Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-193/2022 09.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 inzibati tənbeh vermə haqqında 09 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi ilə bağlı şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş 17 iyun 20221ci il tarixli MN seriyalı 12900151 nömrəli inzibati xəta haqqında protokolun və çıxarılmış 09 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmalarını xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Göründüyü kimi, şikayət inzibati xəta haqqında protokolla bağlı deyil, inzibati xəta haqqında iş üzrə qərarla bağlı verilməlidir. X2 isə inzibati tənbeh vermə haqqında qərarla yanaşı inzibati xəta haqqında protokolun da ləğv olunmasını xahiş edir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Məsələ ilə bağlı məhkəmə qeyd edir ki, müvafiq qərarın qəbul edildiyi 09 iyul 2021ci il tarixindən şikayətin məhkəməyə daxil olduğu 26 yanvar 2022-ci il tarixinədək 06 aydan çox vaxt keçib. X2 öz şikayətində bildirir ki, mübahisələndirdiyi qərarının surətini rəsmi qaydada 22 dekabr 2021-ci ildə alıb (o, bundan əvvəl də eyni qərarla bağlı şikayətlə məhkəməyə müraciət etmiş, lakin sonradan həmin şikayətin geri qaytarılmasını xahiş etdiyinə görə, o, məhkəmə tərəfindən geri qaytarılmışdır). Beləliklə, iş materiallarından görünür ki, X2 hazırkı iş üzrə şikayətini təqdim edərkən qanunvericiliyin yuxarıda istinad edilən müddəasında göstərilən prosessual müddəti buraxmış (qeyd olunduğu kimi, onun birinci şikayəti öz xahişinə əsasən geri qaytarılıb), həmin müddətin bərpası ilə bağlı vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan şikayət verilməsi müddətinin buraxılması həmin şikayətə baxılmasını rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən QƏRARA ALDİM: X1 17 iyun 20221-ci il tarixli MN seriyalı 12900151 nömrəli inzibati xəta haqqında protokolun və 09 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi ilə bağlı şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-193/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-193/2022
09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver