Məhkəmə qərarları › İş №3(010)-2019/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2019/2022

26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2019/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızının və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 və icra sənədi üzrə tələbkar X2 iştirakı ilə, Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızının, xx xxxx 1967-ci ildə Ağdaş rayonu, Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 oktyabr 2011-ci il tarixli, 2(010)- 2974/2011 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızından cəmi 10.120 (on min yüz iyirmi) manat məbləğində pul X2 xeyrinə ödənilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızından dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızı icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini tam icra etməmiş və nəticədə Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızının icra sənədi üzrə cəmi 5.420 manat ödənilməmiş borcu yaranmışdır. Buna görə də Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızı inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək, göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 oktyabr 2011-ci il tarixli, 2(010)-2974/2011 nömrəli qətnaməsinə əsasən ondan cəmi 10.120 (on min yüz iyirmi) manat məbləğində pul X2 xeyrinə ödənilməlidir. O, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Belə ki, icra sənədi üzrə yaranmış borcundan tələbkara 4.700 manat ödəmişdir. Hazırda onun maddi vəziyyəti hazırda qənaətbəxş deyildir və buna görə də icra vərəqəsini tam icra edə bilmir. O, qalan borcunu hər ay 50 manat olmaqla hissə-hissə ödəyə bilər. Sonda Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızı məhkəmədən qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 oktyabr 2011-ci il tarixli, 2(010)- 2974/2011 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızından cəmi 10.120 (on min yüz iyirmi) manat məbləğində pul X2 xeyrinə ödənilməlidir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 oktyabr 2011-ci il tarixli, 2(010)-2974/2011 nömrəli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun ünvanına rəsmi olaraq göndərilmiş və könüllü icra üçün borcluya 10 gün müddətinə vaxt verilmişdir. Lakin borclu icra sənədi üzrə yaranmış borcundan 4.700 manat ödəniş edərək, qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq tam təmin etməmişdir. Bundan əlavə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu onun çağırılarına gəlmədiyi üçün borclu barəsində axtarış verilmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə qalıq borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi tam icra olunmamışdır. Belə ki, borclu 03 aydır ki, ayda 50 manat borcundan ödəniş etsə də, tələbkar buna razı deyildir və borcun tam bağlanılmasını tələb edir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 oktyabr 2011-ci il tarixli, 2(010)- 2974/2011 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkar X3 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 oktyabr 2011-ci il tarixli, 2(010)-2974/2011 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızından cəmi 10.120 (on min yüz iyirmi) manat məbləğində pul onun xeyrinə ödənilməlidir. Lakin borclu ona olan borcunu ödəməkdən qərəzli olaraq yayınır. Belə ki, o, Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızı ona olan borcundan cəmi 4.700 manat ödəniş etmişdir. Borclunun qalan borcu ayda 50 manat olmaqla hissə-hissə ödəməsinə razı deyil. O, şikayətçidir və borclu tərəfindən borcun tam ödənilməsini istəyir. X1, borclu Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızının barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızının inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 oktyabr 2011-ci il tarixli, 2(010)-2974/2011 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızından cəmi 10.120 (on min yüz iyirmi) manat məbləğində aliment pulu X2 xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 06 dekabr 2011-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 oktyabr 2011-ci il tarixli, 2(010)-2974/2011 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızına 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. İş materiallarında olan 26 may 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızının Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 oktyabr 2011-ci il tarixli, 2(010)-2974/2011 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 5.420 manat ödənilməmiş borcu qalmışdır. İş üzrə Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızına cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Məhərrəmova (İskəndərova) Mirvari Zaməddin qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar