Məhkəmə qərarları › İş №3(010)-1933/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1933/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1933/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə rəisi, polis polkovnik-leytenant X1, Şəxs – xx.xx.1995-ci ildə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, orta təhsilli, subay, ofisiant işləyən, Ağdam rayonu, Xıdırlı ərazi dairəsi, Xıdırlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində kirayə evdə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialla müəyyən edilir ki, X3 istifadəsində olan “Redmi A3” markalı smartfon vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən hərəkətdə olan hərbi kalonun hərəkətini əks olunduğu həmin videonu çəkərək “TikTok” sosial şəbəkəsində özünə aid “@emirli-ebdul” adlı hesabda yayımlanmasını təkil etmişdir. Bundan sonra vətəndaş Şəxs qeyd olunan videonu göstərilən qaydada montaj edərək “TikTok” sosial şəbəkəsində özünə aid @elsever-rzayeff adlı hesabda yaymış, bununla da Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə rəisi, polis polkovnik-leytenant X2 izahat verərək bildirdi ki, X3 istifadəsində olan “Redmi A3” markalı smartfon vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən hərəkətdə olan hərbi kalonun hərəkətini əks olunduğu həmin videonu çəkərək “TikTok” sosial şəbəkəsində özünə aid “@emirli-ebdul” adlı hesabda paylaşmışdır. Həmin videonu Şəxs montaj edərək paylaşmışdır. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətində araşdırma aparılmış və tədbir görülməsi üçün Suraxanı RPİ-nə göndərilmişdir. Bu səbəbdən onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, tiktok hesabında paylaşılan video bacısının şəhid olmuş həyat yoldaşınındır. O, həm yeznəsinin videolarını, həm də ailəsinin şəhid ailələr üçün mövlud verməsini paylaşdığını bildirdi. X5 çəkdiyi videonu montaj edərək paylaşıb. O, şəhid ailəsinin üzvüdür və onlara qarşı hörməti var. Bu videonun cinayət xarakterli olduğunu bilməmiş, bilsə əgər, belə əməli törətməzmiş. O, bacısı ilə qalır və onun övladlarına baxır. Bacısının 4, 7 və 8 yaşlı övladları var, onlara baxmaqda bacısına köməklik edir. Bütün bunların nəzərə alınaraq qərar verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında materialı, proses iştirakçılarının izahatlarını və iş materiallarına əlavə edilmiş 01 ədəd diski nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən saat 17:00-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadın Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar