Məhkəmə qərarları › İş №3(010)-2054/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2054/2022

28.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2054/2022 28.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Şəhəri, Suraxani Rayonu, Hövsan Qəsəbəsi, X1, Ev 15b, Mənzil 41 ünvanında qeydiyyatda olan Şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİM: Şəxs 28 may 2022-ci ildə saat 1330 radələrində Bakı şəhəri Suraxanı rayonu, E.Qasımov küçəsində 15 saylı binanın yaxınlığında polis əmədaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması ilə əlaqədar Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 30-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 28 may 2022-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü tam təqsirli bilərək, barəsində tərtib edilmiş 28 may 2022-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokolla razı olduğunu bildirib göstərdi ki, o, törətdiyi əməldən peşmandır, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır və bir daha belə əməllərə yol verməyəcəkdir. Ona görə də barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri proses iştirakçılarının izahatları ilə yanaşı, hadisə ilə əlaqədar tərtib edilmiş 28 may 2022-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolla və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar