Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1935/2022 25.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X9, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 və icra sənədi üzrə tələbkar X5 iştirakı ilə, Şəxs, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ali təhsilli, evli, iki azyaşlı uşağı olan, “Ağçiçəyim” mağazasında dizayner işləyən, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 15/56 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, G.Əsədov küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(011)-334/2021 saylı icra vərəqəsinə əsasən 18 avqust 2014-cü il təvəllüdlü X12 və 17 avqust 2015-ci il təvəllüdlü X2 Orxan Nazim oğlundan alınaraq X5 himayəsinə verilməsi, 18 avqust 2014-cü il təvəllüdlü X6 və 17 avqust 2015-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X7 ödənilməsi, alimentin tutulmasına X6 və X10 Şəxs alınaraq X5 himayəsinə verildiyi gündən başlanılması qət edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. O, uşaqların analarının himayəsinə verilməsinə şərait yaradır, lakin uşaqlar X5 himayəsində yaşamaq istəmirlər. O, uşaqları İcra Şöbəsinə aparmış, lakin uşaqlar maşından düşmək istəməmişlər. İcra məmurunun çağırışlarına getməməsinin səbəbi isə uşaqların X5 himayəsində yaşamaq istəməmələri və onun daim işdə olması olmuşdur. Belə ki, o, icra sənədinin icrasını təmin etmək üçün hər dəfə işdən icazə alır və bu hal sonradan işi ilə bağlı problem yaradır. O, uşaqların anası ilə yaşamasına etiraz etmir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq, barəsində ədalətli məhkəmə qərarının qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X15 bildirdi ki, Şəxs uşaqların analarının himayəsinə verilməsinə qəsdən maneə törətməmiş, sadəcə olaraq uşaqlar analarının himayəsində yaşamaq istəmədiyi üçün icra sənədinin icrasında müəyyən çətinliklər yaranmışdır. Buna görə də, X15, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X8 məhkəmədə bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(011)-334/2021 saylı icra vərəqəsinə əsasən 18 avqust 2014-cü il təvəllüdlü X12 və 17 avqust 2015-ci il təvəllüdlü X2 Orxan Nazim oğlundan alınaraq X5 himayəsinə verilməsi, 18 avqust 2014cü il təvəllüdlü X6 və 17 avqust 2015-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X7 ödənilməsi, alimentin tutulmasına X6 və X10 Şəxs alınaraq X5 himayəsinə verildiyi gündən başlanılması qət edilmişdir. İcra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və sonuncuya icra sənədini dərhal könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Sonradan isə borclu ümumiyyətlə çağırışlara üzrə gəlməkdən yayınmışdır. Borclu Şəxs uşaqları analarının himayəsinə verməməklə, eyni zamanda qətnamə üzrə müəyyən edilmiş alimentin icrasından yayınır. Göründüyü kimi borclu bir İcra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(011)-334/2021 saylı icra sənədi üzrə tələbkar X11 məhkəmədə bildirdi ki, Şəxs uşaqlarının onun himayəsinə verilməsinə şərait yaratmır. Belə ki, məhkəmə tərəfindən Şəxs icra sənədinin icrası üçün vaxt verilsə də, lakin Şəxs yenidən icra sənədinin icrasından yayınmışdır. X1, borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 iyun 2021ci il tarixli, 2(011)-334/2021 saylı icra vərəqəsindən görünür ki, 18 avqust 2014-cü il təvəllüdlü X12 və 17 avqust 2015-ci il təvəllüdlü X2 Orxan Nazim oğlundan alınaraq X5 himayəsinə verilməsi, 18 avqust 2014-cü il təvəllüdlü X6 və 17 avqust 2015-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X7 ödənilməsi, alimentin tutulmasına X6 və X10 Şəxs alınaraq X5 himayəsinə verildiyi gündən başlanılması qət edilmişdir İş materiallarında olan icraata başlamaq haqqında 10 fevral 2022-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(011)-334/2021 saylı icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı dərhal könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İnzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman Şəxs 18 avqust 2014-cü il təvəllüdlü X6 və 17 avqust 2015-ci təvəllüdlü X10 anaları X5 himayəsinə verilmələrinə maneələr yaradaraq, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(011)-334/2021 saylı qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi, həmçinin, həmin qətnamə ilə müəyyən edilmiş alimentin icrasını gecikdirdiyi müəyyən edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 25 may 2022-ci il tarixdən, saat 12:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1935/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1935/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver