Məhkəmə qərarları › İş №3(010)-2/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə Şəxs, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 14 aprel 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(010)-5580/2019 nömrəli qətnaməsinə dair icra səndini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol 14 aprel 2022-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Şəxs icra sənədinin icrası üçün ona vaxt verilməsini xahiş etdiyindən məhkəmə iclası 25 aprel 2022-ci il tarixə, saat 16:00-a təxirə salınmış və bu barədə Şəxs şəxsən məhkəmə bildirişi təqdim edilmişdir. Lakin Şəxs həmin məhkəmə iclasına gəlməmişdir. Bununla əlaqədar inzibati işin baxılması təxirə salınaraq, 12 may 2022-ci il tarixə, saat 12:30-a təyin edilmiş və Şəxs qeydiyyatda olduğu ünvan üzrə - ünvan 3rəli evə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq Şəxs hər hansı bir üzrlü səbəb olmadan 12 may 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Bununla əlaqədar inzibati işin baxılması təxirə salınaraq, 13 may 2022-ci il tarixə, saat 11:15-ə təyin edilmiş və Şəxs qeydiyyatda olduğu ünvan üzrə - ünvan 3rəli evə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq Şəxs hər hansı bir üzrlü səbəb olmadan 13 may 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Bununla əlaqədar inzibati işin baxılması təxirə salınaraq, 18 may 2022-ci il tarixə, saat 12:45-ə təyin edilmiş və Şəxs qeydiyyatda olduğu ünvan üzrə - ünvan 3rəli evə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq Şəxs hər hansı bir üzrlü səbəb olmadan 18 may 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Bununla əlaqədar inzibati işin baxılması təxirə salınaraq, 20 may 2022-ci il tarixə, saat 12:10-a təyin edilmiş və Şəxs qeydiyyatda olduğu ünvan üzrə - ünvan 3rəli evə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq Şəxs hər hansı bir üzrlü səbəb olmadan 20 may 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qərardadı ilə Şəxs məhkəməyə məcburi qaydada gətirilməsi qərara alınmışdır Eyni zamanda Bakı şəhər Suraxanı rayon Məhkəməsinin eyni tarixli, eyni saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından isə görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi, yəni Şəxs barəsində 14 aprel 2022-ci il tarixdə inzibati xəta haqqında protokolun tərtib edildiyi gündən işə hazırda məhkəmə iclasında baxıldığı vaxt artıq 01 il keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 104.8-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar