Məhkəmə qərarları › İş №3(010)-2066/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2066/2022

10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2066/2022 10.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Ağayev Akif Mirzə oğlunun sədrliyi, X2 iclas katibliyi, X8 Mirzə oğlunun iştirakı ilə, X8 Mirzə oğlunun Bakı şəhəri Suraxanı Rayon Dövlət X10 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X8 Mirzə oğlu məhkəməyə şikayətlə müraciət edərək bildirmişdir ki, Suraxanı rayon X13 X9 Xidməti tərəfindən AR İXM- nin 327.1-ci maddəsinə əsasən , tərtib edilmiş İXP ******* saylı xx.xx.2021-ci il tarixli protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP seriyalı xx.xx.2022-ci il tarixli qərarla bağlı inzibati iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 Mirzə oğlu şikayətini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan “Nissan X-TRAİL” markalı AZ ** FA *** dövlət nömrə nişanlı minik avtomaşınını Bakı-Sumqayıt istiqamətində xx.xx.2021-ci il tarixdə idarə edərkən Sumqayıt şəhərinə çatmamış yol polisi işçiləri tərəfindən dayandırılmış və yol-nəqliyyat qaydalarının pozulmasına görə barəsində 5 İnzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə dair ona məlumat verildi. Mən yol polis işçisinin bort-kompüterindən məlum qərarlar barədə məlumatı mobil telefonu ilə fotoşəklini çəkmiş və eyni zamanda bildirmişdir ki , bu qərarlar barədə ona indiyə kimi məlumat verilməmişdir. Məlum İnzibati tənbeh vermə haqqında qərarların ona təqdim edilməsi barədə 2 dəfə-xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə AR Daxili X1yn qaydasında müraciət etmiş , həmin müraciətlərimin qeydə alınması mənə mesajlar daxil olmuş , lakin həmin qərarların təsdiqlənmiş sürətləri indiyə kimi ona təqdim edilməmişdir. Bakı şəhərinin Nizami rayon məhkəməsinə təqdim edilmiş 3(007)-1265/2022 saylı inzibati xəta haqqında işlə bağlı şəxsi kabinetinə daxil olmuş məlumatdan müəyyən etmişdir ki , Suraxanı rayon X13 X9 Xidməti İnespektoru polis baş serejantı X3 barəmdə AR İXM-nin 327.1-ci maddəsinə əsasən , İXP ******* saylı xx.xx.2021-ci il tarixli protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında TP seriyalı xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Şəxsi kabinetinə daxil olan məlumatdan həmçinin müəyyən etmişdir ki , Suraxanı rayon X13 X9 Xidməti İnespektoru polis baş serejantı X3 tərəfindən barəsində AR İXM-nin 327.1- ci maddəsinə əsasən , tərtib etdiyi İXP ******* saylı xx.xx.2021-ci il tarixli protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP seriyalı xx.xx.2022-ci il tarixli qərar 3 ay müddətində tərəfimndən icra edilmədiyindən barəsində AR İXM-nin 529.3-ci maddəsinə əsasən , İXP ******* saylı protokol tərtib edilmiş və müvafiq cəza verilməsi üçün Nizami rayon məhkəməsinə göndərilmişdir. Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyev 3(007)-1265/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə məlum protokolu və ona əlavə edilmiş sənədləri aidiyyəti üzrə geri qaytarmışdır. Məlumat üçün bildirir ki, Suraxanı rayon X13 X9 Xidməti İnespektoru polis baş serejantı X3 tərəfindən barəsində AR İXM-nin 327.1-ci maddəsinə əsasən , tərtib etdiyi İXP ******* saylı xx.xx.2021-ci il tarixli protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP seriyalı xx.xx.2022-ci il tarixli qərarı şəxsi kabinet vasitəsi ilə əldə etmişdir. Hesab edir, barəsində tərtib edilmiş İXP ******* saylı xx.xx.2021-ci il tarixli protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP seriyalı xx.xx.2022-ci il tarixli qərar aşağıdakı arqumentlərə görə əsassız və qanunsuzdur: Suraxanı rayon X13 X9 Xidməti İnespektoru tərəfindən tərtib edilmiş İXP ******* saylı xx.xx.2021-ci il tarixli protokol ona təqdim edilməmiş və məlum protokolla razılaşmadığı halda, ona etirazını və ya iradlarını qeyd etmək hüququna malikdir. yol polisi işçisi tərəfindən qəbul edilmiş məlum protokol və həmin protokol əsasmda qəbul edilmiş sözügedən qərar qanunda nəzərdə tutulmuş qaydada ona təqdim edilməmişdir. Əgər məlum qərar “Elektron imza və elektron sənəd haqqmda” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində edilmişsə, bu barədə müvafiq sübutlar əlavə edilməklə qanunda nəzərdə tutulmuş qaydada ona məlumat verilməlidir. Bu xüsusatlar yuxarıda qeyd edilmiş hüquqi normalarının tələblərinin pozulması deməkdir, Bu isə , Suraxanı rayon X13 X9 Xidməti İnespektoru polis baş serejantı X3 tərəfindən barəmdə AR İXM-nin 327.1- ci maddəsinə əsasən tərtib etdiyi İXP ******* saylı xx.xx.2021-ci il tarixli protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP seriyalı xx.xx.2022-ci il tarixli qərarla bağlı inzibati iş üzrə icraata xitam xitam verilməsi üçün əsasdır. Odur ki, Suraxanı rayon X13 X9 Xidməti tərəfindən AR İXM- nin 327.1-ci maddəsinə əsasən , tərtib edilmiş İXP ******* saylı xx.xx.2021-ci il tarixli protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP seriyalı xx.xx.2022-ci il tarixli qərarla bağlı inzibati iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Dövlət X12 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhəri Suraxanı Rayon Dövlət X10 nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Dövlət X10 xx.xx.2022-ci il tarixli, TP4775829 nömrəli qərarına əsasən Ağayev Akif Mirzə oğlu Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi, iş materiallarına əlavə edilmiş video görüntüdə şəxsin inzibati xəta törətmədiyinin müəyyən edildiyi üçün mübahisəli qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Ağayev Akif Mirzə oğlu barəsində Bakı şəhəri Suraxanı Rayon Dövlət X10 xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol və qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar