Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2021/2022 08.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 22 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından şikayət verilməsi müddətinin bərpasına dair X1 vəsatətinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 22 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. Şikayətə müvafiq prosessual müddətin bərpa olunmasına dair vəsatət əlavə edilmiş, həmin vəsatətə məhkəmədə baxılaraq 08 iyun 2022-ci il tarixli qərardadla rədd olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin vəzifəli şəxsinin qərarının qəbul edildiyi vaxtdan 01 il 04 aydan çox vaxt keçib. Beləliklə, şikayət qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında nəzərdə tutulan prosessual müddət buraxıldıqdan xeyli sonra verilib. Odur ki, şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 22 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğvinə dair X1 şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-2021/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2021/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver