Məhkəmə qərarları › İş №3(010)-1987/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1987/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1987/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin Hüquq şöbəsinin baş hüquqşünası X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən tərtib edilmiş 04 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 04 aprel 2024cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, M.Mustafayev 24 ünvanında həyata keçirilmiş X5 zamanı Şəxs xüsusi razılıq (lisenziya) olmadan məktəbə qədər təhsil fəaliyyəti ilə məşğul olması və belə fəaliyyətdən fəaliyyət göstərdiyi dövrdə 500 manat məbləğində gəlir əldə etməsi faktı aşkar edilmişdir. Bununla da Şəxs barəsində İXM-in 398-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin Hüquq şöbəsinin baş hüquqşünası X2 işin məhkəmə baxışı zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil isə bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasında məktəbə qədər hazırlıq fəaliyyəti göstərir. Şəxs fəaliyyət göstərdiyi dövrdə hər hansı bir hüquq pozuntusuna yol verməmişdir. İşlədiyi dövrdə qanunvericiliyin tələblərinə tam məsuliyyətlə əməl etmişdir. Bu günədək hər hansı bir hüquq pozuntusuna yol verməyərək bütün vergiləri və icbari ödənişləri həyata keçirmişdir. Əlavə olaraq qeyd etmək etmişdir ki, dəfələrlə Şəxs tərəfindən rəsmi qaydada lisenziya üçün müraciət edilsə də, müraciəti hələ ki qeydə alınmamış, lakin tez bir zaman da əldə olunması üçün çalışmışdır. Hal-hazırda fəaliyyət dayanmışdır. 2024-cü ilin aprel ayında məlum olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəssisə barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati icraat başlanılmış və 04 aprel 2024-cü il tarixdə hər hansı bir məlumat vermədən və araşdırma aparmadan İXP ******* saylı inzibati protokol tərtib edərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İşlədiyi dövrdə əldə etdiyi gəlir 500 manat olmuşdur. Belə ki, protokolda qeyd olunmuş 500 (beş yüz) manat əldə edilmiş gəlir dövlət hesabına tam ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 04 aprel 2024-cü il tarixli İXP ******* saylı inzibati protokol üzrə başlanmış inzibati icraata xitam verilməlidir. Əlavə olaraq ərizə ilə müraciət edərək bildirmişdir ki, 01 may 2024-cü il tarixdə ödənilən 500 manat məbləğ səhvən sadələşmiş vergi təyinatı üzrə ödənilmişdir. İcraatda olan 04 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə həmin məbləği, yəni 500 manat məbləğini İXM üzrə vurulmuş ziyanın ödənilməsi kimi nəzərə alıb icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan “X5nin həyata keçirilməsi haqqında” 01 aprel 2024-cü il tarixli **********3190 nömrəli qərardan görünür ki, Şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, M.Mustafayev 24 ünvanında fəaliyyət göstərən məktəbəqədər hazırlıq fəaliyyəti xüsusi razılıq tələb olunan fəaliyyət növləri üzrə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi hallarına nəzarət edilməsi məsələləri barədə 02 aprel 2024-cü il tarixdən 01 may 2024-cü il tarixədək X5nin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”ın surətindən görünür ki, Şəxs (VÖEN **********) məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, M.Mustafayev 24 ünvanında yerləşən uşaq tədris mərkəzində X5 02 aprel 2024-cü il tarixdə başlanır, 01 may 2024-cü il tarixdə bitir. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə X5nin nəticələri haqqında Akt”dan görünür ki, X5 Xidməti İdarəsinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, M.Mustafayev 24 ünvanında yerləşən “Pambıq” uşaq tədris mərkəzində X5ni həyata keçirərkən, Şəxs tərəfindən lisenziya tələb olunduğu halda belə lisenziya olmadan məktəbəqədər hazırlıq fəaliyyəti ilə məşğul olması faktı müəyyən edilmişdir. Məhkəmə, ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin (maliyyə bazarları sahəsində istisna olmaqla) həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən lisenziya müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir; 3.1-ci maddəsinə əsasən bu Qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin meyarlarını, onların siyahısını, lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərini, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydalarını, lisenziya və icazə verən orqanların, onların vəzifəli şəxslərinin və lisenziya (icazə) sahiblərinin məsuliyyətini tənzimləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, M.Mustafayev 24 ünvanında yerləşən “Pambıq” uşaq tədris mərkəzində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu halda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bu fəaliyyəti nəticəsində 50 (beş yüz) manat gəlir əldə etmişdir. Bununla da Hüseyn X3 Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXMnin 398-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xəta nəticəsində əldə edilmiş 500 (beş yüz) manat gəlirin iki mislində, yəni 1.000 (min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar