Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1920/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, X1, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 16 avqust 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, fərdi evdə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Əlayi X7 qəsəbəsi, Bağlar massivində Yelena adlı qadını vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 protokolda qeyd olunanlara uyğun çıxış edib Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində evdə olmuşdur. Evdə olan kameraya baxanda qonşusu Pərvizin iti ilə bir yerdə onların qapısına yaxınlaşdığını görmüşdür. O, tez çölə çıxmışdır ki, görsün Pərviz onların qapısına niyə yaxınlaşmışdır. Küçəyə çıxanda Pərvizin saxladığı it küçədə olan digər iti dişləmişdir. O, tez plastmas vedrəni götürüb onun itinə vurmuşdur ki, tutduğu digər iti buraxsın. Bu vaxt Pərviz ona yaxınlaşıb gözləmədiyi halda yumruqla dodağının üstünə var gücü ilə vurmuş və o, hər iki dodağından xəsarət almışdır. Sonra Pərviz onu təhqir edib öldürəcəyi ilə hədələmişdir. O, qorxusundan evə girmiş, Pərviz də itini götürüb çıxıb getmişdir. O, döyülməyi və ölümlə hədələnməyi barədə DİN-nin «102» xidmətinə zəng vurub məlumat vermişdir. Pərviz onu küçədə vurmuşdur. Həmin vaxt yanlarında heç kim yox idi. Onların bu dava-dalaşı təxminən 3-5 dəqiqə davam etmişdir. O, həmin vaxt xəsarət almışdır. Şəxs ilə barışmır, ona qarşı şikayətçidir, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək qeyd etdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 21:00 radələrində həyətin qapısını açmışdır ki, zibili aparıb atsın. Həyətdən çıxanda qapının ağzında 7-8 it olduğunu görmüşdür. Həmin itlər onun üstünə hücum çəkəndə ona məxsus it onlara tərəf hürə-hürə getmişdir. Həmin itlərə də qonşusu Yelena baxır. Ona görə Yelenanın qapsını döymüşdür ki, gəlsin saxladığı bu itlərə yiyə dursun. Qapını döymüş və qonşusu Yelena çölə çıxmışdır. Ona demişdir ki, “bu itlərə sahib çıx, bunların əlindən bezmişik, hərəkət edə bilmirik.” Elə bunu demişdir ki, Yelena əlində olan plastmas verdəni onun başına vurmuşdur. Sonra Yelena onu küçə söyüşləri ilə söyüb təhqir etməyə başlamışdır. O da Yelenanı söymüşdür. Sonra Yelena onu hədələyib barəsində DİN-nin «102» xidmətinə şikayət edəcəyini demişdir. Bunu deyəndən sonra Yelena evinə getmiş, o da zibili atıb evə gəlmişdir. O, Yelenanı vurmamışdır, Yelena ona şər atır. Həmin vaxtı küçədə heç kim yox idi, Yelena özü qapısının qarşısına 3 ədəd kamera qoymuşdur, əgər onu vurmuşdursa həmin görüntüləri təqdim edə bilər. O özü də baş verən hadisə barədə DİN-nin «102» xidmətinə zəng vurub məlumat vermişdir. O, Yelenanın iti üçün çəkdiyi xərci ödəməyə hazırdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X14 tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 165 saylı rəydən görünür ki, 1967-ci il təvəllüdlü vət.Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: üst dodaq keçəcəyinin sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi, eləcə də yıxılma nəticəsində alınmaları inandırıcı deyildir; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilməsi; Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin PŞ-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X11 Şəxs Respublika Təcili və X6 X12 Şəxsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 23:40-da Respublika Təcili və X6 X12 Şəxsin Suraxanı TTTYS-nın 1 saylı bölməsinə birbaşa müraciət etmişdir; iş materiallarına Zərərçəkmiş şəxs aldığı xəsarətə dair fotoşəklinin surəti əlavə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarda Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs vurması faktı müəyyən edilmiş, Şəxs həmin qərarı mübahisələndirməmişdir. Məhkəmə tərəfindən tərəflərə barışıq təklif edilmiş, bunun üçün vaxt verilərək, iclas təxirə salınmış, lakin zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışmamışdır. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əlayi X5 Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Əlayi X5 Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-1920/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1920/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver