Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2012/2022 25.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X8 Kompani S.A şirkətinin nümayəndəsi X1, və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X2 iştirakı ilə, Şəxs, xx xxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 11 nömrəli evin, 2 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 22 may 2022-ci il tarixdə, saat 23:00-da Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, X8 Kompani S.A şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 1 saylı NQÇS-nin balansında olan 76462 saylı neft quyusunun yaxınlığından keçən artıq suların xaric olunması üçün nəzərdə tutulan borunun 10 metr uzunluğunda olan hissəsinin oğurlayıb, zərərçəkmiş şəxsə 230 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətməsində özünü qismən təqsirli bilərək göstərdi ki, 7-8 aydır heç bir yerdə işləmir. Maddi imkansızlıqdan tanışların, qonşuların həyətində təmizlik işləri görməklə gündəlik 5-10 manat qazanır. 22 may 2022-ci il tarixdə saat 23:00 radələrində yaşadığı X.Ələkbərov küçəsi ilə gedən zaman yol kənarında yeni su xəttinin çəkildiyini, həmin iş zamanı təxminən 10 metr uzunluğunda plastik borunun xətt çəkilən yerin yaxınlığında qaldığını görmüş və həmin borunu satıb pul qazanmaq niyyətinə düşdüyü üçün onu oradan oğurlamışdır. Borunu oğurladıqdan sonra bir qədər irəliləmiş və Suraxanı OYl şirkətinin mühafizəçiləri ona yaxınlaşmışlar və o, həmin borunu təqdim etmişdir. Hazırda oğurldaığı turba zərərçəkmiş şəxsin nümayəndəsinə qaytarılmış, bununla da sonuncuya dəymiş ziyan faktiki olaraq aradan qaldırılmışdır. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru inspektoru X4 məhkəmədə göstərdi ki, X8 Kompani S.A şirkətinin nümayəndəsi tərəfindən 24 may 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, X8 Kompani S.A şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 1 saylı NQÇS-nin balansında olan 76462 saylı neft quyusunun yaxınlığından keçən artıq suların xaric olunması üçün nəzərdə tutulan borunun 10 metr uzunluğunda olan hissəsinin kəsərək oğurlanmasını bildirmişdir. Bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində X8 Kompani S.A şirkətindən oğurluq etmiş şəxsin Şəxs olduğu müəyyən edilmiş, lakin Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın sürəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə göndərilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərədilməsi haqqında protokol tərtib etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi X3 bildirdi ki, X8 Kompani S.A şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 1 saylı NQÇS-nin balansında olan 76462 saylı neft quyusunun yaxınlığından keçən artıq suların xaric olunması üçün nəzərdə tutulan yeni su xətti çəkilmişdir. 22 may 2022-ci il tarixdə saat 23:00 radələrində şirkətin əməkdaşları ərazidə xidmət aparan zaman artıq suların xaric olunması üçün nəzərdə tutulmuş boru xəttinin 10 metr uzunluğunda olan hissəsinin oğurlanmış olduğu aşkar edilmişdir. Həmin yerin yaxınlığında gəzinti zamanı Şəxs həmin oğurlanmış 10 metr uzunluğunda dəyəri 230 manat olan plastik borunu daşıdığını görüb onu saxlamışlar.. Hazırda şirkətə vurulmuş maddi ziyan tam olaraq ödənilsə də ona qarşı şikayətçidirlər. Sonda zərərçəkmiş şəxsin nümayəndəsi X3, qeyd etdiklərini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, X8 Kompani S.A şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 1 saylı NQÇS-nin balansında olan 76462 saylı neft quyusunun yaxınlığından keçən artıq suların xaric olunması üçün nəzərdə tutulan yeni su xətti çəkilmişdir. 22 may 2022-ci il tarixdə saat 23:00 radələrində şirkətin əməkdaşları ərazidə xidmət aparan zaman artıq suların xaric olunması üçün nəzərdə tutulmuş boru xəttinin 10 metr uzunluğunda olan hissəsinin oğurlanmış olduğu aşkar edilmişdir. Həmin yerin yaxınlığında gəzinti zamanı Şəxs həmin oğurlanmış 10 metr uzunluğunda dəyəri 230 manat olan plastik borunu daşıdığını görüb onu saxlamışlar. Şəxs hadisəni törədən zaman tək olmayıb. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsin nümayəndəsini, şahidi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı Namiq Məmmədovun 25 may 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi, əməli törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin aidiyyəti əməkdaşına verilmişdir. İş materiallarında olan Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində verdiyi izahatından görünür ki, Şəxs 22 may 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, X8 Kompani S.A şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 1 saylı NQÇS-nin balansında olan 76462 saylı neft quyusunun yaxınlığından keçən artıq suların xaric olunması üçün nəzərdə tutulan borunun 10 metr uzunluğunda olan hissəsini oğurladığını etiraf etmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İş materiallarında olan 23 may 2022-ci il tarixli, AZA seriyalı, 134825 nömrəli inzibati qaydada tutuma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 01:00-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru İsayev Əyyub tərəfindən inzibati qaydada tutulmuşdur. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edildiyinə görə inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalında dərhal azad edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-2012/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2012/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver