Məhkəmə qərarları › İş №3(010)-2052/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2052/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2052/2022 27.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, tərcüməçi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 və icra sənədi üzrə tələbkar X2 iştirakı ilə, Şəxs, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 28 nömrəli evin 81 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(010)- 5643/2015 saylı icra sənədinə əsasən isə 26 noyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay sabit pul məbləğində 108 manat aliment X2 xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, borcunu qəbul edir. İşsiz olduğu üçün borcunu ödəyə bilmir. Sonuncu dəfə 2021-ci ildə 100 manat məbləğində ödəniş etmişdir. Hal-hazırda heç bir ödəniş edə bilmir. İş üçün bir çox yerə müraciət etsə də, iş tapa bilməmişdir. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X8 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(010)-5643/2015 saylı icra sənədinə əsasən isə 26 noyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay sabit pul məbləğində 108 manat aliment X2 xeyrinə tutulmalıdır. İcra sənədi ilkin olaraq 28 dekabr 2015-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və bu barədə tərəflərə məlumat verilmişdir.Borclu icra sənədinin icrasından, şöbəyə gəlməkdən yayındığından və onun olduğu yeri müəyyən etmək mümkün olmadığından 29 yanvar 2018-ci il tarixdə onun axtarılması haqqında qərar qəbul edilmiş və icra olunması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə göndərilmiş, borclu barəsində 08 fevral 2018-ci il tarixində axtarış işi açılmış və Şəxs 07 iyun 2021-ci il tarixdə şöbəyə təhvil verilmişdir. Borclu şöbəyə təhvil verildikdən sonra borclu tərəfindən tələbkarın xeyrinə 300 (üç yüz) manat məbləğində aliment pulu ödənilmişdir. Bundan sonra tərəflər aylıq 300 (üç yüz) manat olmaqla aliment pulunun ödənilməsinə dair ümumi razılığa gəlmişlər. Bununla əlaqədar tələbkar X4 07 iyun 2021-ci il tarixli ərizə ilə müraciət edərək icra sənədini ümumi razılıq əldə olunduğuna görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq icra sənədi 07 iyun 2021-ci il tarixli qərarla məhkəməyə geri qaytarılmışdır.İcra sənədi məhkəməyə geri qaytarıldıqdan sonra borclu tərəfindən razlılıq pozulmuşdur. Belə ki, keçən müddət ərzində borclu tərəfindən tələbkarın xeyrinə ümumilikdə 100 (bir yüz) manat ödəniş edilmişdir. Bununla əlaqədar tələbkar müvafiq ərizə ilə məhkəməyə müraciət edərək icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Tələbkarın məhkəməyə ünvanlanmış müraicətindən sonra icra sənədi təkrarən icraya yönəldilmiş və icra sənədi 18 yanvar 2022-ci il tarixdə icraata qəbul edilməklə həmin tarixdə də, icraata başlanılmışdır.Yenidən icraya yönəldilmiş icra sənədi üzrə borclu dəfələrlə şöbəyə dəvət olunsa da, o öz növbəsində şöbəyə gəlməkdən və icra sənədinin icrasını təmin etməkdən yayınmışıdr. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığndan onun axtarılması haqqında 29 mart 2022-ci il tarixdə axtarış qərarı qəbul edilmişdir. 27 may 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən borclu saxlanılaraq şöbəyə təhvil verilmişdir. Şöbədə olarkən borclunun izahatı alınmışdır. Borclu izahatında işləmədiyini və maddi imkanının pis olmasını əsas gətirərək aliment pulundan ödəniş edə bilməyəcəyini bildirmişdir. Aliment tələbinə dair müvafiq qətnamə qanuni qüvvəyə mindikdən sonra borclu tərəfindən keçən 83 ay ərzində ümumilikdə 4.042 manat aliment pulunun tələbkarın xeyrinə ödənilməsi təmin edilsə də, 27 may 2022-ci ci il tarixə 4.922 manat borc yaranmışdır. Göründüyü kimi borclu bir İcra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İcra sənədi üzrə tələbkar X4 məhkəmədə göstərdi ki, 2021-ci ildə borclu ilə aralarında hər ay 300 manat ödəniş etmək şərti ilə razılığa gəlsələr də, bu müddət ərazində borclu aliment borcundan cəmi 100 manat məbləğində ödəniş etmişdir. Borclu bilərəkdən borcunu ödəmir. Sonda X4 Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(010)-5643/2015 saylı icra vərəqəsindən görünür ki, 26 noyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay sabit pul məbləğində 108 manat aliment X2 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 18 yanvar 2022-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(010)-5643/2015 saylı icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı dərhal könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan Suraxanı rayon İcra Şöbəsinin 29 mart 2022-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 27 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2(010)-5643/2015 saylı icra sənədi üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcu 4.922 manat təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 27 may 2022-ci il tarixdən, saat 16:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar