Məhkəmə qərarları › İş №3(010)-1948/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1948/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1948/2025 22.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, X1nun iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun 100 manat və 3 bal cərimə edilmədiyinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ** ZU *** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobillə Bakı şəhəri, Parlament prospekti ilə Mikayıl Müşfiq küçəsinin kəsişməsində yol ayrıcında yolun hərəkət hissəsində avtomobili ilə irəliləyərkən svetaforun qadağanedici nişanında hərəkət etməyi ilə bağlı X8 tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən İXP ******* saylı xx.xx.2025-ci il tarixli protokol və onun əsasında TP ******* saylı xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. O, qeyd edilən qərarla razı olmadığı üçün və inzibati xətanı törətmədiyi üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(010)- 971/2025 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)- 1276/2025 saylı qərarı ilə ərizəsi qismən təmin edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 16 fevral 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilmişdir. Sonradan məhkəmə qərarı icra edilməsi üçün aidiyyəti üzrə göndərilmiş və qeyd edilən qurum tərəfindən tərtib edilmiş inzibati protokol iizrə məsələyə yenidən baxılaraq heç bir sübut təqdim etmədən (halbuki onun sübutları ərizəyə əlavə edilib) təkrar onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən cərimə edilməyi ilə bağlı xx.xx.2025-ci il tarixli TP7195424 saylı qərar qəbul edilmişdir. Aşağıdakı hüquqi və faktiki əsaslara görə qeyd edilən qərarla razı deyildir, əsassız qəbul edilib və qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 11:09 radələrində Badamdar şossesi ilə üzü şəhər istiqamətində irəliləyərkən Mikayıl Müşfiq küçəsi ilə Parlament prospektinin kəsişməsində yerləşən yol ayrıcında svetaforun yaşıl işığının sönməsinə 4 saniyə qalmış yol ayrıcına daxil olmuşdur. Ərazidə ikinci svetaforun olması barədə məlumatlıdır və idarə etdiyi avtomobilin surəti 60 km saat olduğu üçün və qarşısında digər avtomobil olmadığı üçün 4 saniyə ərzində yol ayrıcını tam olaraq keçəcəyinə əmin olduğundan hərəkətə davam etmişdir. Qeyd edilən yol ayrıcının maksimal məsafəsi təxmini 60 metr təşkil edir və hərəkət etdiyi surət ərazini qadağanedici nişan yanmadan yol ayrıcını tərk etməyə imkan verirdi. Belə ki, 60 km saat sürətlə irəlilədiyindən və qarşısında digər avtomobil olmadığından saniyədə 16 metr irəliləməklə 4 saniyədə 60 metr məsafəni qət edə bilirdi. Eyni zamanda ərazidə ardıcıl iki svetafor olmasından xəbərdar idi. Vəziyyətlə bağlı tam aydın olması üçün sübut qismində avtomobilinin videoqeydiyyatçısı tərətindən çəkilmiş şəkilləri təqdim edir. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsi svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsini nəzərdə tutur. O isə birinci svetaforu keçərkən yaşıl işığın sönməsinə 4 saniyə qalmışdır və o həmin müddət ərzində növbəti svetaforu da keçmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinin 111.2 bəndinə əsasən yaşıl rəngli işığın yanıb sönməsi hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər). Bütün göstərilənlər və sübutlar (fotoçəkiliş) onu deməyə əsas verir ki, hazırda o, 327.2-ci maddənin tələbləri ilə nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Buna görə də X7 İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokolu əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli qərara əsasən onun 100 (bir yüz) manat və 3 bal cərimə edilməyinə dair qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qərar onun şəxsi kabinetinə qəbul edildiyi gün, yəni xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: iş materiallarına əlavə edilmiş çıxarışın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Parlament, Mikayıl Müşfiq ünvanında MİTSUBİSHİ PAJERO minik markalı, 10ZU656 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmiş, 10 manat endirim tətbiq edilərək, ümumi cərimə məbləği 90 manat olmuşdur. Nəticədə xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol tərtib olunmuş, həmin protokol əsasında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur; iş materiallarına Badamdar şossesində yerləşən yolayrıcına dair foto materiallar əlavə olunmuşdur; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1276/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X2 şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 16 fevral 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Parlament, Mikayıl Müşfiq ünvanında MİTSUBİSHİ PAJERO minik markalı, 10ZU656 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmiş, 10 manat endirim tətbiq edilərək, ümumi cərimə məbləği 90 manat olmuşdur. Nəticədə xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol tərtib olunmuş və onun əsasında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar qəbul edilmişdir. O, qeyd edilən qərarla razı olmadığı üçün qərardan şikayətlə məhkəməyə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-1276/2025 saylı qərarı ilə ərizəsi qismən təmin edilmiş və 16 fevral 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilmişdir. Sonradan məhkəmə qərarı icra edilməsi üçün aidiyyəti üzrə göndərilmiş və qeyd edilən qurum tərəfindən tərtib edilmiş inzibati protokol üzrə məsələyə yenidən baxılaraq təkrar onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən cərimə edilməyi ilə bağlı xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar qəbul edilmişdir. X1 inzibati cərimənin qanunsuz yazıldığını qeyd edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:09 radələrində Badamdar şossesi ilə üzü şəhər istiqamətində irəliləyərkən Mikayıl Müşfiq küçəsi ilə Parlament prospektinin kəsişməsində yerləşən yol ayrıcında svetaforun yaşıl işığının sönməsinə 4 saniyə qalmış yol ayrıcına daxil olmuşdur. Ərazidə ikinci svetaforun olması barədə məlumatlıdır və idarə etdiyi avtomobilin surəti 60 km saat olduğu üçün və qarşısında digər avtomobil olmadığı üçün 4 saniyə ərzində yol ayrıcını tam olaraq keçəcəyinə əmin olduğundan hərəkətə davam etmişdir. Qeyd edilən yol ayrıcının maksimal məsafəsi təxmini 60 metr təşkil edir və hərəkət etdiyi surət ərazini qadağanedici nişan yanmadan yol ayrıcını tərk etməyə imkan verirdi. Belə ki, 60 km saat sürətlə irəlilədiyindən və qarşısında digər avtomobil olmadığından saniyədə 16 metr irəliləməklə 4 saniyədə 60 metr məsafəni qət edə bilirdi. Eyni zamanda ərazidə ardıcıl iki svetafor olmasından xəbərdar idi. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər onun iştirakı ilə ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar