Məhkəmə qərarları › İş №3(010)-20/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-20/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-20/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadənin, X1 nümayəndəsi və vəkili Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1988-ci ildə Ermənistan Respublikası, Quqark rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadənin tərtib etdiyi 19 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 02 sentyabr 2013-cü il tarixli 2(010)-3518/2013 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 29 sentyabr 2009-cu il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 93 manat miqdarında aliment tələbkar X4 xeyrinə tutulmalıdır. Bundan başqa Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli 2(010)-478/2023 nömrəli icra vərəqəsinə əsasən 29 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Suraxanı rayon məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(010)-3518/2013 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 193 manat sabit pul məbləğində müəyyən edilmiş və Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(010)-478/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq borclu Şəxs tutularaq tələbkar Poladova Elnuraya ödənilməlidir. Suraxanı Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərarı ilə Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin qərardan narazı qalan tələbkar şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2393/2023 nömrəli iş üzrə 08 dekabr 2023cü il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədləri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olmuşdur. İcraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya 10 gün tələbin könüllü icrası üçün vaxt verilərək bildiriş göndərilmişdir. Borclu Suraxanı rayon İcra Şöbəsinə gələrək ona hüquq və vəzifələri izah edilmiş, izahatı alınmış, icra sənədləri ilə tanış edilmiş və 10 gün vaxt verilərək rəsmi qaydada bildiriş təqdim edilmişdir. Suraxanı Rayon məhkəməsinin 12 mart 2020-ci il tarixli qərardadı ilə borcluya məxsus “Volksvagen Passat” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Hər ay uşaqlarına maddi imkanı çatdığı qədər köməklik edir və gələcəkdə də imkanı çatdığı qədər köməklik edəcəkdir. Odur ki, bunları nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. X1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında aliment borcunun tam olaraq ödənilməsini istəyir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul miqdarını üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar