Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-202/2021 26.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Vəliyev Kazım intiqam oğlunun katibliyi ilə, X1, xx xxxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 1U82BY4, subay, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, 61Q nömrəli evin 27 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər X4 Departamentin direktoru X5 tərəfindən qəbul edilmiş xx xxxx 2016-cı il tarixli, BD seriyalı, 053 nömrəli qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxx 2016-cı il tarixdə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında AZ seriyalı, 111656 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhər X4 Departamentin direktoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2016-cı il tarixli, BD seriyalı, 053 nömrəli qərarla M.H.Əliyev Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 2.200 manat məbləğində inzibati cərimə olunmuşdur. M.H.Əliyevin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (3-cü şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi) qarşı Bakı İnzibati Məhkəməsinə verdiyi iddia ərizəsi, həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Bundan sonra M.H.Əliyev xx xxxx 2016-cı il tarixli, BD seriyalı, 053 nömrəli qərarın ləğv edilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin hakimi A.F.İbrahimovun xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə M.H.Əliyevin şikayəti geri qaytarılmışdır. X1 Bakı şəhər X4 Departamentin direktoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2016-cı il tarixli, BD seriyalı, 053 nömrəli qərardan şikayəti poçt vasitəsilə xx xxxxxx 2021-ci il tarixdə təkrarən Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, M.H.Əliyevin şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarında olan Bakı şəhər X4 Departamentin direktoru X3 xx xxxx 2016-cı il tarixli, 26/0921 nömrəli bildirişindən və onun üzərindəki qeyddən görünür ki, barəsində aparılan inzibati işin araşdırılması və qəbul ediləcək qərarla əlaqədar xx xxxx 2016-cı il tarixdə, saat 10:00-da Bakı şəhər X4 Departamentinə gəlməsi və ya səlahiyyətli nümayəndəsini göndərməsi M.H.Əliyevdən xahiş edilmiş, göstərilən müddət ərzində Departamentə gəlməyəcəyi təqdirdə, onun (M.H.Əliyevin) iştirakı olmadan barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinə uyğun olaraq cərimə qərarı qəbul olunacağı barədə xəbərdarlıq edilmiş və M.H.Əliyev həmin bildirişi xx xxxx 2016-cı il tarixdə şəxsən imza etməklə qəbul etmişdir. Bundan başqa, hazırki şikayətə əlavə edilmiş M.H.Əliyevin sözügedən qərardan Azərbaycan Respublikası Ekologiya və X6 ünvanladığı şikayətdən görünür ki, xx xxxxxx 2019-cu ildə M.H.Əliyev həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Departamentinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, M.H.Əliyevin xx xxxxxx 2019-cu il tarixli şikayətinin araşdırılması zamanı sonuncunun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “BT” adlanan kafenin qarşısında 01 ədəd ağacı kəsməklə, inzibati xətanı törətdiyini etiraf etdiyi müəyyən edilmiş, inzibati araşdırma aparılarkən, qərar qəbul edilrkən qanunvericiliyin tələblərinə riayət olunduğundan və qərardan qanunvericiliklə müəyyən edilmiş şikayət müddəti ötürüldüyündən şikayət əsassız hesab edilmişdir. Göründüyü kimi M.H.Əliyev Bakı şəhər X4 Departamentində barəsində aparılan inzibati işin araşdırılması və qəbul ediləcək qərarla əlaqədar xx xxxx 2016-cı il tarixdə, saat 10:00-da Departamentə gəlməsi və ya səlahiyyətli nümayəndəsini göndərməsi M.H.Əliyevdən xahiş edilmiş, göstərilən müddət ərzində gəlməyəcəyi təqdirdə, onun iştirakı olmadan barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinə uyğun olaraq cərimə qərarı qəbul olunacağı barədə xəbərdar edilmiş və həmin bildiriş M.H.Əliyevə xx xxxx 2016-cı il tarixdə şəxsən təqdim edilmişdir. Bundan sonra M.H.Əliyev xx xxxxxx 2019-cu ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək, barəsində qəbul edilmiş xx xxxx 2016-cı il tarixli, BD seriyalı, 053 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Beləliklə M.H.Əliyev istər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Departamentinə şikayət ərizəsi ilə, istər Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə, istərsə də ilk dəfə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərkən barəsində qəbul edilmiş xx xxxx 2016-cı il tarixli, BD seriyalı, 053 nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini artıq ötürmüşdür. Məhkəmə hesab edir ki, M.H.Əliyevin Bakı İnzibati Məhkəməsinə və ya Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciətləri, onun barəsində qəbul edilmiş xx xxxx 2016-cı il tarixli, BD seriyalı, 053 nömrəli qərardan qanunla müəyyən edilmiş müddət ərzində müraciət etməsi kimi qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, M.H.Əliyev Bakı şəhər X4 Departamentin direktoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2016-cı il tarixli, BD seriyalı, 053 nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə onun şikayətinə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma icraat qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər X4 Departamentin direktoru X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2016-cı il tarixli, BD seriyalı, 053 nömrəli qərardan verdiyi şikayət X2 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-202/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-202/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver