Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1985/2024 22.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 22 aprel 2024-cü il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq müqavimət göstərmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasənda iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru X2 tərtib etdiyi MN seriyalı ******* nömrəli 22 aprel 2024-cü il tarixli protokolu müdafiə edərək bildirmişdir ki, 22 aprel 2024-cü il tarixdə ərazidə xidmətdə olan Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidmətinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində Bülbülə” şadlıq sarayının arxası ilə əks istiqamətdə hərəkət edən “Toyota” minik markalı avtomobil saxlamışlar. Yoxlama zamanı məlum olmuşdur ki, avtomobili etibarnaməsiz idarə edən sürücü X6r. Avtomobildə sərnişin qismində əyləşən polis əməkdaşı X3 vəsiqəsini təqdim edərək polis əməkdaşı olduğunu bildirmişdir. Lakin polis əməkdaşının yanında əyləşən digər sərnişin Şəxs sərxoş vəziyyətdə olaraq Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidmətinin əməkdaşlarını çox nalayiq və küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. Bu zaman hər iki şəxs nizam intizama dəvət edildikdə tabesizlik göstərmişlər. Tabesizlik göstərdiklərinə görə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə gətirilmişlər. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidmətinin inspektoru X4 bildirmişdir ki, 22 aprel 2024-cü il tarixdə digər polis əməkdaşı Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidmətinin baş inspektoru Zahid Həsənovla ərazidə xidmətdə olarkən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində Bülbülə” şadlıq sarayının arxası ilə əks istiqamətdə hərəkət edən “Toyota” minik markalı avtomobili saxlamışdıq. Yoxlama zamanı məlum olmuşdur ki, avtomobili etibarnaməsiz idarə edən sürücü X6r. Avtomobildə sərnişin qismində əyləşən polis əməkdaşı X3 vəsiqəsini təqdim edərək polis əməkdaşı olduğunu bildirmişdir. Lakin polis əməkdaşının yanında əyləşən digər sərnişin Şəxs sərxoş vəziyyətdə olaraq onları çox nalayiq və küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. Bu zaman hər iki şəxs nizam intizama dəvət edildikdə tabesizlik göstərmişlər. Tabesizlik göstərdiklərinə görə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə aparılmışlar. Şəxs həmin inzibati xətanı törətməsi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 22 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol ilə, Şəxs iş materiallarında olan izahatı, Şəxs və şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə tam sübuta yetirildiyindən, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və polis əməkdaşlarının onun hüquqazidd hərəkətini dayandırmağı tələb etdiyinə baxmayaraq, bu hərəkətin davam etdirməsini ağırlaşdırılan hal kimi nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzrədə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 22 aprel 2024-cü il saat 18:25-dən hesablansın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-1985/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1985/2024
22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver