Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1908/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş 14 aprel 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 14 aprel 2025-ci ildə saat 08:52-də “Kia Sportage” minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində (bu maddə «Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə» məsuliyyət nəzərdə tutur) nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək və etiraz ərizəsini təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Bakı Şəhər X3 İdarəsi tərədindən (yol patrul xidməti inspektoru X1) tamamı ilə qanunsuz və əsassız olaraq İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM” adlanacaq) 333.1-ci maddəsi inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin Protokol ilə güya o, İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri pozmaqla nəqliyyat vasitəsini idarə edərkən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsassız, qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixində saat 08:50-də ona məxsus “Kia” minik markali **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 43-cü Mərdəkan küçəsi, 1-ci döngə, ev 13 ünvanından işə gedərkən Suraxanı rayon ərazisində yol patrul xidməti inspektorunun saxlama əmrinə əsasən avtomobilini saxlamışdır. İnspektor spirtli icki icib icmədiyi soruşmuş, o, isə icmədiyini və işə getdiyini bildirmişdir. Daha sonra inspektor aparat təqdim edərək ona nəfəsini verməyi xahiş etmiş, o, isə inspektorun tapşırığına uyğun aparata nəfəsini vermişdir. İckili olmamağına baxmayaraq inspektor ondan şubhələndiyini və müayinə üçün Respublika Narkoloji Mərkəzinə göndərmişdir. Respublika Narkoloji Mərkəzinə yaxınlaşmış, xx.xx.2025-ci il tarixində müayinə olunmuş, bu zaman ayıq olduğu, alkoqol qəbulu əlamatlərinin olmaması müəyyən edilmiş və bu barədə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə 2/20630 nömrəli xx.xx.2025-ci il tarixli (saat 11:38) protokol tərtib olunmuşdur. Həmin protokolun bir nüsxəsi onun xahişi əsasında ona verilmişdir. Daha sonra polis inspektorunun tələbi ilə barəsində olan protokolları imzalamış, lakin inspektor sürücülük vəsiqəsini özündə saxlayaraq bildirmişdir ki, həmin protokolları baxılması üçün məhkəməyə göndərərcəkdir. O, isə bildirmişdir ki, spirtli icki qəbul etmədiyi halda barəsində protokol tərtib olunması və sürücülük vəsiqəsinin ondan alınması qanunsuzdur və əsassızdır. Polis inspektoru daha sonra ondan uzaqlaşmış və o, idarə etdiyi nəqliyyat vasitəsi ilə iş yerinə gəlmişdir. Bundan sonra o, polis inspektorunun qanunsuz hərəkətlərindən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 qaynar xəttinə şikayət eləmişdir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda yazılmış qeyd tam əsassızdır. O, xx.xx.2025-ci il tarixində alkaqollu içkidə istifadə etməmiş və nəqliyyat vasitəsi idarə edərkən sərxoş halda olmamışdır. Bu barədə həmin tarixdə saat 11:38 (protokol 09:50 tərtib olunmuşdur) təqribi 2 saat fərqlə alkaqoldan istifadə etmədiyi və sərxoş olmamağı barədə xüsusi təyinatlı xəstəxana həkimin rəyi vardır. Bundan başqa həqiqətən o, sərxoş halda avtomobili idarə etmiş olsa idi, polis inspektoru onu nəqliyyat vasitəsini idarə etməkdən uzaqlaşdırmalı və nəqliyyat vasitəsini müvəqqəti duracağa aparmalı idi. Halbu ki, nəqliyyat vasitəsi müvəqqəti duracağa aparılmamış və onun tərəfindən idarə olunmuşdur. Hesab edir ki, barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokol əsassızdır və qanusuzdur. Belə ki, xx.xx.2025-ci il tarixində o, alkaqollu icki icməmiş, əgər iddia olunduğu kimi həqiqətən sərxoş halda nəqliyyat vasitəsini idarə etmiş olsa idi, bu zaman nəqliyyat vastəsi müvəqqəti duracağa aparılmalı idi və iş materiallarına əlavə edilmiş Respublika Narkoloji Mərkəzinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə 2/20630 nömrəli xx.xx.2025-ci il tarixli (saat 11:38) protokoluna əsasən ayıq olduğu, alkoqol qəbulu əlamatlərinin olmaması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhəri BPİ-nin X3 İdarəsinin nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Bakı şəhəri BPİ-nin X3 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə edilmiş 14 aprel 2025-ci il tarixli çıxarışla müəyyən olunur ki, xüsusi texniki vasitə ilə Şəxs alkoqolun miqdarının 0,486 % olduğu müəyyən edilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* nömrəli protokoldan görünür ki, 1993-cü il təvəllüdlü Şəxs 14 aprel 2024cü ildə saat 08.50-də “Ace-Z” markalı 642042 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə olunmaqla müayinədən keçirilmiş, nəticədə onun alkoqol sərxoşluğu vəziyyətində olması halı müəyyən edilmişdir. Həmin protokolda Şəxs özü tərəfindən edilmiş qeyddə qeyd edilir: “Mən Şəxs söz verirəm ki, bir daha spirtli içki təsir altında avtomobil idarə etməyəcəm. Alkotester göstəricisi ilə tam razıyam. Həkimə getməyə ehtiyac yoxdur”. İş materiallarına Şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi «Sərxoşluq hallarının bütün növlərinin təyin məqsədi ilə aparılan tibbi müayinəsi» protokolu əlavə edilib. 14 aprel 2025-ci il tarixli 2/20630 nömrəli həmin protokolda 14 aprel 2025-ci ildə saat 11.36-da Şəxs sərxoşluq vəziyyətinin müayinəsinin keçirildiyi, nəticədə ayıq olmasının aşkar edildiyi göstərilir. Müvafiq məsələlərə qiymət verərək məhkəmə vurğulayır ki, xüsusi texniki vasitə ilə aparılmış müayinə saat 08.50-də, digər müayinə isə saat 11.36-da həyata keçirilib. Beləliklə, ilk və sonrakı müayinələr arasında 2 saatdan çox vaxt keçib. Bu müddət ərzində isə orqanizmdən alkoqol əlamətləri xaric edilə (ikinci müayinəyədək qalmaya) bilərdi. Bununla yanaşı işin faktiki hallarından görünür ki, ilk müayinədən bilavasitə sonra Şəxs alkoqol sərxoşluğu vəziyyətində olduğunu özü etiraf etmiş, bununla bağlı protokolda öz xətti ilə qeydiyyat aparmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin dəlillərinə münasibət bildirərək qeyd olunur ki, bu dəlillərin həqiqəti əks etdirdiyini təsdiq edə biləcək heç bir sübut təqdim edilməyib. Bu səbəbdən həmin dəlillər iş üzrə yekun qərarın qəbul edilməsi zamanı nəzərə alına bilməzlər. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, o, həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-1908/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1908/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver