Məhkəmə qərarları › İş №3(010)-1988/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1988/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1988/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında qərarlarından X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: X3 onun barəsində qəbul edilmiş 24 fevral 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli, 16 mart 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli, 17 mart 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli, 30 aprel 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli, 06 may 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli, 16 may 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli, 19 may 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli, 21 may 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli, 12 iyun 2022-ci il tarixli EQ seriyalı 10190250 nömrəli, 18 iyun 2022-ci il tarixli EQ seriyalı 10264915 nömrəli, 03 iyul 2022-ci il tarixli EQ seriyalı 10458368 nömrəli, 16 iyul 2022-ci il tarixli EQ seriyalı 10629131 nömrəli, 24 iyul 2022-ci il tarixli EQ seriyalı 10723130 nömrəli, 14 avqust 2022-ci il tarixli EQ seriyalı 10948668 nömrəli, 25 avqust 2022-ci il tarixli EQ seriyalı 11096441 nömrəli, 04 sentyabr 2022-ci il tarixli EQ seriyalı 11226688 nömrəli, 26 sentyabr 2022-ci il tarixli EQ seriyalı 11502557 nömrəli, 30 sentyabr 2022-ci il tarixli EQ seriyalı 11558305 nömrəli, 17 oktyabr 2022-ci il tarixli EQ seriyalı 11775061 nömrəli, 26 oktyabr 2022-ci il tarixli EQ seriyalı 11905492 nömrəli, 10 noyabr 2022-ci il tarixli EQ seriyalı 12091310 nömrəli, 19 noyabr 2022-ci il tarixli EQ seriyalı 12196333 nömrəli, 04 dekabr 2022-ci il tarixli EQ seriyalı 12361333 nömrəli, 18 dekabr 2022-ci il tarixli EQ seriyalı 12512982 nömrəli, 26 dekabr 2022-ci il tarixli EQ seriyalı 12597840 nömrəli, 07 fevral 2023-cü il tarixli EQ seriyalı 13060036 nömrəli, 18 fevral 2023-cü il tarixli EQ seriyalı 13184025 nömrəli, 11 mart 2023-cü il tarixli EQ seriyalı 13463999 nömrəli, 11 mart 2023-cü il tarixli EQ seriyalı 13464000 nömrəli, 14 mart 2023cü il tarixli EQ seriyalı 13507329 nömrəli, 28 mart 2023-cü il tarixli EQ seriyalı 13700465 nömrəli, 06 aprel 2023-cü il tarixli EQ seriyalı 13831511 nömrəli, 19 aprel 2023-cü il tarixli EQ seriyalı 14057992 nömrəli, 09 may 2023-cü il tarixli EQ seriyalı 14390384 nömrəli, 30 may 2023-cü il tarixli EQ seriyalı 14788344 nömrəli, 04 iyun 2023-cü il tarixli EQ seriyalı 14873136 nömrəli, 25 iyun 2023-cü il tarixli EQ seriyalı 15282960 nömrəli, 25 iyun 2023cü il tarixli EQ seriyalı 15283199 nömrəli, 17 iyul 2023-cü il tarixli EQ seriyalı 15759267 nömrəli, 30 iyul 2023-cü il tarixli EQ seriyalı 15990021 nömrəli, 09 avqust 2023-cü il tarixli EQ seriyalı 16167110 nömrəli, 23 avqust 2023-cü il tarixli EQ seriyalı 16444034 nömrəli, 31 avqust 2023-cü il tarixli EQ seriyalı 16609503 nömrəli, 21 sentyabr 2023-cü il tarixli EQ seriyalı 17017535 nömrəli, 24 oktyabr 2023-cü il tarixli EQ seriyalı 17651900 nömrəli, 09 noyabr 2023-cü il tarixli EQ seriyalı 17941024 nömrəli, 16 noyabr 2023-cü il tarixli EQ seriyalı 18070780 nömrəli, 05 dekabr 2023-cü il tarixli EQ seriyalı 18391032 nömrəli, 08 dekabr 2023-cü il tarixli EQ seriyalı 18432221 nömrəli, 04 yanvar 2024-cü il tarixli EQ seriyalı 18814544 nömrəli, 04 yanvar 2024-cü il tarixli EQ seriyalı 18814545 nömrəli, 24 yanvar 2024-cü il tarixli EQ seriyalı 19121499 nömrəli, 24 yanvar 2024-cü il tarixli EQ seriyalı 19121500 nömrəli, 16 fevral 2024-cü il tarixli EQ seriyalı 19489469 nömrəli, 19 fevral 2024-cü il tarixli EQ seriyalı 19537439 nömrəli, 14 mart 2024-cü il tarixli EQ seriyalı 19937424 nömrəli və 14 mart 2024-cü il tarixli EQ seriyalı 19937425 nömrəli elektron qərarlarla bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. X3 göstərilən şikayətinə Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında qərarlarından şikayət verilməsi müddətinin bərpasına dair vəsatətini əlavə etmişdir. Suraxanı Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərardadı ilə Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında qərarlarından şikayət verilməsi müddəti X2 münasibətdə bərpa edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 izahatında bildirmişdir ki, istifadə etdiyi "Toyota Prius" markalı 99PV748 dövlət qeydiyyat nişanlı avtomobili icbari sığorta etdirmədiyi və texniki baxışdan keçirmədən idarə etdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci və 469.3cü maddəsinə maddəsinə əsasən, 24 fevral 2022-ci il tarixli EQ 9098395, 16 mart 2022-ci il tarixli EQ 9277686, 17 mart 2022-ci il tarixli EQ 9281380, 30 aprel 2022-ci il tarixli EQ 9718918, 06 may 2022-ci il tarixli EQ 9787873, 16 may 2022-ci il tarixli EQ 9879745, 19 may 2022-ci il tarixli EQ 9917688, 21 may 2022-ci il tarixli EQ 9944183, 12 iyun 2022-ci il tarixli EQ 10190250,18 iyun 2022-ci il tarixli EQ 10264915, 03 iyul 2022-ci il tarixli EQ 10458368,16 iyul 2022-ci il tarixli EQ 10629131, 24 iyul 2022-ci il tarixli EQ10723130,14 avqust 2022-ci il tarixli EQ 10948668, 25 avqust 2022-ci il tarixli EQ 11096441, 04 sentyabr 2022-ci il tarixli EQ 11226688, 26 sentyabr 2022-ci il tarixli EQ 11502557, 30 sentyabr 2022-ci il tarixli EQ 11558305, 17 oktyabr 2022-ci il tarixli EQ 11775061, 26 oktyabr 2022-ci il tarixli EQ 11905492, l0 noyabr 2022-ci il tarixli EQ 12091310, 19 noyabr 2022-ci il tarixli EQ 12196333, 04 dekabr 2022-ci il tarixli EQ 12361333, 18 dekabr 2022ci il tarixli EQ 12512982, 26 dekabr 2022-ci il tarixli EQ 12597840, 07 fevral 2022-ci il tarixli EQ 13060036, 18 fevral 2023-cü il tarixli EQ 13184025, 11 mart 2023-cü il tarixli EQ 13463999, 11 mart 2023-cü il tarixli EQ 13464000, 14 mart 2023-cü il tarixli EQ 13507329, 28 mart 2023-cü il tarixli EQ 13700465, 06 aprel 2023-cü il tarixli EQ 13831511, 19 aprel 2023-cü il tarixli EQ 14057992, 09 may 2023-cü il tarixli EQ 14390384, 30 may 2023-cü il tarixli EQ 14788344, 04 iyun 2023-cü il tarixli EQ 14873136, 25 iyun 2023-cü il tarixli EQ 15282960, 25 iyun 2023-cü il tarixli EQ 15283199, 17 iyul 2023-cü il tarixli EQ 15759267, 30 iyul 2023-cü il tarixli EQ 15990021, 09 avqust 2023-cü il tarixli EQ 16167110, 23 avqust 2023-cü il tarixli EQ 16444034, 31 avqust 2023-cü il tarixli EQ 16609503, 21 sentyabr 2023-cü il tarixli EQ 17017535, 24 oktyabr 2023-cü il tarixli EQ 17651900, 09 noyabr 2023-cü il tarixli EQ 17941024, 16 noyabr 2023-cü il tarixli EQ 18070780, 05 dekabr 2023-cü il tarixli EQ 18391032, 08 dekabr 2023-cü il tarixli EQ 18432221, 04 yanvar 2024-cü il tarixli EQ 18814544, 04 yanvar 2024-cü il tarixli EQ 18814545, 24 yanvar 2024-cü il tarixli EQ 19121499, 24 yanvar 2024-cü il tarixli EQ 19121500,16 fevral 2024-cü il tarixli EQ 19489469, 19 fevral 2024-cü il tarixli EQ 19537439, 14 mart 2024-cü il tarixli EQ 19937424 və 14 mart 2024cü il tarixli EQ 19937425 nömrəli protokollar tərtib olunmuşdur. Halbu ki, bu qərarlar və cərimələr barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Odur ki, qərarların əsassız olduğunu hesab edir və bütün qərarların ləğv olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayətinə qərarların ləğvi ilə bağlı əsaslı sübutlar təqdim etmədiyindən Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında qərarları qanuni və əsaslıdır, X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərarlar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında elektron qərarları dəyişdirilmədən saxlanılsın. Qərar tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar