Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-196/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Dövlət X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına Bakı şəhəri Suraxanı Rayon Dövlət X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokollar əsasında toplanmış material geri qaytarılmalıdır. Belə ki, səlahiyyətli orqan tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilsə də, işin faktiki hallarının protokolda göstərilməməsi, eləcə də inzibati xəta törətmiş şəxs Şəxs həmin protokolla tanış edilməməsi və protokolda inzibati xəta törətmiş şəxs Şəxs tanış edilməsi ilə əlaqədar olaraq imzasının olmaması aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Beləliklə sadalanmış hüququ normalarının tələblərini rəhbər tutaraq hesab edirəm ki, işin faktiki hallarının protokolda göstərilmədiyindən, eləcə də inzibati xəta törətmiş şəxs Şəxs həmin protokolla tanış edilmədiyindən və protokolda inzibati xəta törətmiş şəxs Şəxs tanış edilməsi ilə əlaqədar olaraq imzasının olmaması səbəbindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında toplanmış material Bakı şəhəri Suraxanı RPİ-nin Dövlət X1nə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokollar əsasında toplanmış material Bakı şəhəri Suraxanı RPİ-nin Dövlət X1nə geri qaytarılsın. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-196/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-196/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver