Məhkəmə qərarları › İş №3(010)-1928/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1928/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1928/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs “Araz Supermarket”-in nümayəndəsi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayonu 32-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev pr 99A ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB tərəfindən Şəxs barəsində 29 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 32-ci PB-nin sahə rəisi, polis mayoru X7 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Araz Marketdən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgə əmlakını taladığına görə İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB-nin sahə rəisi, polis mayoru X7 izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə icraatına Rəşad Həsənzadənin “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarı daxil olmuşdur. Onun tərəfindən araşdırılma aparılmış və qərarla bağlı inzibati iş açılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X2 müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 18:00 radələrində işlədiyi Araz marketdə naməlum 1 şəxs spirtli içki və ərzaqları kürəyində olan çantaya qoymuş, kassaya yaxınlaşdıqda isə 1 ədəd meyvə şirəsinin pulunu ödəyərək marketdən çıxmışdır. Sonradan videokameraya Məmmədova Gülnarə baxış keçirtdiyi vaxt Şəxs spirtli içkilərin üzərində olan siqnalizasiya sistemini dişi ilə sökərək spirtli içkiləri çantasına qoyduğunu görmüşdür. Sonradan 28 aprel tarixdə Şəxs yenidən marketə getdikdə Gülnar Məmmədova onu tanıyaraq saxlamış və 102 xidmətinə xəbər vermişdir. 32-ci PB-nin əməkdaşları tərəfindən Şəxs polis bölməsinə dəvət edilərək gətirilmişdir. Orada təhqiqat aparılan vaxt gülnar Məmmədova Şəxs hansı məhsulları götürdüyünü video-görüntü vasitəsi ilə müəyyən edərək həmin məhsulları kassada oxudaraq məbləğlərinə dair çek-qəbzi təqdim etmişdir. Qəbzə əsasən o, mağazaya 246,70 manat məbləğində zərər vurmuşdur. Şəxs özü izahat verərkən 20 aprel baş vermiş hadisəni törətdiyini etiraf etmişdir. İlk öncə 150 manat məbləğində zərər dəydiyi bildirilmiş, sonradan isə götürdüyü məhsullar əsasında yenidən araşdırılmış və 246 manat məbləğində zərər dəydiyi bildirilmişdir. 32-ci PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Həsənzadə əməldə cinayət tərkibi olmadığı üçün şəxsin cinayət məsuliyyətindən azad edilməsi və inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmişdir. Onun tərəfindən inzibati iş icraata qəbul edilmiş və İXM-nin 227-ci maddəsinə əsasən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, götürdüyü bütün məhsulları çantasına yığması absurddur. Videoda olan məhsulların hamısını götürməmiş, qalanları səbətdə qalmış, götürdükləri də böyük məbləğ etməmişdir. O, spirtli içkiləri – viski və tekilanı və 15 ədəd saqqızı götürdüyünü etiraf etmiş, 30 ədəd saqqızın əlinə yerləşməyəcəyini, götürmədiyini bildirmişdir. O, vurduğu zərərin 155,70 manat hissəsini ödədiyini, qalan 40 manatı məhkəmə iclası gedişatında verdiyini bildirdi. Həmçinin, qalan 40 manatı isə ödəyəcəyini, bir daha belə əmələ yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs “Araz Supermarket”-in nümayəndəsi X3 izahatında bildirmişdir ki, onun səbətdə saxladıqları rulon ilə salfetka, uşaq yeməkləri olmuşdur. Şəxs 146,70 manat məbləği kart vasitəsi ilə, buna dair qəbzi də təqdim etmişdir. Qalan 40 manatı məhkəmə iclası olduğu vaxt ödəmiş, qalan məbləği isə məhkəmə iclasından sonra ödəyəcəyini bildirmişdir. Qeyd etdiklərinə əsasən Şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirdi. Odur ki, onun barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Rəşad Həsənzadə tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın icrası 32-ci PB-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Bakı şəhəri Suraxanı Rayonu 32-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X7 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Araz Marketdən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgə əmlakını taladığına görə İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. 29 aprel 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardaddan görünür ki, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti müəyyən edilənədək edilənədək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə barəsində icraat işi açılmış və icraata qəbul edilmişdir; 28 aprel 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2025-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur; 30 aprel 2025-ci il tarixli aktdan müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən inzibati xəta nəticəsində zərərçəkmiş şəxs “Araz Supermarket”-ə dəymiş maddi zərər çek vasitəsilə 155,70 (bir yüz əlli beş manat yetmiş qəpik) manat və 40 (qırx) manat ödənilmiş, “Araz Supermarket”-in nümayəndəsi X1 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar