Məhkəmə qərarları › İş №3(010)-206/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-206/2022

10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-206/2022 10.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 19 avqust 1999-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş, subay, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, Fin xxxxxxx7, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 02 noyabr 2021-ci il tarixdə, saat 16:00 radələrində idarə etdiyi “VAZ 21043 minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu Bahar qəsəbəsi istiqamətindən Suraxanı rayonu Suraxanı qəsəbəsi istiqamətinə saatda 40 km surətlə hərəkət etdiyi zaman əyləcdə problem yarandığı üçün idarə etdiyi avtomobil əks hərəkət zolağına çıxaraq “Reno Megane” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində “Reno Megane” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü qismində əyləşən X3 döş qəfəsinin hematoması və sağ diz oynağı nahiyəsinin qançırı kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, həmin avtomobildə olan sərnişin qismində əyləşən X5 alın nahiyyəsinin çoxsaylı səthi kəsilmiş yaraları, burunun sıyrığı, boyunun şikinliyi, sol kürək nahiyyəsinin şişkinlik və qançırı (hematoması) kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almışlar. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 19 yanvar 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək bilərək göstərdi ki, 02 noyabr 2021-ci il tarixdə, saat 16:00 radələrində idarə etdiyi “VAZ 21043 minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu Bahar qəsəbəsi istiqamətindən Suraxanı rayonu Suraxanı qəsəbəsi istiqamətinə saatda 40 km surətlə hərəkət etdiyi zaman əyləcdə problem yarandığı üçün idarə etdiyi avtomobil əks hərəkət zolağına çıxaraq “Reno Megane” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Toqquşma nəticəsində o, heç bir xəsarət almamışdır. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və araşdırma başlanılmışdır. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Avtomobili idarə etdiyi zaman avtomobilində sərnişin qismində heç kəs olmamışdır. Sonda Şəxs məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər X3 və X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, шş materiallarında olan canlı şəxsin ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 1204 saylı rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş döş qəfəsinin hematoması və sağ diz oynağı nahiyəsinin qançırı xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 02 noyabr 2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozalmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan canlı şəxsin ekspertizasının 05 noyabr 2021-ci il tarixli, 1190 saylı rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş alın nahiyyəsinin çoxsaylı səthi kəsilmiş yaraları, burunun sıyrığı, boyunun şikinliyi, sol kürək nahiyyəsinin şişkinlik və qançırı (hematoması) xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 02 noyabr 2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozalmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 noyabr 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X9 göndərilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 -130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. AC seriyalı, 824705 nömrəli sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar