişdir. Bu zaman alkol səviyyəsi 0,4 çıxmışdır. Polis əməkdaşları oun etirazına baxmayaraq çıxıb getmişdir. O, özü dərhal taksi ilə Nizami metrosu yaxınlığında ekspertizaya getmiş, yolda tıxac olması səbəbi ilə 30-40 dəqiqə gecikmiş, sonra isə həkim növbəsi gözləmiş, heç 1 saat keçməmiş orada yoxlanılmış və spirt dərəcəsi 0,00 çıxmışdır. O, zərurət yaranarsa, bir çox orqanlara müraciət edəcəyini, mediayada bu məsələni yayacağını bildirmişdir. O, 34 yaşı olduğunu, bir neçə dil bildiyini, ali təhsilli, avropada yaşadığını, yeni bura gəldiyini, bunları edəcək qədər şüura malik olduğunu bildirmiş, içkili vəziyyətdə maşın idarə etməyəcəyini, belə olarsa, anasının maşına mindirməyəcəyini və taksi sifariş edərək getmək imkanında olduğunu qeyd etdi. Onu ərizə yazmağa məcbur ediblər. Belə ki, onu ilk olaraq alkotesterdən keçirtməli idi, ancaq polis əməkdaşı cihazının işləmədiyini, cihaz üçün kağızın olmadığını bildirmişdir. Hətta onu bir müddət orada saxlamış, onun “məclis yaxınlıqdadır, anamı qoyub geri qayıdım, olmasa da taksi ilə anamı yola salım” deməsinə belə imkan verməmişdir. Anası onkoloji xəstədir, əziyyət çəkməməsi üçün qəbul edərək ərizə yazmışdır. Ərizəni yazan kimi polis ona qulaq asmadan maşını cərimə meydançasına sürmüşdür. O, 1 ildir nəqliyyat vasitəsi idarə edir. Bu maddənin əsasında tətbiq ediləsə, cərimə məbləğini ödəyəcəyini və ya sürücülük vəsiqəsinə məhrumiyyət qoyularsa, yenidən qazanacağını, əsas olaraq bu məsələnin ətraflı və obyektiv araşdırılmasını istədiyini bildirdi. Əks halda o, müvafiq orqanlara, televiziyaya, mediadaya yayacağını bildirdi. Protokolda 09:37-də tərtib edilmiş, lakin o, həmin saatlarda evdən – Maştağadan çıxdığını bildirmişdir. O, hər an belə bir hadisə ilə qarşılanacağını düşünərək daim video-görüntüyə alaraq maşın idarə etməli deyil. Polis onu 20 dəqiqə orada gözlətmiş, heç anasını belə aparmasına imkan verməmişdir, belə olan halda hadisənin baş verdiyi anları görüntüyə almasına icazə verməzdi. O, səmimi etiraf etmiş, hadisədən əvvəlki gün spirtli içkidən az miqdarda – 100 ml istifadə etdiyini bildirmişdir. O, təqsirli olmadığını, bu məsələnin sadəcə prinsipli yanaşma olduğunu bildirmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş və bildirmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs haqqında AR İXM-nin 333.1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün aidiyyəti məhkəməyə göndərilmişdir. İşin faktiki halları ondan ibarət olmuşdur ki, Şəxs 13 aprel 2025-ci il tarixində idarə etdiyi CHEVROLET CRUZE minik markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı rayonu Ə.Mehbalıyev küçəsində hərəkətdə olarkən saxlanılmışdır. Yoxlama zamanı sürücü Şəxs alkotesterdən müayinədən keçirilmiş və sərxoş olması məlum olmuş, eyni zamanda özü etiraf edərək spirtli içki qəbul etməsini həkimə getməyə ehtiyac olmadığını izahatında göstərmişdir. Şəxs 13 aprel 2025-ci il tarixində sərxoş halda nəqliyyat vasitəsini idarə edərək İXM-nin 333.1-ci maddəsinə nəzərdə tutulmuş əməli törətmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində İXM-nin 333.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə ünvanlanmış ərizəni nəzərə alaraq polis əməkdaşının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-İn 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddələrlə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 13 aprel 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhər DYPİ Yol patrul xidmətinin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə saat 09:37-də işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış və məlum olmuşdur ki, Şəxs alkoqoldan istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir; “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin, Şəxs bu halı etiraf etmiş və bu barədə protokola qeyd yazmışdır. İXM-İn 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad olunan İXM-in 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı aşağıdakıları qeyd edir: İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 57‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs alkotesterdən müayinədən keçirilmiş və sərxoş olması müəyyən edilmiş, eyni zamanda özü etiraf edərək spirtli içki qəbul etməsini həkimə getməyə ehtiyac olmadığını izahatında göstərmişdir. İzahatın özü tərəfindən yazılması məhkəmə iclasında Şəxs tərəfindən verilmiş ifadəsində də təsdiqini tapmışdır. Şəxs 13 aprel 2025-ci il tarixində sərxoş halda nəqliyyat vasitəsini idarə edərək İXM-nin 333.1-ci maddəsinə nəzərdə tutulmuş əməli törətmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması, yaşı, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınmaqla Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar