Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-199/2022 27.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X1 və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X2 iştirakı ilə, Şəxs, xx.xx.1992-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx evli, taksi fəaliyyəti ilə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 27 yanvar 2022-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 27 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Suraxanı rayonu keçid adlanan ərazidə ictimai nəqliyyatda olan zaman polis əməkdaşı maskadan istifadə etmədiyi üçün ona yaxınlaşaraq, özünü təqdim etdikdən sonra ondan özünü təqdim etməyini xahiş etdi. Ona yaxınlaşan polis əməkdaşının həqiqətən də DİN-nin əməkdaşı olmasına şübhə etdiyindən özünü təqdim etməkdən imtina etmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu, polis əməkdaşından üzr istədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X4 məhkəmədə göstərdi ki, 27 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektindəki avtobus dayanacağında xidmətdə olan zaman ictimai nəqliyyatda bir nəfər şəxsin tibbi maskadan istifadə etmədiyini görüb yaxınlaşaraq özünü təqdim etdikdən sonra həmin şəxsə törətdiyi hüquqpozmanı izah edərək şəxsiyyətini təsdiq edən sənəd yaxud özünü təqdim etməsini xahiş etsə də, həmin şəxs özünü təqdim etməyərək ictimai nəqliyyatın hərəkətinə maneçilik törətməklə polisin qanuni tələbinə qəsdən tabe olmayaraq sənəd təqdim etməmişdir. Dəfələrlə həmin şəxsə xəbərdarlıq olunmasına baxmayaraq özünü təqdim etməyərək avtobusdan enməyi təklif etmiş və dayanacaqdan endikdən sonra isə həmin şəxs yenidən özünü təqdim etməyərək müxtəlif şəxslərə zəng edərək təkidlə həmin şəxslər ilə danışmağını tələb etmişdir. Şəxs avtobusdan endikdən sonra isə onu mobil telefona çəkməyə başlamışdır. Daha sonra əraziyə PPX əməkdaşları dəvət olunmuş və Şəxs Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmiş, orada onun izahatı alınarkən o, inzibati xətanı törətdiyini etiraf etmiş və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Buna görə də Şəxs izahatını alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X2 27 yanvar 2022-ci il tarixli raportundan görünür ki, 27 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektindəki avtobus dayanacağında xidmətdə olan zaman ictimai nəqliyyatda bir nəfər şəxsin tibbi maskadan istifadə etmədiyini görüb yaxınlaşaraq özünü təqdim etdikdən sonra həmin şəxsə törətdiyi hüquqpozmanı izah edərək şəxsiyyətini təsdiq edən sənəd yaxud özünü təqdim etməsini xahiş etsə də, həmin şəxs özünü təqdim etməyərək ictimai nəqliyyatın hərəkətinə maneçilik törətməklə polisin qanuni tələbinə qəsdən tabe olmayaraq sənəd təqdim etməmişdir. Dəfələrlə həmin şəxsə xəbərdarlıq olunmasına baxmayaraq özünü təqdim etməyərək avtobusdan enməyi təklif etmiş və dayanacaqdan endikdən sonra isə həmin şəxs yenidən özünü təqdim etməyərək müxtəlif şəxslərə zəng edərək təkidlə həmin şəxslər ilə danışmağını tələb etmişdir. Şəxs avtobusdan endikdən sonra isə onu mobil telefona çəkməyə başlamışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxsa cərimə növündə inzibati tənbeh kifayət edir və inzibati qaydada tutulmuş Şəxsa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-199/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-199/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver