Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2031/2025 22.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 10000.00 Avro məbləğində vəsait bank vasitəsilə 13 mart 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 10000.00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 14 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında, yəni AZ 1133, ünvan 1 ünvanında baş vermişdir; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək bildirdi ki, 2023-cü ilin mart ayında, təsisçisi və qanuni təmsilçisi olduğu Şəxs MMC tərəfindən Almaniyada yerləşən şirkətə avtomobil alışı məqsədilə şəxsi vəsaiti hesabına bank vasitəsilə 10,000 (on min) avro məbləğində vəsait köçürülmüşdür. Avtomobil 29 mart 2023-cü il tarixdə Azərbaycana gətirilmiş və texniki səbəblərdən fiziki şəxs olaraq onun - Alı Qasımov - adına rəsmiləşdirilmişdir. CMR, invoys və digər beynəlxalq daşınma sənədlərində bu ödənişin məhz onun tərəfindən və onun üçün olduğu aydın şəkildə qeyd olunmuşdur. Həmin avtomobil sonradan rəsmi qaydada satılmışdır və hal-hazırda qeydiyyatda deyil. Həmçinin Şəxs MMC daha sonra qanuni şəkildə ləğv edilmişdir, bu barədə aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş sənəd mövcuddur. Bu müddət ərzində nə Dövlət Gömrük Komitəsi, nə də Vergi orqanları tərəfindən heç bir irad, tələb və ya cərimə tətbiq olunmamışdır. MMC və fiziki şəxs olaraq hər iki tərəfin hüquqi nümayəndəsi və sahibi eyni şəxs olduğu üçün burada hər hansı qanun pozuntusu və ya valyuta qanunvericiliyinin pozulması halı yoxdur. Sadəcə sənədləşmədə forma fərqi yaranmışdır. Onun, yəni Alı Qasımovun fiziki şəxs kimi VÖEN-i **********, ləğv olunmuş MMC - ASVE MMC-nin VÖEN-i **********-dir. 2023-cü ilin mart ayında Almaniyadan şəxsi istifadəsi üçün avtomobil əldə olunmuşdur. CMR sənədində, kommersiya invoysunda və idxal sənədlərində alıcı kimi şəxsən onun - fiziki şəxs olaraq - adı və ünvanı qeyd olunmuşdur. Bu, avtomobilin kimə məxsus olduğunu açıq şəkildə təsdiqləyir. Avtomobilin qiymətinin 10,000 avro hissəsi ona məxsus şəxsi vəsait hesabına, onun nəzarətində olan MMC-nin bank hesabı vasitəsilə satıcıya köçürülmüşdür. Bank bu prosesdə sadəcə vasitəçi rolunu oynamış və heç bir kredit, lizinq və ya borc müqaviləsi bağlanmamışdır. Avtomobil ölkəyə daxil olduqdan sonra gömrük rəsmiləşdirilməsi və digər prosedurlar onun fiziki şəxs VÖEN-i ilə aparılmışdır. Bu qərar alıcı olaraq bütün sənədlərdə fiziki şəxs kimi onun qeyd olunmağı və avtomobilin onun şəxsi istifadəsinə yönəlik olması ilə əlaqədardır. Yəni hüquqi və məntiqi baxımdan avtomobilin qeydiyyatının fiziki VÖEN-lə aparılması təbiidir və məqsədyönlü şəkildə uyğundur. Köçürmədə iştirak edən MMC, eləcə də alıcı (fiziki şəxs) eyni şəxs - onun nəzarətində olmuşdur. Ödəniş onun şəxsi vəsaiti ilə aparıldığına görə MMC bu prosesdə yalnız texniki köçürmə vasitəsi kimi iştirak edib. Bank və ya digər tərəflər qarşısında heç bir öhdəlik və ya risk yoxdur. Əməliyyatın bütün mərhələləri sənədlərlə sübut edilə bilər, şəffaf və izah ediləndir. Ödəniş texniki olaraq MMC-nin bank hesabından icra olunmuş və buna görə də bank sənədində köçürən kimi MMC qeyd edilmişdir. Lakin bu, vəsaitin hüquqi mənsubiyyətinə təsir etmir. Çünki sözügedən vəsait MMC-nin balansından deyil, şəxsi hesabından MMC-yə daxil edilmiş şəxsi vəsaiti olub. MMC sadəcə olaraq beynəlxalq bank əməliyyatında vasitəçi texniki rolunu oynayıb. Alıcı sənədlərdə şəxsən o qeyd olunmuşdur. Qeydiyyat texniki uyğunsuzluq səbəbilə fərqli aparılsa da, hüquqi nəticələrə təsiri yoxdur. Cərimə və ya sanksiya üçün qanuni əsas yoxdur, çünki hər hansı qanunsuz niyyət, saxta əməliyyat, gizlədilmiş gəlir və ya vergidən yayınma elementi yoxdur. Bu əməliyyat tam qanuni və şəffaf şəkildə həyata keçirilmişdir. Mövcud texniki uyğunsuzluq səbəbilə cərimə və ya başqa sanksiyanın tətbiqi qanunvericiliklə uzlaşmır və hüquqi əsas daşımır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən Mərkəzi Banka ünvanlanan xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 10000.00 Avro məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüş, həmin ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlər təqdim edilməmişdir; ödəniş tapşırığına dair çıxarışdan görünür ki, “MAİN TRUCK NUTZFAHRZEUGHANDEL” şirkətinin bank hesabına xx.xx.2023-cü il tarixdə 10000.00 Avro məbləğində vəsait köçürülmüşdür; xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, Mercedes-Benz markalı avtomobili göndərən “MAİN TRUCK” şirkəti, qəbul edən X3r; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış, VÖEN-i **********, qanuni təmsilçisi X4, hüquqi ünvanı AZ 1133, ünvan 1-dür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53-cü və 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 28 noyabr 2016-cı il tarixli 45/1 saylı «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, iş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC-nin hesabından Azərbaycan Respublikasından kənara 10000.00 Avro məbləğində ödəniş edilmiş və həmin vəsait hesabına alınmış məhsullar 02 (iki) ildən artıq müddət keçmədən ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-2031/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2031/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver