Məhkəmə qərarları › İş №3(010)-2001/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2001/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2001/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Şəxs iştirak ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 17 aprel 2025-ci il tarixli protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 07:30-da idarə etdiyi “Toyota Prius (hibrid)” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Suraxanı DYPŞ-nın polis kapitanı X1 tərəfindən 04 aprel 2025-ci il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, protokolda qeyd edilənlərlə razı deyil. Hadisə baş verən zaman digər maşının sürücüsü maşından düşmüş və heç bir xəsarət almamışdır. O, digər maşını arxadan sağ tərəfdən vurmuş, dayanmış, sonradan BMW markalı maşın gəlmiş və vurulan maşını sürücü tərəfdən vurmuşdur. Bu zaman maşının sürücüsü qışqırmış və maşından düşmüşdür. O, yenə də sağlam görünürmüş. Daha sonra təcili tibbi yardım maşını gəlmiş, onunla getmişdir. Təcili Tibbi yardım həkimləri də şəxsin sağlam vəziyyətdə olması barədə rəy vermişdir. Bu barədə məlumatı müstəntiq vermişdir. O da telefon vasitəsi ilə əlaqə saxlayaraq şəxsin sağlam olduğunu öyrənmişdir. Ekspert rəyi ilə tanış olmuş, zərərçəkmiş şəxsin şikayət etdiyini də bildirmişdir. O, şəxsin maşınına vuran zaman zərərçəkmiş maşından düşmüş və sağlam görünürmüş. Zərərçəkmiş şəxsin həmin vaxt ondan şikayəti olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 04 aprel 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 102 zəng-mərkəzinə zamanı xx.xx.2025-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs nəqliyyat hadisəsi zamanı məlumat verərək Zığ qəsəəsi, beton yolda baş vermiş yolhazırlanan cinayətlər xəsarət alması barədə vermiş olduğu məlumatı "Törədilmiş və ya alınaraq xx.xx.2025-ci barədə məlumatların qeydiyyatı" kitabında N-108 sayı ilə qeydə il tarixdə icraatıma daxil olaraq mənə həvalə edilmişdir. Araşdırma zamanı baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, döngə 2, məhəllə 44 ünvanında yaşayan Zərərçəkmiş şəxs izahatı alınan zamanı izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 07:30 radələrində idarə etdiyi Hyundai Sanata markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə saatda 30-40 km surətlə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Beton yolu ilə üzü Zığ qəsəbəsinə doğru ikinci zolaqla hərəkətdə olan zamanı yolun buzlu olması səbəbindən avtomobili aşağı surətlə idarə etməsini, bu zamanı arxadan gələn ağ rəngli Toyota Prius markalı avtomobil Zərərçəkmiş şəxs avtomobilinin arxa hissəsinə çırpılaraq avtomobilinə maddi ziyan dəyməklə xəsarət almasını izahatında bildirmişdir. km Araşdırma zamanı baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri, Hövsan qəsəbəsi, yeni Y/S, nömrəsiz evdə yaşayan Şəxs ziahatı alınan zamanı izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 07:30 radələrində idarə etdiyi Toyota Prıus markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə saatda 30-40 surətlə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zığ Beton yolu ilə üzü Zığ qəsəbəsinə doğru birinci zolaqla hərəkətdə olan zamanı qarşıda iki ədəd Hyundai markalı avtomobil görmüş və idarə etdiyi Toyota Prius markalı avtomobilni əyləcini sıxaraq avtomobili saxlamaya çalışan zamanı qarşısında olan Hyundai Sanata markalı avtomobilin arxa hissəsinə çırpılmasını izahatında bildirmişdir. MTE və PAB-yi X3 Suraxanı rayon şöbəsinin 11 mart 2025-ci tarixli 141 saylı rəyində Zərərçəkmiş şəxs-sağ sindromu ilə müşayət olunan sağ bazu oynağının şişkinlik halında əzilməsi, alının və sağ diz oynağının sıyrığı xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid eilməsi ekspert rəyində bildirilmişdir. Hadisənin şəraiti: xx.xx.2025-ci il tarixdə saat 07:30 radələrində Şəxs idarə etdiyi Toyota Prius markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə saatda 30-40 km surətlə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Beton yolu ilə üzü Zığ qəsəbəsinə doğru birinci zolaqda hərəkətdə olan zamanı qarşısında hərəkətdə olan Hyundai Snata markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılamaq üçün avtomobilin əyləcini sıxaraq avtomobili saxlamağa çalışsada havanın qarlı və yolun buzlu olması səbəbindən Şəxs idarə etdiyi Toyota Prius markalı avtomobil sürüşərək Hyundai Sonata markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış, qəza nəticəsində Toyota Prıus markalı avtomobil sağa doğru hərəkət etmiş, Hyundai Sonata markalı avtomobil sola doğru hərəkət edərək dayanmışdır. Qəza nəticəsində Hyundai Sonata markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül dərəcəli xəsarət alması müəyyən edilmişdir. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Tofib oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır. Toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasi iXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunması üçün barəsində qəbul edilmiş qərar icra olunması üçün Suraxanı RPİ-nin DYPŞ-nə aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 141 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarət aşkar edildi: ağrı sindromu ilə müşayiət olunan sağ bazu oynağının şişkinlik halında əzilməsi, alının və sağ diz oynağının sıyrığı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbə olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, xx.xx.2025-ci il tarixdə saat 07:30 radələrində Şəxs idarə etdiyi Toyota Prius markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə saatda 30-40 km surətlə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Beton yolu ilə üzü Zığ qəsəbəsinə doğru birinci zolaqda hərəkətdə olan zamanı qarşısında hərəkətdə olan Hyundai Snata markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmaq üçün avtomobilin əyləcini sıxaraq avtomobili saxlamağa çalışsada havanın qarlı və yolun buzlu olması səbəbindən Şəxs idarə etdiyi Toyota Prius markalı avtomobil sürüşərək Hyundai Sonata markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış, qəza nəticəsində Toyota Prıus markalı avtomobil sağa doğru hərəkət etmiş, Hyundai Sonata markalı avtomobil sola doğru hərəkət edərək dayanmışdır. Qəza nəticəsində Hyundai Sonata markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül dərəcəli xəsarət alması müəyyən edilmişdir. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8ci ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 300 (üç) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar