Məhkəmə qərarları › İş №3(010)-20/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-20/2021

18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-20/2021 18.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN Vİ X16 Xidmətinin inspektoru, polis baş serjantı X7 İnzibati xəta haqqında xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Vİ X16 Xidməti inspektoru, polis baş serjantı X11 tərəfindən xx.xx.2020-ci ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli qərarla X6 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. X6 şikayətlə məhkəməyə müraciət edərək, AR DİN Vİ X16 Xidməti inspektoru, polis baş serjantı X7 xx.xx.2020-ci il tarixli, TP ******* saylı protokola xitam verilməsini xahiş etmişdir. X6 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlələri dəqiqləşdirərək bildirmişdir ki, onun həyat yoldaşı İİİ qrup əlil X5 rayonunda yaşayır. O, xx.xx.2020-ci il tarixdə müəyyən səbəblərə görə Zərdab rayonuna, yəni, yoldaşının yanına getməli olmuşdur. xx.xx.2020-ci il tarixdə o, Zərdab rayonuna gedəndə, polis postunda polis əməkdaşları saxlanılmışdır. Bu zaman o, öz şəxsiyyət vəsiqəsini, yoldaşının sənədini və nikah haqqında şəhadətnaməsini polis əməkdaşlarına təqdim edərək, rayona getmək səbəbini bildirmişdir. Polis əməkdaşları onun sənədlərinə baxaraq, ona heç bir söz demədən postdan keçməyinə icazə vermişlər. O, cərimə olunduğunu 2020-ci ildə dekabr ayının əvvəlində bilmişdir. Aylar əvvəl yazılmış protokolun surətini o, 2020-ci ildə dekabr ayının əvvəlində almışdır. O, rayona, həyat yoldaşının, yəni ailə üzvünün yanına getdiyindən, buna dair ijazənin alınması zərurəti olmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə olunmasına dair xx.xx.2020-ci ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati protokol tərtib etmiş orqana rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət nəzərdə tutur. «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ilə xx xxxxx 2020-ci il tarixli qərarı ilə saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən edilmiş, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 144 nömrəli Qərarının 5-ci bəndi ilə yuxarıda qeyd olunan müddət xx xxx 2020-ci il tarixinədək, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 163 nömrəli Qərarının 6.1-ci bəndi ilə isə xx xxx 2020-ci il tarixinədək uzadılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2020-ci il № 163 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılmış, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə 2020-ci il 18 may saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 190 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 15 iyun saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli 195 nömrili qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 iyul saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 207 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 220 nömrəli qərarı ilə «Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişikliklər edilmiş, «SMS-məlumatda” sözlərindən sonra “və ya E- Təbib” mobil tətbiqində” sözləri əlavə edilmişdir. Beləliklə, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» xx.xx.2020-ci il tarixdə qüvvədə olub. Nazirlər Kabinetinin aidiyyəti qərarları ilə xüsusi karantin rejimi müddətində müəyyən fəaliyyət sahələrinə müvafiq şərtlərlə icazə verilib. Vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Qaydalara əasən, Bakı şəhərində yaşayarın və ya qeydiyyatında olanların digər bölgələrə səfərinə icazə verilmir. Bakı, Sumqayıt, Gəncə Lənkəran şəhərlərinin və Abşeron rayonunun sakinləri yalnız SMS icazə, iş yerindən arayış, xidməti vəsiqə və ya ezamiyyət vərəqəsi əsasında bölgələrə səfər edə bilərlər. Bakı, Sumqayıt, Gəncə Lənkəran şəhərlərinin və Abşeron rayonunun sakinləri yalnız öz yaşadıqları ərazidə müvafiq icazə əsasında hərəkət edə bilərlər, onların digər rayonlara gediş-gəlişinə icazə verilmir. Eləcə də, məhdudiyyəti ləğv edilmiş rayonların sakinlərinə yalnız bu rayonların arasında hərəkətinə icazə verilmişdir. Bundan əlavə, Bakı şəhərindən rayonlara və ya əks istiqamətdə vətəndaşların hərəkətinə aşağıdakı hallarda icazə verilmişdir: 1.Vətəndaşın yaşayış yeri və qeydiyyat yeri rayondadır, lakin iş yeri Bakı şəhərindədir və Bakı şəhərində fəaliyyətə başlayıb. Bu halda məlumatlar “icaze.e-gov.az” portalında yerləşdirildiyi halda həmin şəxs Bakı şəhərinə gələ bilər. 2.Bakı şəhərində yaşayış yeri və qeydiyyatı olan şəxsin rayonlarda iş yerinin fəaliyyət göstərməsi haqqında məlumat varsa, işə götürən şəxs elektron imza ilə həmin şəxsin məlumatları“icaze.e-gov.az” portalına daxil edilməlidir. Bu zaman həmin şəxsin rayonlara gedişinə icazə verilir. 3.Yalnız x xxxxx 8103 qısa nömrəsinə SMS göndərilməklə Bakı şəhərindən rayonlara və ya əks istiqamətdə vətəndaşların hərəkətinə icazə verilir: 1)Rayon xəstəxanasından Bakı şəhərində müalicə olmağın zəruriliyi barədə göndəriş olduğu halda 1 indeksindən istifadə edilməlidir. 2)Əgər yaxın qohumun dəfnində iştirak etmək üçün 3 indeksindən istifadə etməklə bu istiqamətlərd.ə hərəkət edə bilər. “İcaze.e-gov.az” portalında qeydiyyatdan keçmək sistemi ləğv olunduqdan sonra Bakı, Sumqayıt, Gəncə Lənkəran şəhərlərinin və Abşeron rayonuna giriş-çıxış aşağıdakı qaydada müəyyən edilmişdir. Bu bölgələri tərk eliyərək digər rayonlara getməli olan dövlət qurumlarının əməkdaşları mütləq qaydada quraşdırılmış polis postlarında işlədiyi dövlət qurumu tərəfindən ona verilmiş ezamiyyət vərəqəsini və digər sənədləri təqdim etməlidir. Yəni, ezamiyyətə gedirsə, mütləq ezamiyyət vərəqəsi olmalı və orada hansı məqsədlə getdiyi qeyd edilməlidir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarıyla bugünədək ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər aradan götürülmüşdür. Qərara əsasən mövcud sanitar epidemiloji vəziyyət xəstə sayı və yoluxma sayı əsas götürülməklə, xx.xx.2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə və “icaze.e-gov.az” postalında qeydiyyatdan keçməklə xidməti vəsiqə və iş yerindən arayış əsasında tərk etmək sistemi ləğv olunmuşdur. Yalnız Bakı, Sumqayıt, Gəncə Lənkəran şəhərlərindən və Abşeron rayonundan bölgələrə və ya əks istiqamətdən Bakı, Sumqayıt, Gəncə Lənkəran şəhərlərinə və Abşeron rayonun giriş-çixiş məhdudiyyəti qüvvədə qalmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İş materiallarına əlavə edilmiş AR DİN Vİ X16 Xidməti inspektoru, polis baş serjantı X7 xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki xx.xx.2020-ci il tarixdə saat 16:27-də, X1 rejim qaydalarını pozmuşdur. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. X6 məhkəmə iclasında bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Zərdab rayonunda yaşayan həyat yoldaşı X8 yanına getmək məqsədilə Bakı şəhərindən rayona gedərkən, müvafiq icazə almamışdır. Halbuki, yuxarıda qeyd olunduğu kimi, ailə üzvlərinin harada yaşamasından asılı olmayaraq, bunun üçün müvafiq qaydada əldə olunmuş ijazə tələb olunur və bu qaydalar inzibati xəta haqqında qərar tərtib edildiyi vaxt (xx.xx.2020-ci ildə) qüvvədə olmuşlar. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikası DİN Vİ X16 Xidməti inspektoru, polis baş serjantı X7 İnzibati xəta haqqında xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Vİ X16 Xidməti inspektoru, polis baş serjantı X7 İnzibati xəta haqqında xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar