Məhkəmə qərarları › İş №3(010)-2013/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2013/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2013/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol barədə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Materialdan görünür ki, Şəxs DİN Baş Dövlət Yol Polis İdarəsinin vəzifəli şəxsinin 03 noyabr 2022-ci il tarixli EQ seriyalı 12012015 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 03 ay keçdiyinə baxmayaraq cəriməni ödəməmişdir. Bu səbəbdən onun barəsində DİN Baş Dövlət Yol Polis İdarəsinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 12 aprel 2023-cü ildə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin işin məhkəmə baxışı zamanı Asanpay ödəniş portalından çıxarışdan müəyyən olunmuşdur ki, Şəxs barəsində protokol tərtib edildikdən sonra cərimə pulunu büdcəyə ödəmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb Şəxs ilə əlaqədar olan sübutları nəzərdən keçirib bu nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətdən azad olunmalıdır və həmin iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qanunun müddəasından göründüyü kimi İXM-nin 529.3-cü maddəsi ilə inzibati xətanın törədilməsi o halda hesab edilir ki, şəxs onun barəsində tətbiq edilmiş inzibati tənbehi qərarın qanuni qüvvəyə mindiyi andan 3 ay ərzində icra etməmiş olsun. Hazırki halda isə Şəxs onun barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmişdir. Bu baxımdan onun əməlində İXM-nin 529.3-cü maddəsinin tərkib əlamətlərinin olmasına baxmayaraq, İXM-nin 529.3-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən, yəni həmin Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Hazırda da müəyyən olunur ki, Şəxs onun barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin və onun barəsində İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar