Məhkəmə qərarları › İş №3(010)-1989/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1989/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1989/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X9 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə X9 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin inzibati xəta haqqında iş üzrə 09 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından X9 şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı ərazi şöbəsinin vəzifəli şəxsi (baş məsləhətçi, müfəttiş X14) 26 dekabr 2023cü ildə X18 barəsində Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd olunur ki, «Suraxanı rayonunun inzibati ərazisi daxilində Hövsan Donuzkökəltmə sovxozunda vətəndaş X9 içərisində olan 2,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri apardığına görə torpaq sahəsinin münbit qatını korlamışdır». İnzibati xəta haqqında protokolda bu faktın 26 dekabr 2023-cü ildə tərtib edilmiş akt, çıxarış, torpaq sahəsinin planı və ölçüsü, şəxsiyyət vəsiqəsi və fotoşəkillər ilə təsdiq olunduğu qeyd edilir. İnzibati xəta haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalandığına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, bunun səbəbi protokolda göstərilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin (müdir X15) 09 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X18 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat miqdarında cərimə edilmişdir. Marəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X9 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil işin məhkəmə baxışı zamanı izahat verərək bildirmişdir ki, 26 dekabr 2023-cü il tarixli ******* nömrəli protokolun və onun əsasında verilmiş 09 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi üçün əsas ondan ibarət olmuşdur ki, şikayətçinin protokolun tərtib olunmasından xəbəri olmamış, onun istifadəsində olan adı çəkilən 2.63 ha torpaq sahəsində onun tərəfindən heç bir tikinti işləri aparılmamış, protokolda yalnış olaraq ərazinin ona məxsus olması qeyd olunmuş, tərtib olunmuş protokolun ona heç bir aidiyyəti yoxdur, ona görə də barəsində tərtib olunmuş 26 dekabr 2023-cü il tarixli ******* nömrəli protokol və onun əsasında verilmiş 09 yanvar 2024cü il tarixli MN seriyalı ******* nömrəli qərarın qanunsuz və əsassız olduğunu bidirmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 nömrəli qərarına və bu qərar əsasında Sovxoz Həmkarlar Komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 16 avqust 1991-ci il tarixli 07 nömrəli qərarının tələbinə uyğun olaraq sovxozda işləyən X10 fərdi ev tikmək üçün 0.06 ha torpaq sahəsi Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə xx.xx.1991-ci il tarixli 108 nömrəli əmrlə ayrılmış, X11 hərin ərazidə tikinti işi aparmış, ona ayrılmış 0.06 ha torpaq sahəsinin 0.03 ha hissəsini xx.xx.2022-ci il tarixli etibarnaməyə və 0.03 ha hissəsini isə xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən X6 istifadəsinə vermiş, sonuncuya aid orada yarımçıq tikili mövcuddur, sputnik görüntüləri əsasında Kəmalə Babayeva ayrılmış torpaq sahəsinin hasarı aydın şəkildə göstərilmiş, Kəmalə Babayevanın torpaq sahəsi İqrar Həsənovun torpaq sahəsindən təcrid olunmuş vəziyyətdədir. xx.xx.2023-cü il tarixli ******* nömrəli protokolda qeyd olunan tikililər həmin 0.06 ha torpaq sahəsində yerləşir, 2020-ci il martın 03-də X1 2.63 ha torpaq sahəsinə heç bir aidiyyəti yoxdur, başqa ərazidə yerləşir. İqrar Həsənovun istifadəsində olan 0.06 ha torpaq sahəsinin ayrıca kommunal ödənişləri aparılmış, X8 adına "xxxx" QSC tərəfindən 2022-ci ildə həmin torpaq sahəsində olan Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması həyata keçirilmişdir. Sonra şikayətə əlavə verilərək və həmin torpaq sahəsinin 2020-ci ilin mart ayında alqı-satqı müqaviləsi əsasən Kəmalə Babayevanın adına keçən zaman adı çəkilən tikilərin orada olması və həmin tikililərə kimsə tərəfindən, o cümlədən qərarından şikayət verilən inzibati orqan tərəfindən heç vaxt etiraz edilməməsinə, həmçinin sübut kimi bu halın onun müraciəti əsasında “X5 xx.xx.2024-cü il tarixli 77 nömrəli rəyi ilə də öz təsdiqini tapması, yəni həmin rəyin nəticə hissəsinin 3-cü abzasında X18 ilə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl torpaq sahəsinin cənub-şərq hissəsində həmin tikililər mövcud olması, ona görə də qəbul olunmuş həmin protokol və qərarın X16 deyil, həmin işdə, yəni tikintini aparmış şəxslərə tətbiq oluna bilməsi əsası ilə ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Belə ki, Azərbaycan Respublikası Milli X22 Komissiyasının sədri Tahir Rzayev “Torpaq Məcəlləsi”nə edilmiş dəyişdiklə bağlı kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş kiçik həcmi tikililər barəsində məsələyə aydınlıq gətirərək bildirmişdir ki, sahibkarların işini yaxşılaşdırmaq və inkişaf etdirilməsi məqsədi ilə kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinə xidmət edən yardımçı otaqlar və köməkçi sahələr torpaq sahəsinin 1% hissəsindən çox olmamaq şərti ilə qanunamüvafıq olduğunu bildirmişdir. Adı çəkilən torpaq sahəsindən təyinatına uyğun istifadə olunması, ərazidə 868 ədəd zeytun ağacının olması və hər il suvarma sisteminin həyata keçirilməsi üçün dövlət tərəfindən subsidiyaların ayrılması, həmçinin AQRO tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli ******* nömrəli Əkin Bəyanı ilə də təsdiq olunur, həmçinin onu da qeyd edir ki, protokolda gstərilən tikililərin altında olan torpaq sahəsi ərazinin yalnız 1 sotunu əhatə edir və həmin tikililər adı çəkilən torpaq sahəsinə yardımçı sahə kimi xidmət göstərir ki, buna da qanunla yol verilir. Həmçinin “Torpaq Məcəlləsi”ndə edilmiş dəyişilikləri nəzərə almaqla şikayəti təmin edilməsini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri X13 tərəfindən Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən X9 daimi istifadəsində olan 2.63 ha torpaq sahəsinə görə tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokolun və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı ərazi şöbəsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə həmin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Lakin məhkəmənin 24 iyul 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı ərazi şöbəsinin baş məsləhətçisi, müfəttiş X14 protokolda göstərilənlərə uyğun məzmunlu izahat verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı ərazi şöbəsinin müdiri X15 tərəfindən qəbul olunmuş 09 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərarın dəyişdirilmədən, X9 şikayətinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır». Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». Bunlarla yanaşı, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Həmin Məcəllənin 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4, 61.1.5-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq», «izahat vermək», «sübutlar təqdim etmək», «vəsatət və etirazlar vermək», «işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək» hüququna malikdir. Yuxarıda qeyd olunduğu kimi, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin imzaları yoxdur. X9 inzibati xəta haqqında iş üzrə icraatda iştirakının təmin edildiyini təsdiq edə biləcək hər hansı bir qeyd də istər inzibati xəta haqqında protokolda, istərsə də inzibati xəta haqqında qərarda aparılmamışdır (yuxarıda göstərildiyi kimi əgər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati icraatda iştirakı təmin olunmuş, lakin o, protokolun müvafiq bölmələrini imzalamaqdan imtina etmişdirsə, bununla bağlı Azərbaycan Respublikası İXM-nin yuxarıda istinad olunan 100.4-cü maddəsinin tələblərinə uyğun qaydada rəsmiləşdirmə aparılmalı idi). Beləliklə, inzibati xəta haqqında protokolun və qərarın məzmunundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yuxarıda göstərilən hüquqlarının təmin edildiyi görünmür. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə məsuliyyət nəzərdə tutur. İnzibati xəta haqqında protokolda isə müvafiq sahənin meşə fondu torpaqlarına aid olduğunu bildirən heç bir qeyd aparılmayıb. Bundan başqa tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, X18 ilə X23 arasında bağlanmış xx.xx.2024-cü il tarixli istifadə hüququnun alqı-satqı müqaviləsi əsasında yarımçıq tikilinin yerləşdiyi 0.1628 ha torpaq sahəsindən daimi istifadə hüququ X17 adına keçmiş və onun adına bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmiş, bununla da sözü gedən yarımçıq tikililər X17 daimi istifadəsində olan torpaq sahəsində qalmışdır. Alqı-satqı müqaviləsindən sonra X9 daimi istifadəsində heç bir tikilinin olmadığı 2.467225 ha torpaq sahəsi qalmışdır. X4 rayonu, Donuzkökəltmə sovxozu ərazisindəki 0.1628 ha torpaq sahəsi üzərindəki istifadə hüququnun adı çəkilən yarımçıq tikilinin yerləşdiyi 0.0542 ha hissəsi üzərində olan daimi istifadə hüququnu xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X3, sonuncunun adına bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024cü il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Göründüyü kimi X9 barəsində 09 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbehin tətbiq olunması barədə qərarın verilməsinə əsas olmuş yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüququ artıq X2 və onun daimi istifadəsindədir. Məhkəmə hesab edir ki, bu hallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanunla müəyyən edilmiş prosessual hüquqlarının pozulması, o cümlədən İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən inzibati xəta haqqında iş üzrə icraatın prosessual pozuntulara yol verilməklə aparıldığını nəzərə alaraq hesab edir ki, şikayət təmin olunmalı, inzibati xəta haqqında iş üzrə 09 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı ərazi şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin olunsun. X18 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə təqsirli bilinərək 1.000 manat miqdarında cərimə edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı ərazi şöbəsinin vəzifəli şəxsinin (müdir X7) 09 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı ərazi şöbəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar