Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1961/2022 23.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X6 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, subay, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi, 11 nömrəli evdə qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 05 mart 2022-ci il tarixdə, aralarında yaranmış mübahisə zamanı ünvan 1 ünvanında yaşayan qaynı arvadı X8 qəsdən vuraraq, sonuncuya sağ yanaq nahiyəsinin, sağ bazunun qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, X9 onun qardaşının həyat yoldaşıdır. Lakin Nərmin onların yaşadığı evi tərk etmişdir. Sonradan Nərmin onun anasına zəng edərək, evdə qalan əşyalarını gətirməsini istəmişdir. O, Nərminin əşyalarını götürürək sonuncunun yaşadığı evə getmişdir. Lakin Nərmin evdə olmadığından onu bibisini evində gözləmiş, bir müddət sonra Nərmin gəlmişdir. O, Nərminə əşyalarını gətirdiyini bildirərək, gətirdiyi əşyaları sonuncuya vermişdir. X3 onu evə dəvət etmişdir. O, Nərminin yaşadığı evə daxil olmuş, biraz keçdikdən sonra Nərmin onun qardaşı barəsində şikayətləndiyi üçün o, Nərminin yaşadığı evdən çıxıb getmişdir. Lakin bir neçə gün sonra qardaşı ona zəng vuraraq Nərminə hər hansı xəsarət yetirib yetirmədiyini soruşmuş, o isə Nərminə heç bir xəsarət yetirmədiyini bildirmişdir. O, bir daha qeyd edir ki, hadisə günü Nərminə heç bir fiziki təsir gəstərməmiş, sonuncunu vurmamışdır. Sonda Şəxs barəsində başlanılmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X9 bildirdi ki, hadisə günü o, uşağı həkimə aparmışdı. Yolda olan zaman bibisi ona zəng edərək Ziyadın gəldiyini və uşağın paltarlarını gətirdiyini bildirmişdir. O, bibisinə bildirmişdir ki, Ziyad gətirdiklərini qoyub getsin, lakin bibisi ona bildirmişdi ki, Ziyad paltarları onun özünə təqdim etmək istəyir. O, evə gələrək Ziyaddan paltarları götürmüş və onu da evə dəvət etmişdir. Evdə olan zaman gətirdiyi sellofan torbaya baxdıqda nə onun, nə də, uşağın paltarlarının olmadığını, başqa paltarlar və çirkli pamperslər olduğunu görmüşdür. Daha sonra isə Ziyad ona yumruq ilə vuraraq ona xəsarət yetirmişdir. X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnı etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X2 bildirdi ki, X9 ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edərək qaynı Şəxs tərəfindən 05 mart 2022-ci il tarixdə döyüldüyünü bildirmişdir. X6 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və toplanmış materialda Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan inzibati tədbir görülməsi ona həvalə edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının 10 mart 2022-ci il tarixli, 243 saylı rəyindən görünür ki, X6 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ yanaq nahiyəsinin, sağ bazunun qançırları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 05 mart 2022-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özüözünə xəsarət yetirməsi nəticəsində alınmaları inandırıcı deyildir. İş materialalrında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı X5 08 aprel 2022-ci il tarixli qərarından görünür ki, X6 ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilərək, material üzrə qəbul olunmuş qərarın surəti Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin aidiyyəti əməkdaşına həvalə olunmuşdur. Şəxs məhkəmə iclasında təqdim etdiyi 059943 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs ikinci qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs ikinci qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xəta haqqında işə məhkəmədə baxılan zaman isə Şəxs ikinci qrup əlil olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxsya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1961/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1961/2022
23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver