Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-203/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X3 nümayəndəsi və vəkili, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, X3, 25 yanvar 1987-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2S2MLXH, evli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus dönər evində menecer vəzifəsində işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 10 nömrəli evin 57 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 05 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X7 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi X2 qəbul etdiyi eyni tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla T.Q.Qurbanov Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, vəzifəli şəxs qismində 4.000 manat məbləğində inzibati cərimə olunmuşdur. X8, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi X6 tərəfindən barəsində qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətlə 26 yanvar 2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlıdır. Müvafiq tələblər “Azərbaycan Respublikasında 2020-ci ilin dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli, 488 nömrəli Qərarı (bundan sonra “Qərar”) əsasında müəyyən edilmişdir. Həmin Qərara əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla, digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Həmin Qərarın 1 nömrəli əlavəsi - Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısının 5.5-ci bəndində Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin (və ya onlayn satış) göstərilməsi icazə verilən iş və xidmət sahəsi kimi müəyyən edilmişdir. Müvafiq olaraq istinad olunan Qərarın 2.2-ci bəndində işəgötürə tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə icazə.egov.az portalına daxil edildikdən sonra həmin Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşlarının hərəkətinə icazə verildiyi nəzərdə tutulmuşdur. Həmin Qərarın tələbləri nəzərə alınaraq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi tərəfindən fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxsin əməkdaşı kimi ona və işlərini davam etdirməsi zəruri olan digər həmkarlarına icazə.e-gov.az portalı üzərindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə icazə alınmışdır. Odur ki, inzibati protokol və 05 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun icazə.e-gov.az portalından icazəsi olmuş, həmçinin protokolun tərtib olunması zamanı o, icazədə göstərilən sahədə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, 05 yanvar 2021-ci il tarixdə o, iş yerində əmək fəaliyyəti ilə məşğul olduğu zaman polis əməkdaşları iş yerinə daxil olmuş, hər hansı hüquqi əsas göstərmədən xüsusi karantin rejimi qaydalarını pozduğunu bildirərək onu Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparmışlar. Bir neçə saat həmin Polis Şöbəsində saxlanıldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis əməkdaşları onu saxlayarkən onlara, həmçinin protokol və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunarkən müvafiq hərəkətləri edən şəxslərə bu barədə bildirmişdir. Eyni zamanda onun icazə.e-gov.az portalından alınmış icazəsi olduğu üçün heç bir qanunvericilik normasının tələblərini pozmamış, inzibati orqanın həm protokol tərtib edərkən inzibati xətanın nədən ibarət olmasını, həm də 05 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul edərkən inzibati tənbehin əsasını təşkil edən pozuntu faktını təsdiq edən sübutlar olmamış, protokolda və 05 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda pozuntu faktını nədən ibarət olması göstərilməmişdir. Bu isə Azərbaycan Respublikası İXM-in 8.1 və 8.2-ci maddələrinə əsasən mənim təqsirsiz hesab olunmağı üçün bilavasitə əsasdır. Belə ki, icazəsinin olmasını təsdiq edən sənədin olmasına baxmayaraq, inzibati orqan hər hansı sübutu olmadan barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmişdir. Bütün bu hallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi onun qanunvericiliklə müəyyən edilən heç bir öhdəliyini pozmadığını sübut edir və buna görə o, karantin qaydalarının pozulmasında təqsirli hesab oluna bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslərə 200 (iki yüz) manatdan 400 (dörd yüz) manatadək məbləğdə inzibati cərimənin tətbiq edilməsinin mümkünlüyü nəzərdə tutulsa da, inzibati orqan tərəfindən ona 4000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Belə ki. protokolda və 05 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati xəta haqqında is üzrə icraat apanlan şəxs bölməsində də ona fiziki şəxs kimi inzibati tənbeh tətbiq edilməsi faktı öz təsdiqini tapır. Müvafiq əməlin inzibati xəta kimi tövsif edilməsi üçün hərəkətlərində inzibati xəta tərkibi mövcud olmalıdır. Yuxarıda qeyd edilənlərdən də aydın olduğu kimi indiki halda epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimlərinin tələbləri tərəfindən pozulmamışdır. Sonda T.Q.Qurbanov Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati qərar çıxarılmış şəxs X3 nümayəndəsi və vəkili, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə X3 şikayət ərizəsinə uyğun ifadə verərək, şikayətin təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsin nümayəndəsini və vəkilini dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X8 15 fevral 2017-ci il tarixdən müddətli əmək müqaviləsi əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində menecer vəzifəsində işləyir, 02 dekabr 2019-cu il tarixdə imzalanmış əmək müqaviləsi bildirişi çap edildiyi an qüvvədə olmuşdur. Şikayətə əlavə edilmiş “icaze.e-gov.az” portalından çıxarışdan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində menecer vəzifəsində işləyən X3 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək Bakı şəhəri və Abşeron rayonu üzrə hərəkətinə icazə verilmiş və həmin xidməti buraxılış portalda təsdiqlənmişdir. Şikayətə əlavə edilmiş 05 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, vəzifəli şəxs qismində 4.000 manat məbləğində cərimə olunmuşdur. “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020ci il tarixli, 488 saylı qərarının 1-ci bəndinə əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Həmin Qərarın 2.2 və 2.2.1-ci bəndlərinə əsasən bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçiləri barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Həmin Qərarın 1 nömrəli əlavəsi - Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısının 5 və 5.5-ci bəndlərinə əsasən pərakəndə və topdansatış üzrə Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin (və ya onlayn satış) göstərilməsinə icazə verildiyi müəyyən edilmişdir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli, 488 saylı qərarının tələblərinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində operator vəzifəsində işləyən X3 xüsusi karantin rejimi dövründə 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək Bakı şəhəri və Abşeron rayonu üzrə hərəkətinə işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilməklə icazə verilməsinə və həmin xidməti buraxılışın portalda təsdiqlənməsinə baxmayaraq, 05 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Rəfiyev 18 ünvanında fəaliyyət göstərən dönər evində T.Q.Qurbanovun xüsusi karantin rejiminin qaydalarını pozduğu əsas gətirilərək, onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 05 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla T.Q.Qurbanov Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək vəzifəli şəxs qismində 4.000 manat məbləğində inzibati cərimə olunmuşdur. İlk növbədə məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi X6, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus dönər evində menecer vəzifəsində işləyən X5 vəzifəli şəxs hesab etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında göstərilmişdir ki, cinayət prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına” dair 19 iyul 2013-cü il tarixli qərarna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus dönər evində menecer vəzifəsində işləyən X3 hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etmək səlahiyyəti olmadığından o, vəzifəli şəxs hesab edilə bilməz. Bundan əlavə şikayətə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, 05 yanvar 2021-ci il tarixdə X8, iş yerində əmək fəaliyyəti ilə məşğul olduğu zaman polis əməkdaşları iş yerinə daxil olub xüsusi karantin rejimi qaydalarını pozduğunu bildirərək onu Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparıb barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamışlar. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 115.1 və 115.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilir. Lakin həm 05 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda, həm də onun əsasında qəbul edilmiş eyni tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X3 Bakı şəhəri, Xətai rayonu, M.Rəfiyev 18 ünvanında yerləşən dönər evində xüsusi karantin rejiminin qaydalarını pozduğu göstərilsə də, lakin konkret olaraq “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli, 488 saylı qərarın hansı tələblərinin pozulduğu (müştərilərə yerində xidmət göstərilməsi və s.) göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi X6 05 yanvar 2021-ci il tarixdə inzibati xəta haqqında işə baxarkən, xüsusi karantin rejimi dövründə 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək Bakı şəhəri və Abşeron rayonu üzrə hərəkətinə işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməklə icazə verilmiş T.Q.Qurbanovun “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli, 488 saylı qərarın konkret olaraq hansı tələblərini pozmasına dair hər hansı bir mötəbər sübut olmadığına görə təqsirli olmasına dair şübhələri onun xeyrinə həll etməli, habelə mövcud sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirib inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etməli olduğu halda, T.Q.Qurbanovu vəzifəli şəxs hesab edərək onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göründüyü kimi X3 əməlində inzibati xəta tərkibi olmadığı halda onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib 4.000 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-203/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-203/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver