Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-195/2022 27.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, X5, 25 oktyabr 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4VTRVE4, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 15 dekabr 2021-ci il tarixdə X5 barəsində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X6 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 15 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərarla X9 Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə olunmuşdur. X5 Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X6 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 15 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərardan şikayəti 26 yanvar 2022-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X5 şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarında olan Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis X1 ünvanladığı 13 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, X7 protokolun xitam olunması üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmiş və protokolun surəti ona göndərilmişdir. İş materiallarında olan poçt zərfinin üzərindəki ştempeldən isə görünür ki, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin məktubu 18 yanvar 2022-ci il tarixdə rabitə orqanına (poçta), X7 isə 24 yanvar 2022-ci il tarixdə təqim edilmişdir. X3 barəsində qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati qərarı nə vaxt alması barədə şikayətinə hər hansı mötəbər sübut əlavə etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi tərəfindən X7 13 yanvar 2022-ci il tarixli məktub və sonuncunun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti göndərilmişdir. Göründüyü kimi işdə olan sübutlarla X5, Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı aldıqdan sonra, ondan qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində şikayət verməsi öz təsdiqini tapmır. Bununla da X4 gedən 15 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddəti bitdikdən 01 ay 01 gün sonra şikayət vermişdir. Buna görə də məhkəmə hesab edir ki, X2 rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X6 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 15 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə onun şikayətinə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma icraat qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X6 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 15 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərardan verdiyi şikayət X7 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-195/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-195/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver