Məhkəmə qərarları › İş №3(010)-2018/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2018/2025

14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2018/2025 14.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X4 qəbul etdiyi 11 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 həmin şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X19 tərəfindən barəsində qəbul edilmiş 11 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və yenidən araşdırma aparılması barədə Suraxanı rayon Polis İdarəsinin Dövlət X18 göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 21 dekabr 2024-cü il tarixdə təxminən saat 21 radələrində Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsində idarə etdiyi LF-7162E-620 Minik markalı, **-GJ-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən sağa dönmək istədikdə maşınında toqquşma baş verdi. Əvvəlcə nə baş verməsini başa düşə bilməmişdir. Çünki onun sürəti saatda 30 km ancaq olmuş və hərəkətdə olduğu yolun hərəkət hissəsi 2 zolaqlı olmaqla hər zolaqda bir hərəkət zolağı nəzərdə tutulmuşdur. Yəni, onun sağında və ya solunda hərəkət zolağında başqa avtomobilin getməsi qeyri mümkün idi. Toqquşma nəticəsində onun avtomaşını bir qədər kənara düşdü və avtomaşından yerə düşdükdə “BMW 3301” minik markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşının onun dönməsini gözləmədən arxadan yüksək sürətlə gəlib onu sağdan keçməsini başa düşdü. Onun hərəkət zolağında başqa maşının hərəkəti qeyri mümkündür. Yolun hərəkət hissəsinin eni 9 metr olmaqla onun hərəkət zolağının eni 4,5 metr olmuşdur. 4,5 metr eni olan yolun giriş hissəsində maksimum surətin 40 km-ə qədər məhdudlaşdırılması nişanı quraşdırılmışdır. Bütün bunlara baxmayaraq Suraxanı rayon Polis İdarəsi DYPŞ-nin YNH-si üzrə baş inspektoru İntiqam Mikayılov tərəfindən araşdırma birtərəfli aparılmış, heç bir təqsiri olmadığı halda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməklə 40 manat məbləğində cərimə olunması haqqında qərar qəbul olunmuşdur. Həmin qərar qanunsuz və əsassızdır. İlk öncə bu qərarı istəməyinə dair dəfələrlə müraciətlər etsə də həmin qərar ona verilməmiş, Ekol Vəkil Bürosu ilə bağladığı müqavilə üzrə vəkil Tural Əmənov tərəfindən vəkil sorğusu edilərək toplanmış material və onun əsasında qəbul edilmiş qərarın surəti onlara xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Bu səbəbdən də inzibati xəta haqqında qərardan aldığı müddətdən, yəni xx.xx.2025-ci il tarixdən şikayət vermək hüququ yaranmışdır. Baş verən hadisə zamanı onun avtomobilini vuran BMW 3301 minik markalı 77HE411 dövlət nömrə nişanlı avtomaşının sürücüsü X13 hadisə zamanı sürət həddi olaraq avtomobilini saatda 60 km sürətlə idarə etdiyini bildirmişdir. Bu barədə izahatında qeyd etməsə də, araşdırma materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında Protokolun 2-ci abzasının 8-ci sətirində BMW 3301 minik markalı 77HE411 dövlət nömrə nişanlı avtomaşının saatda 60 km sürətlə düzünə hərəkət etməsi qeyd edilmişdir. Həmçinin məhkəmə avtotexniki ekspertizası təyin edilməsi haqqında qərarın müəyyən etdi hissəsinin 2-ci abzasının 4-cü abzasında da BMW 3301 minik markalı 77HE411 dövlət nömrə nişanlı avtomaşının saatda 60 km sürətlə düzünə idarə edildiyi qeyd edilmişdir. İlk öncə hadisə yerinə baxış keçirilməsi haqqında protokol həqiqəti əks etdirmir. Həmin, yəni Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsində asfalt örtüklü olan yolun 60 km saat sürətli olması qeyd edilmişdir. Bu yanlışdır. Həmin yolda hərəkət sürəti 40 km saatdır. Protokolda 2 nəfər şahidin iştirak etməsi qeyd edilsə də həmin şahidlərin kim olmasını o görməmişdir. Protokoldan da görünür ki, sürücülər həmin protokol tərtib olunan zaman orada olmayıblar. Protokolda protokolun tərtib tarixi və saatı qeyd edilməmişdir. Bundan başqa protokolda yolun hərəkət hissəsinin eni 9 metr göstərilsə də, yolun hərəkət zolağının eni (yəni 4,5 metr məsafə) göstərilməmişdir. İş materiallarına əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemində onun və digər sürücünün imzası vardır. Sxemdə hərəkət hissəsinin düzünə 2 xətlə çəkilməsini çıxsa, demək olar ki sxem düzgün tərtib olunmuşdur. 4,5 metr hərəkət zolağı olan yolda 2 avtomaşın yanaşı hərəkət edə bilərmi? Əlbəttə ki, yox, nəzərə alınsa, həmin yolda avtobus və digər iri qabaritli avtomobillər də hərəkət edir. Belə olan təqdirdə 2 avtomobilin yanaşı düzünə hərəkət etməsi mümkün deyildir. Bu qərar qanunsuzdur. Qanunvericiliyin tələblərini pozmaqla qəbul olunmuşdur. Bu səbəbdən də qərar ləğv olunmalı və inzibati xəta haqqında material üzrə yenidən araşdırma aparılmalı və təqsirkar sürcü müəyyən edilərək cəzalandırılmalıdır. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə dair qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və yenidən araşdırma aparılması barədə Surxanı rayon Polis İdarəsinin DYPŞnə göndərilməsi barədə qərar ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 izahatında bildirdi ki, 50-60 km/saat sürətlə hərəkət edən heç bir maşın digər maşını sürütləyərək səki üzərinə çıxarda bilməz. Hadisə yerinə baxış protokolunda hadisənin olduğu yer, saatı, tarixi, hadisənin necə olması sadə şəkildə qeyd edilməlidir. Orada sürət həddi 40 km/saat olduğu halda protokolda 60 km/saat qeyd edilib və tarix, saat qeyd edilməyib. İlk vaxt ona bildirilmişdir ki, hadisə yerinə müşahidə kamerası çəkilməyib, sonradan isə baş inspektor hadisə yerinə gəlmiş, maraqlanmış və hadisə görüntülərinin əks olduğu video əldə edilmişdir. Orada açıq görünür ki avtomobillər yolun bir tərəfindən zolaqla hərəkət edir. Qanunda da göstərilir ki, yolun hərəkət zolağında nəqliyyat vasitələrinin bir istiqamətdə hərəkəti zamanı avtomobillərin hərəkətini təhlükəsiz şəkildə təmin edəcək məsafədə hərəkət edilməlidir. O, dönmə işığı yandırdığı halda qarşı tərəf ötmə hərəkəti edir. O, sola dönmə işığını yandırmamış, hadisə nəticəsində maşın xəsarət aldığı üçün sola dönmə işığı yanıb sönmüşdür, maşın sürüşüb səki üstünə çıxmış, ola bilər ki, əli də roldan çıxdığı vaxt istəmədən sola dönmə işığını yandırmışdır. Həmin ünvan onun yaşadığı ərazidir, həmin yolu yaxşı tanıyır. O, həmin vaxt maşının yan güzgülərindən yoxlamış, sürət həddini aşmamış, təhlükəsizlik məsafəsini gözləmişdir. O, dönmə işığını yandırmış və yavaş-yavaş həmin məhəlləyə dönmüş, dönən vaxt maşının silkələnib sürüşərək səki üstünə çıxdığını görmüşdür. O, dönmədən əvvəl yola baxış keçirtmiş, heç kimin olmadığını, boş olduğunu, uzaqdan belə kiminsə gəldiyini görməmiş, dönmə işığını yandırıb dönmə hərəkəti etmişdir. O, səhəri gün yolun maşın təkər izlərini də çəkmişdir, normal sürət ilə yolunda gedib işığı yandırıb döndüyü vaxt sağ arxa tərəfdən ona zərbə ilə vurulmuşdur. O, qəbul edilən qərarla razı olmadığını, Səfər Bədəlovun təkzolaqlı yolda sürət həddini aşaraq sağdan ötmə hərəkəti etdiyini və qəza törətdiyini bildirmişdir. Hadisə yerinə baxış protokolu xx.xx.2024-cü il tarixdə verilib, lakin inzibati xəta haqqında protokol tarixsizdir, deməli sənədlərdə dəyişdirilmə olub. Ekspert rəyinin 5-ci səhifəsinin 8-ci bəndində qeyd edilmişdir ki, hadisəni əks etdirən videogörüntüdən məlum olur ki, BMW 3301 minik markalı avtomobil sağa istiqamətlənərək qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan LF-7162E-620 markalı avtomobil sağ tərəfində olarkən LF- 7162E-620 markalı avtomobil sağa doğru dönmə əməliyyatı etmişdir. Bu məlumatın mənbəyi iş materiallarına əlavə olunmuş videogörüntüdür. Videogörüntüdən dönmə işıq siqnalının yanması aydın şəkildə görünür, ancaq onun solda, digər maşının sağda olması seçilirdi. Həmin hadisə ilə bağlı fotoşəkilləri də iş materisallarına əlavə edib, 1 zolaqda 2 nəqliyyat vasitəsi yerləşə bilməz. Qanunvericiliyə əsasən yolun hərəkət zolağı yolun hərəkət hissəsindən nişanlanma xətti vasitəsi ilə bölünmüş avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən uzununa zolaqdır. Eyni zolaqda şəxs onun yanında necə ola bilər?. Onun sürət həddini aşması qəzaya səbəbdir. Həmin ərazi onun yaşadığı ünvandır, öz ünvanına gedən yolda dönmə işarəsini yandırmış dönmək üçün hazırlaşmışdır, digər şəxs yüksək sürətlə gəlmiş, idarə edə bilməmişdir. Həmin zolaqda iki maşın yanaşı hərəkət edə bilməz, bu fikir düzgün deyil.Ekspert rəyinin 8-ci səhifəsinin 1 nömrəsinin bəndində qeyd edilir ki, bir zolaqda eyni istiqamətdə bir nəqliyyat vasitəsinin hərəkət etməsi nəzərdə tutulur. Lakin bir istiqamətdə 4,5 metr olan zolaqda iki nəqliyyat vasitəsinin yanbayan yerləşməsi onunların qabarit enindən asılıdır. Belə bir termin, ifadə qanun yoxdur, əgər varsa, məhkəmə ekspertizası bununla bağlı məlumat verməlidir. **-HE-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü izahatında bildirmişdir ki, 60 km/saat sürətlə hərəkət edir. Bununla bağlı sənədlər təqdim edib. Hadisə olduğu ərazi yaşayış yeri olduğu üçün sürət həddi 40 km/saatdır. Bununla bağlı nə polis əməkdaşı, nə də məhkəmə ekspertizası fikir bildirməmişdir. Orada hərəkət sürəti 40 km/saatdırsa və şəxs 60 km/saat sürətlə hərəkət edirsə, həmin şəxsin orada qəza törətməsi də yüksək ehtimaldır. Həmçinin, hadisə olan vaxt şəxs özü 80-90 km/saat ilə hərəkət etdiyini bildirirdi və videogörüntü ilə şəxsin qəzadan sonra maşınının 4-5 metr sürüşdüyü görünür. 60 km/saat sürətlə hərəkət edən maşın 4-5 metr sürüşə bilməz. Hərəkətdə olan vaxt digər sürücü onun maşınının arxa təkərindən vurmuşdur. Qeyd etdiklərinə əsasən şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X13 izahat verərək bildirdi ki, Ruslan Cəfərovun arxası ilə hərəkət edirmiş, qarşıdan maşının sola dönmə işığını yandıraraq maşını biraz sola çəkmişdir. Həmin vaxt o, yol enli olduğu üçün sağ tərəfdən hərəkət etmək üçün girdiyi vaxt Ruslan Cəfərov birdən sağa dönmüşdür. Bu səbəbdən onun sağ tərəfi ilə toqquşmuşdur, maşının arxa hissəsində heç bir xəsarət yoxdur. Həmin an maşından düşmüş və sola dönmə işığını yandırıb sonra sağa döndüyünü bildirmişdir. Orada xəstəxana olduğu üçün radar var, bu səbəbdən o, 50-60 km/saat sürətlə hərəkətdə idi. Ruslan Cəfərov maşın ilə sol tərəfdən girmiş, o da maşının sağ tərəfindən vurmuş, biraz irəli gedib. Videogörüntüyə baxıldıqda görünür ki, sola dönmə işığı yandırılmışdır. Əvvəlki məhkəmə iclasında Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X7 bildirdi ki, videogörüntü uzaqdan göründüyü üçün hadisə yerində tərəflərə sual verərək aydınlaşdırmışdır. Orada bir sürücü 60 km/saat sürətlə getdiyini, digər sürücü isə manevr etdiyi demişdir. Hər iki sürücü öz sübutlarını fləşkart şəklində polis kapitanı olmadan ekspertizaya təqdim etmişlər. Həmin fləşkarta baxmış, Səfər Bədəlovun sürdüyü maşının qarşısında heçnə olmadığını görmüşdür. Sürücü sağ zolağı tutaraq hərəkət etsə, belə hadisə yaşanmazdı. Hadisə baş verən yol gediş və gəliş zolağından ibarətdir, nəqliyyat vasitəsi sağda dayanan zaman və ya yüngül hərəkətdə olduğu vaxt iki nəqliyyat vasitəsi yanaşı hərəkət edə bilir. Ekspertiza rəyində də bunlar qeyd edilib, yolun eni də göstərilib. Ekspertizaya bütün sualların cavabı göndərilmişdir, yalnız videogörüntü göndərilməmişdir. Qərarından şikayət verilən orqan və zərərçəkmiş məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayətin təmin olunması üçün əsaslıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X4 qəbul etdiyi inzibati xəta haqqında iş üzrə 11 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarı ilə X9 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan görünür ki, X6 istifadəsində olan LF-7162E-620 Minik markalı, **- GJ-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Bakı şəhəri, Zığ qəsəbəsi ərazisində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozulması müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-2018/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-8/1491-4/1142/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, Ekspertizaya təqdim olunmuş VİD-20250611-WA0022 və VİD-2025061 1-WA0023 adlı videoyazılar təkraryazma yolu ilə əldə olunduğundan, təkraryazma zamanı videoyazıda ilkin videoyazının yazılmasında istifadə olunan yazı qurğusuna məxsus zaman göstəricisi (TaymKod) və davametmə müddəti məlum olan vizual hadisələr qeydə alınmadığından, videoyazıların keyfiyyəti nəqliyyat vasitələrinin konturlarını və onların yerləşdikləri koordinatları dəqiq müəyyən etməyə imkan vermədiyindən hadisə iştirakçısı olan nəqliyyat vasitələrinin hərəkət parametrlərini digər cisimlərə nəzərən qarşılıqlı vəziyyətlərini müəyyən etmək mümkün olmadı. Hərəkət zolaqlarının sayını müəyyən edilməsi yolnəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi bilik tələb etmir, hadisə yerinə baxış keçirilməklə istintaq orqanları və yaxud məhkəmə tərəfindən müəyyən olunur. Bir zolaqda eyni istiqamətdə bir nəqliyyat vasitəsinin hərəkət etməsi nəzərdə tutulur. Lakin bir istiqamətdə 4,5 metr olan zolaqda iki nəqliyyat vasitəsinin yanbayan yerləşməsi onların qabarit enindən asılıdır. İ variant: LF 7162E-620 markalı avtomobil sola dönmə işıq siqnalı yandırarkən BMW 330İ markalı avtomobil sağa istiqamətlənərək LF 7162E-620 markalı avtomobilin sağ tərəfində olarkən LF 7162E-620 markalı avtomobil sağa doğru dönmə əməliyyatı etməsi şəraitində toqquşmanın baş verməsi: 2.3a. Təqdim olunmuş məlumatlara əsasən LF 7162E-620 markalı, 77GJ449 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3b.4. Təqdim olunmuş məlumatlara əsasən BMW 330İ markalı 77HE411 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İİ variant: BMW 330İ markalı avtomobil sağa istiqamətlənərək LF 7162E-620 markalı avtomobilin sağ tərəfində olarkən LF 7162E-620 markalı avtomobil sağa doğru dönmə əməliyyatı etməsi şəraitində toqquşmanın baş verməsi. 2.3a. Təqdim olunmuş məlumatlara əsasən LF 7162E-620 markalı, 77GJ449 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3b.4. Təqdim olunmuş məlumatlara əsasən BMW 330İ markalı 77HE411 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göründüyü kimi, X6 barəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 327.1-cü maddəsi ilə 40 manat məbləğində cərimə edilməsi haqqında Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı, 11 mart 2025-ci il tarixli qərar üzrə aparılmış araşdırma ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi razılaşmamış, kifayət qədər araşdırılmış sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. X5 hazırki qərarla razılaşmamış, bildirmişdir ki , inzibati icraat zamanı bir sıra prosessual pozuntuya yol verilmişdir. Belə ki, şikayətçi hesab edir ki, 21 dekabr 2024-cü il tarixdə təxminən saat 21 radələrində Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsində idarə etdiyi LF-7162E-620 Minik markalı, **-GJ-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən sağa dönmək istədikdə maşınında toqquşma baş verdi. Onun sürəti saatda 30 km ancaq olmuş və hərəkətdə olduğu yolun hərəkət hissəsi 2 zolaqlı olmaqla hər zolaqda yalnız bir hərəkət zolağı nəzərdə tutulmuşdur. Yəni, onun sağında və ya solunda hərəkət zolağında başqa avtomobilin getməsi qeyri mümkün idi. Yolun hərəkət hissəsinin eni 9 metr olmaqla onun hərəkət zolağının eni 4,5 metr olmuşdur. 4,5 metr eni olan yolun giriş hissəsində maksimum surətin 40 km-ə qədər məhdudlaşdırılması nişanı quraşdırılmışdır. Bütün bunlara baxmayaraq Suraxanı rayon Polis İdarəsi DYPŞ-nin YNH-si üzrə baş inspektoru İntiqam Mikayılov tərəfindən araşdırma birtərəfli aparılmış, heç bir təqsiri olmadığı halda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməklə 40 manat məbləğində cərimə olunması haqqında qərar qəbul olunmuşdur. Həmin qərar qanunsuz və əsassızdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin hazırki haldaki kimi razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş qərar əsasında, səlahiyyətli orqan əməlin şəxs tərəfindən törədilibtörədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olub-olmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X10 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan əlavə məhkəmə tərəfindən təqdim edilmiş hadisənin videogörüntüyə dair yol-nəqliyyat hadisələrin ekspertizası təyin edilmiş, ekspert tərəfindən işin faktiki hallarını müəyyən edilməsi iş materiallarında olan hadisə yerinə baxışına dair tərtib edilmiş sxemə, videogörüntüyə və tərəflərin ifadələrinə əsasən olmamış və tam olaraq cavab verilməmiş, verilmiş cavablar arasında ziddiyyətlər yaranmışdır. Belə ki, inzibati qərar qəbul edilmədən əvvəl işin faktiki halları müəyyən edilməmiş, ekspert rəyində bir-biri ilə ziddiyyət təşkil edən iki hal (hadisənin iki variantı) göstərilmiş, təqdim edilmiş videogörüntü sona qədər tədqiq edilməmiş, hər iki sürücünün sürət həddləri, getdiyi istiqamətləri, zolaqda iki maşının birbirinə təhlükə yaratmadan yerləşdirilməsi imkanının olması müəyyən edilməmişdir. Bu iş üzrə hadisəni törədən tərəflər yenidən çağırılaraq izahatları alınmalı, hadisə məqamında “BMW 3301” minik markalı **-HE-*** dövlət nömrə nişanlı avtomobilin sürət həddi müəyyən edilməli, hadisə yerinin sxemi yenidən tərtib olunmalı, yenidən iş üzrə ekspertiza keçirilməlidir. Həmin uyğunsuzluqların və X9 tərəfindən inzibati xətanın törədilib-törədilməməsinə, təqsirinin olmasına dair şübhələrin aradan qaldırılmasının təmin olunması məqsədi ilə həmin inzibati materialın Bakı şəhəri Dövlət Yol İdarəsində əlavə araşdırılması zəruridir. Hazırkı vəziyyətdə X6 hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edilərsə iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən məhkəmə hesab edir ki Suraxanı Rayon X20 X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsinə dair Suraxanı Rayon Dövlət X16 inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı, 11 mart 2025-ci il tarixli qərar ləğv edilməli və əlavə araşdırılma aparılması üçün Suraxanı Rayon Dövlət X18 göndərilməklə, şikayət təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 327.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilsin. Suraxanı Rayon X20 X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı rayon X20 İdarəsinin inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı, 11 mart 2025-ci il tarixli protokolu ləğv edilsin və əlavə araşdırılma aparılması üçün Suraxanı Rayon Dövlət X18 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar