Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2021/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3, xx xxxxx 1968-ci ildə Lerik rayonu, Sors kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, "xxxx" MMC-də yardımçı fəhlə vəzifəsində işləyən, əlilliyi olmayan, məhkum olunmamış, Lerik rayonu, Sors kəndində qeydiyyatda olan və ünvan 1də yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə sərxoş vəziyyətdə yaşadığı evdə münaqişə yaradaraq dava-dalaş etmiş və hadisə yerinə gələn polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında 06 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün həmin tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixilə saat 23:23 radələrində vətəndaş X2 DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında Polis şöbəsinin əməliyyat qrupu dərhal hadisə yerinə getmiş, hadisə yerində ilkin araşdırma zamanı Şəxs sərxoş olduğundan Polis şöbəsinə dəvət olunmuş, ilkin sərxoşluq müayinəsinin olunmasından ötrü Respublika Narkoloji dispanserinə göndərilmiş, yüngül dərəcəli sərxoş olduğundan Narkoloji dispanserin növbətçi həkimi tərəfindən müayinə olunduqdan sonra xx.xx.2025-ci il tarixli protokol tərtib edilmişdir. Daha sonra Şəxs Polis şöbəsinə gətirilmiş, izahatı alındıqdan sonra Polis Şöbəsindən profilaktiki söhbətlər aparılaraq sərbəst buraxılmışdır. Şəxs polis əməkdaşlarının şifahi töhvələrinə məhəl qoymayaraq dəfələrlə əsassız yerə DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə müraciətlər etmiş, əsassız yerə ixtisaslaşdırılmış çağırış mərkəzini məşğul etmiş, bundan əlavə nöbətçinin iş rejimini qısa müddətə (20 dəqiqə) pozmuş, polis əməkdaşlarını nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Həmçinin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq DİNnin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə təkrar müraciət edib, dövlət əmlakının (polis avtopatrulunun) şüşəsini sındıracağı ilə hədələmişdir. Bundan əlavə vətəndaş Şəxs Azərbaycan Respublikasının qanun çərçivəsində müraciət etmək hüququnun olması, ictimai asayişi pozmaması, polisin qanuni tələbinə tabe olmasını, Polis şöbəsinin daxili qaydalarına riayət etməsi izah edilmişdir. Həmçinin vətəndaş Şəxs səhhətində yaranan hər hansı bir çətinliyin olub-olmaması barədə bildirildikdə, Şəxs ürək nahiyəsindən özünü narahat hiss etdiyini bildirdiyindən tərəflərindən TTYS-na (103) müraciət edilmiş, ilkin yoxlama zamanı Şəxs səhhətinə hər hansı problemin olmaması aşkar edilmişdir. 06 may 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Gültəkinlə təqribən 22 ildir ki, evlidilər və birgə nikahdan iki övladları vardır. Qızı ailə qurmuş, oğlu isə subaydır. xx.xx.2025-ci il tarixdə dostları ilə kafelərin birində yeyib içdikdən sonra yaşadığı evə gəlmiş evdə arvadı ilə aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbləşərək arvadının üstünə qışqırmış bu səbəbdən arvadı 102 xidmətinə zəng vuraraq onu şikayət etmişdir. Qeyd etmək istəyir ki, arvadını döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Onlar eyni şirkətdə fəhlə işləyirlər. Onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparmışlar, izahatı alındıqdan sonra evə buraxılmışdır. Polis əməkdaşlarına onu gətirdikləri kimi evə aparmalarını bildirmişdir. Polis əməkdaşları onu evinə aparmadığına görə 102 xidmətinə dəfələrlə zəng vuraraq Polis əməkdaşlarının onu evinə aparmadığını bildirmişdir. Şöbədə özünü pis hiss etdiyinə görə polis əməkdaşları təcili tibbi yardım çağırmışlar və həkimlər gəlmişlər, onu müayinə etdikdən sonra iynə vurmuşlar. Etdiyi hərəkətlərinə görə polislərdən üzr istədiyini, hazırda ürəyində problem olduğuna görə müalicə olunmasını, əməlindən peşman olmasını bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşı X8 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:23 radələrində vətəndaş ünvan 1 ünvanında yaşayan vətəndaş X5 DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə müraciət edib, həyat yoldaşı Şəxs tərəfindən döyülməsini, nalayiq ifadələrlə təhqir olunmasını bildirərək ünvana polisin gəlməsini istəməsi barədə müraciət daxil olduğundan, Polis şöbəsinin əməliyyat qrupu dərhal hadisə yerinə göndərilmiş, hadisə yerində ilkin araşdırma zamanı məlumat verən X5 ərizə və izahatında DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciətini təsdiqləmiş, həmçinin Şəxs sərxoş olduğundan Polis şöbəsinə dəvət olunmuş, ilkin sərxoşluq müayinəsinin təyin edilməsindən ötrü Respublika Narkoloji dispanserinə göndərilmiş, yüngül dərəcəli sərxoş olduğundan Narkoloji dispanserin növbətçi həkimi tərəfindən müayinə olunduqdan sonra xx.xx.2025-ci il tarixli protokol tərtib edilmişdir. Daha sonra Şəxs Polis Şöbəsinə gətirilmiş, izahatı alındıqdan sonra Polis şöbəsindən profilaktiki söhbətlər aparılaraq sərbəst buraxılmışdır. Şəxs Polis əməkdaşlarının şifahi tövhələrinə məhəl qoymayaraq Polis şöbəsinin qarşısında dəfələrlə əsassız yerə DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə müraciətlər etmiş, əsassız yerə ixtisaslaşdırılmış çağrı mərkəzini məşğul etmiş, bundan əlavə növbətçinin iş rejimini qısa müddətə (20 dəqiqə) pozmuş və həmin şəxs PŞ-də olarkən polis əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Həmçinin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə təkrar müraciət edib, dövlət əmlakını (polis avtopatrulunun) şüşəsini sındıracağı ilə hədələmişdir. Bundan əlavə vətəndaş Şəxs Azərbaycan Respublikasının qanun çərçivəsində müraciət etmək hüququnun olması, ictimai asayişi pozmaması, polisin qanuni tələbinə tabe olmasını, Polis şöbəsinin daxili qaydalarına riayət etməsi izah edilmişdir. Lakin buna baxmayaraq Şəxs öz inadkar hərəkətlərinə davam etmişdir. Həmçinin vətəndaş Şəxs səhhətində yaranan hər hansı bir çətinliyinin olub-olmaması barəsində bildirildikdə, Şəxs ürək nahiyyəsindən özünü narahat hiss etdiyini bildirdiyindən xx.xx.2025-ci il tarixdə 02:20 radələrində TTYS-na (103) müraciət olunmuş, həkim tərəfindən ilkin yoxlama zamanı Şəxs səhhətinə hər hansı probleminin olmamasını bildirmişdir. Gecə şöbədə saxlanılmış və növbəti gün onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşı X10 izahatında göstərdi ki, hadisə baş verən gün növbətçi hissədə növbətçini əvəz etmişdir. xx.xx.2025-ci il tarixdə saat 23:23 radələrində vətəndaş ünvan 1 ünvanında yaşayan vətəndaş X5 DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə müraciət edib, həyat yoldaşı Şəxs tərəfindən döyülməsini, nalayiq ifadələrlə təhqir olunmasını bildirərək ünvana polisin gəlməsini istəməsi barədə müraciət daxil olduğundan, Polis şöbəsinin əməliyyat qrupu dərhal hadisə yerinə göndərilmiş, hadisə yerində ilkin araşdırma zamanı məlumat verən X5 ərizə və izahatında DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciətini təsdiqləmiş, həmçinin Şəxs sərxoş olduğundan Polis şöbəsinə dəvət olunmuş, ilkin sərxoşluq müayinəsinin təyin edilməsindən ötrü Respublika Narkoloji dispanserinə göndərilmiş, yüngül dərəcəli sərxoş olduğundan Narkoloji dispanserin növbətçi həkimi tərəfindən müayinə olunduqdan sonra xx.xx.2025-ci il tarixli protokol tərtib edilmişdir. Daha sonra Şəxs Polis Şöbəsinə gətirilmiş, izahatı alındıqdan sonra Polis şöbəsindən profilaktiki söhbətlər aparılaraq sərbəst buraxılmışdır. Şəxs Polis əməkdaşlarının şifahi tövhələrinə məhəl qoymayaraq Polis şöbəsinin qarşısında dəfələrlə əsassız yerə DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə müraciətlər etmiş, əsassız yerə ixtisaslaşdırılmış çağrı mərkəzini məşğul etmiş, bundan əlavə nöbətçinin iş rejimini qısa müddətə (20 dəqiqə) pozmuş və həmin şəxs PŞ-də olarkən polis əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Həmçinin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə təkrar müraciət edib, dövlət əmlakının (polis avtopatrulunun) şüşəsini sındıracağı ilə hədələmişdir. Bundan əlavə vətəndaş Şəxs Azərbaycan Respublikasının qanun çərçivəsində müraciət etmək hüququnun olması, ictimai asayişi pozmaması, polisin qanuni əmrinə tabe olmasını, Polis şöbəsinin daxili qaydalarına riayət etməsi izah edilmişdir. Lakin buna baxmayaraq Şəxs öz inadkar hərəkətlərinə davam etmişdir. Həmçinin vətəndaş Şəxs səhhətində yaranan hər hansı bir çətinliyinin olub-olmaması barəsində bildirildikdə, Şəxs ürək nahiyyəsindən özünü narahat hiss etdiyini bildirdiyindən xx.xx.2025-ci il tarixdə 02:20 radələrində TTYS-na (103) müraciət olunmuş, həkim tərəfindən ilkin yoxlama zamanı Şəxs səhhətinə hər hansı probleminin olmamasını bildirmişdir. Gecə şöbədə saxlanılmış və növbəti gün onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşı X9 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:23 radələrində vətəndaş ünvan 1 ünvanında yaşayan vətəndaş X5 DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə müraciət edib, həyat yoldaşı Şəxs tərəfindən döyülməsini, nalayiq ifadələrlə təhqir olunmasını bildirərək ünvana polisin gəlməsini istəməsi barədə müraciət daxil olduğundan, Polis şöbəsinin əməliyyat qrupu dərhal hadisə yerinə göndərilmiş, hadisə yerində ilkin araşdırma zamanı məlumat verən X5 ərizə və izahatında DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciətini təsdiqləmiş, həmçinin Şəxs sərxoş olduğundan Polis şöbəsinə dəvət olunmuş, ilkin sərxoşluq müayinəsinin təyin edilməsindən ötrü Respublika Narkoloji dispanserinə göndərilmiş, yüngül dərəcəli sərxoş olduğundan Narkoloji dispanserin növbətçi həkimi tərəfindən müayinə olunduqdan sonra xx.xx.2025-ci il tarixli protokol tərtib edilmişdir. Daha sonra Şəxs Polis Şöbəsinə gətirilmiş, izahatı alındıqdan sonra Polis şöbəsindən profilaktiki söhbətlər aparılaraq sərbəst buraxılmışdır. Şəxs Polis əməkdaşların şifahi töhvhələrinə məhəl qoyınaraq Polis şöbəsinin qarşısında dəfələrlə əsassız yerə DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə müraciətlər etmiş, əsassız yerə ixtisaslaşdırılmış çağırış mərkəzini məşğul etmiş, bundan əlavə növbətçinin iş rejimini qısa müddətə (20 dəqiqə) pozmuş və həmin şəxs PŞ-də olarkən polis əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Həmçinin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq DİNnin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə təkrar müraciət edib, dövlət əmlakının (polis avtopatrulunun) şüşəsini sındıracağı ilə hədələmişdir. Bundan əlavə vətəndaş Şəxs Azərbaycan Respublikasının qanun çərçivəsində müraciət etmək hüququnun olması, ictimai asayişi pozmaması, polisin qanuni əmrinə tabe olmasını, Polis şöbəsinin daxili qaydalarına riayət etməsi izah edilmişdir. Lakin buna baxmayaraq Şəxs öz inadkar hərəkətlərinə davam etmişdir. Həmçinin vətəndaş Şəxs səhhətində yaranan hər hansı bir çətinliyinin olub-olmaması barəsində bildirildikdə, Şəxs ürək nahiyyəsindən özünü narahat hiss etdiyini bildirdiyindən xx.xx.2025-ci il tarixdə 02:20 radələrində TTYS-na (103) müraciət olunmuş, həkim tərəfindən ilkin yoxlama zamanı Şəxs səhhətinə hər hansı probleminin olmamasını bildirmişdir. Gecə şöbədə saxlanılmış və növbəti gün onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşı Akif Ağayev izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:23 radələrində vətəndaş ünvan 1 ünvanında yaşayan vətəndaş X5 DİN-nin 102 «Xidməti- Zəng» mərkəzi sisteminə müraciət edib, həyat yoldaşı Şəxs tərəfindən döyülməsini, nəlayiq ifadələrlə təhqir olunmasını bildirərək ünvana polisin gəlməsini istəməsi barədə müraciət daxil olduğundan, Polis şöbəsinin əməliyyat qrupu dərhal hadisə yerinə göndərilmiş, hadisə yerində ilkin araşdırma zamanı məlumat verən X5 ərizə və izahatında DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciətini təsdiqləmiş, həmçinin Şəxs sərxoş olduğundan Polis şöbəsinə dəvət olunmuş, ilkin sərxoşluq müayinəsinin təyin edilməsindən ötrü Respublika Narkoloji disponserinə göndərilmiş, yüngül dərəcəli sərxoş olduğundan Narkoloji dispanserin növbətçi həkimi tərəfindən müayinə olunduqdan sonra xx.xx.2025-ci il tarixli protokol tərtib edilmişdir. Daha sonra Şəxs Polis Şöbəsinə gətirilmiş, izahatı alındıqdan sonra Polis şöbəsindən profilaktiki söhbətlər aparılaraq sərbəst buraxılmışdır. Şəxs Polis əməkdaşların şifahi tövhələrinə məhəl qoyınaraq Polis şöbəsinin qarşısında dəfələrlə əsassız yerə DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə müraciətlər etmiş, əsassız yerə ixtisaslaşdırılmış çağın mərkəzini məşqul etmiş, bundan əlavə nöbətçinin iş rejimini qısa müddətə (20 dəqiqə) pozmuşdur və həmin şəxs PŞ-də olarkən polis əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Həmçinin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq DİN-nin 102 «Xidməti- Zəng» mərkəzi sisteminə təkrar müraciət edib, dövlət əmlakını (polis avtopatrulunun) şüşəsini sındıracağı ilə hədələmişdir. Bundan əlavə vətəndaş Şəxs Azərbaycan Respublikasının qanun çərçivəsində müraciət etmək hüququnun olması, ictimai əsayişi pozmaması, polisin qanuni əmrinə tabe olmasını, Polis şöbəsinin daxili qaydalarına riayət etməsi izah edilmişdir. Lakin buna baxmayaraq Şəxs öz inadkar hərəkətlərinə davam etmişdir. Həmçinin vətəndaş Şəxs səhhətində yaranan hər hansı bir çətinliyinin olub-olmaması barəsində bildirildikdə, Şəxs ürək nahiyyəsindən özünü narahat hiss etdiyini bildirdiyindən xx.xx.2025-ci il tarixdə 02:20 radələrində TTYS-na (103) müraciət olunmuş, həkim tərəfindən ilkin yoxlama zamanı Şəxs səhhətinə hər hansı probleminin olmamasını bildirmişdir. Gecə şöbədə saxlanılmış və səhəri günü onun barəsində protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:23 radələrində ünvan 1 ünvanında yaşayan vətəndaş X5 DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə müraciət edərək həyat yoldaşı Şəxs tərəfindən döyülməsini, nalayiq ifadələrlə təhqir olunmasını bildirərək ünvana polisin gəlməsini istəməsi barədə müraciət daxil olduğundan, Polis şöbəsinin əməliyyat qrupu dərhal hadisə yerində olmuş, hadisə yerində ilkin araşdırma zamanı məlumat verən X5 ərizə və izahatında DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciətini təsdiqləmiş, həmçinin Şəxs sərxoş olduğundan həmin şəxsə polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edərək sərxoşluq dərəcəsinin müayinə olunmasından ötrü Şəxs Polis şöbəsinə dəvət olunmuş və polis şöbəsinə dəvət olunan zaman həmin şəxs xidməti avtomobildə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixilə saat 23:23 radələrində vətəndaş X2 DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında Polis şöbəsinin əməliyyat qrupu dərhal hadisə yerinə getmiş, hadisə yerində ilkin araşdırma zamanı Şəxs sərxoş olduğundan polis şöbəsinə dəvət olunmuş, ilkin sərxoşluq müayinəsinin olunmasından ötrü Respublika Narkoloji dispanserinə göndərilmiş, yüngül dərəcəli sərxoş olduğundan Narkoloji dispanserin növbətçi həkimi tərəfindən müayinə olunduqdan sonra xx.xx.2025-ci il tarixli №-2/25173 saylı protokol tərtib edilmişdir. Daha sonra Şəxs Polis şöbəsinə gətirilmiş, izahatı alındıqdan sonra Polis Şöbəsindən profilaktiki söhbətlər aparılaraq sərbəst buraxılmışdır. Şəxs polis əməkdaşlarının şifahi töhvələrinə məhəl qoymayaraq dəfələrlə əsassız yerə DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə müraciətlər etmiş, əsassız yerə ixtisaslaşdırılmış çağırış mərkəzini məşğul etmiş, bundan əlavə növbətçinin iş rejimini qısa müddətə (20 dəqiqə) pozmuş, polis əməkdaşlarını nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Həmçinin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq DİNnin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə təkrar müraciət edib, dövlət əmlakının (polis avtopatrulunun) şüşəsini sındıracağı ilə hədələmişdir. Bundan əlavə vətəndaş Şəxs Azərbaycan Respublikasının qanun çərçivəsində müraciət etmək hüququnun olması, ictimai asayişi pozmaması, polisin qanuni əmrinə tabe olmasını, Polis şöbəsinin daxili qaydalarına riayət etməsi izah edilmişdir. Həmçinin vətəndaş Şəxs səhhətində yaranan hər hansı bir çətinliyinin olub-olmaması barədə bildirildikdə, Şəxs ürək nahiyəsindən özünü narahat hiss etdiyini bildirdiyindən tərəflərindən TTYS-na (103) müraciət edilmiş, ilkin yoxlama zamanı Şəxs səhhətinə hər hansı probleminin olmaması aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00;07 radələrində DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə ********** saylı daxil olmuş məlumatda, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçüliik sovxozu ünvanı vətəndaş Şəxs (***-***-**-** nömrəsindən məlumat vermiş, arvadı Gültəkinin onun barəsində şikayət etməsini, sərxoş olduğu üçün PŞ-nə aparılmasından narazı olması barədə bildirmişdir. Saat 02:27 təkrar müraciət etmiş, polisin onu ünvana aparılmasında köməklik olunmasını istəməsi barədə bildirmişdir. Saat 02:34 təkrar müraciət etmiş, polisin onu ünvana aparılmasında köməklik olunmasını istəməsi barədə bildirmişdir. Saat 02:36 təkrar müraciət etmiş, polisin onu ünvana aparılmasında köməklik olunmasını istəməsi barədə bildirmişdir. Saat 02:37 təkrar müraciət etmiş, polisin onu ünvana aparılmasında köməklik olunmasını istəməsi barədə bildirmişdir. Saat 02:41 təkrar müraciət etmiş, polisin onu ünvana aparılmasında köməklik olunmasını istəməsini, köməklik olunmasa polis avtomobilinin şüşəsini sındıracağı barədə bildirmişdir. Saat 02:45 təkrar müraciət etmişdir. Əlaqə saxlanılmış, Ə/Q-na bildirilmiş, xx.xx.2025-PROTOKOL-2/25173 yüngül dərəcəli sərxoşdur. Növbətçi hissənin iş rejimini qısa müddətə (20) dəqiqə pozmuş, əsassız yerə ixtisaslaşdırılmış çağırış mərkəzini məşğul etmiş, polisin qanuni tələbinə məhəl qoymamışdır. İş materiallarında olan hadisənin videoyazısı olan DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şəxs həqiqətən də polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş və onların qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarını hadisə yerinə buraxmamış və videgörüntüdə şəxsin sərxoş vəziyyətdə olması aşkar olunur. İş materiallarında olan X2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, X1 RPİ-nin 30-cu PŞ-nə ərizə yazaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evdə olan zaman həyat yoldaşı Şəxs ilə aralarında sözlə mübahisə yaranmış və Şəxs onu təhqir edərək üzərinə gəlmiş onu vurmaq istəmişdir. Övladları onları ayırmışdır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan X2 izahatından görünür ki, Şəxs ilə 2 ildir evlidir və birgə nikahdan 2 övladları vardır. Uzun müddətdir ki, Şəxs əsassız olaraq spirtli içki içir və onunla mübahisə edir. xx.xx.2025-ci il tarixdə aralarında mübahisə olmuş və Şəxs onun üzərinə gələrək vurmaq istəmişdir. Övladları Şəxs mane olmuşlar. Buna görə də 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İnzibati xəta haqqında işin materiallarını ətraflı tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, şahidləri dinləyərək, məhkəmə iclasında təqdim olunmuş mobil telefonda olan videoya baxış keçirərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi və İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanı sərxoş vəziyyətdə törətməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. İş üzrə Şəxs İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Polis haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İ. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 8-ci maddəsinə əsasən Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir, belə ki o, xidməti vəzifələrini icra edən zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, 102 zəng xidmətindən gəlmiş məlumatı yoxlamaq üçün hadisə yerinə gələn polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olmuş, sərxoş vəziyyətdə onlara nalayiq ifadələr işlətmiş, hüquqazidd hərəkətlərini 30-cu polis şöbəsinin inzibati binasında da davam etdirmiş və qeyd olunanlara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 06 may 2025-ci il tarixli 2/25173 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin protokoluna əsasən Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 06 may 2025-ci il tarixdən, saat 02:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halın olmaması və ağırlaşdıran halların olması nəzərə alınmaqla onun barəsində inzibati həbs tənbeh növünün təbiq edilməsi daha ədalətli olar və inzibati xətalar qanunvericiliyinin prinsip və normalarına uyğun olar. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 06 may 2025ci il tarixdən, saat 02:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 34, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 06 may 2025ci il tarixdən, saat 02:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2021/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2021/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver