Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-208/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Zığ X14 Bölməsinin İTQ-nun baş inspektoru X5 və zərərçəkmiş hüquqi şəxs X10 Company Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs, xx xxxxxx 1978-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fin xxxxxxx, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Zığ X14 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 16 yanvar 2022-ci tarixdə axşam saatlarında tanışları Həsənqulu və Səyyar adlı şəxslərlə bir qrup şəxs halında X10 Company Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “Qum Ada”sında yerləşən ərazidə şirkətə məxsus olan əlvan metalı gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxs X10 Company Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 93 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin TQ-nun baş təhqiqatçısı polis mayoru Vüsal Əliyevin 27 yanvar 2022-ci il tarixli qərarı ilə Şəxs, X4 və X2 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından barələrində cinayət işi başlanması rədd edilərək, Şəxs, X4 və X2 əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barələrində inzibati qaydada ölçü götürülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Buna görə də Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Zığ X14 Bölməsinin İTQ-nun baş inspektoru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 16.01.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Hövsan qəsəbəsində Quşçuluq savxozu adlandırılan ərazidə yaşayan tanışı Səyyar onunla görüşmək istədiyini bildirmişdir. Onlar görüşdükdən sonra Səyyar ona bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi istiqamətində Qum adası adlandırılan ərazidə yerləşən neft şirkətinin ərazisindən əlvan metal oğurlamaq istəyir. Həmin vaxt metalları ona məxsus qayıqla həmin əraziyə aparmağını xahiş etdi və qeyd etdi ki, götürdüyü metalın satışından əldə edilmiş gəliri aralarında böləcək. O, etiraz etmədi və həmin gün saat 20 radələrində Səyyar idarə etdiyi qırmızı rəngi «Vaz 2104» markalı avtomaşınla ona məxsus vətəqəyə gəldi. Həmin vaxt Səyyar avtomaşından 1 ədəd kamuflaj bel çantası və 1 ədəd çanta götürüb qayığa yerləşdirdi. Həsənqulu Quliyev, Səyyar və o, ona məxsus «Yamaha-40» markalı mühərriklə təchiz edilmiş 1 ədəd taxta qayıqdan istifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Qum adası adlandırılan əraziyə gəldilər. O, qayığı adanın yaxınlığında yerləşən köhnə dağılmış estekadanın yaxınlığında sahildə saxladıqdan sonra Səyyar qayıqdan düşdü. Bundan sonra o və Həsənqulu qayıqdan düşüb ətrafa göz gəzdirməyə başladılar. Həmin vaxt onlar Həsənqulu ilə biri-birindən aralanmışdılar. Təxminən 40 dəqiqə keçdikdən sonra o, kənardan dayanıb qayıq istiqamətində baxarkən bir nəfərin dəniz istiqamətində qaçmasını görmüşdür. Həmin vaxt onun arxası ilə 3 nəfər şəxs də dəniz istiqamətində gedərək ondan dayanması tələb edirdilər. O, başa düşdü ki, dənizə girən şəxs Həsənquludur və o, dənizə girdiyi üçün həmin şəxslər onu tapa bilmədilər. Lakin onlar sahildə saxladığı qayığı görüb qayığa tərəf gedib orada dayandılar. O, əllərini belinə qoyaraq onlara tərəf getməyə başlamışdır. Onlara yaxınlaşarkən həmin şəxslərdən biri ondan əllərini belindən çıxarıb yuxarı qaldırmağını tələb etdi. O, əllərini yuxarı qaldırıb əlində heç nə olmadığını bildirmişdir. Həmin şəxlərə yaxınlaşıb onlardan onu buraxmalarını xahiş etdikdə onların onu buraxmayacaqlarını görüb özünü suya atmış və qayığı dartıb sahildən aralanmaq istəmişdir. Lakin həmin şəxslərin qayığı tutub sahilə dartmaqlarını gördükdə əyilib onların üzərinə su atmağa başlamışdır. Lakin yenə də onların qayığı buraxmayacaqlarını görüb yerdən götürdüyü daşları, yəni çınqılları onlara tərəf atmışdır. Həmin vaxt onlar üzlərini qorumaq üçün qayığı buraxdılar. O, yaranmış fürsətdən istifadə edib qayığı dartıb sahildən aralandıqdan sonra cəld qayığa minmiş və mühərriki işə salmışdır. Estekadanın yanı ilə gedərkən Həsənqulu onu səsləyərək onu da götürməyini xahiş etdi. Həmin vaxt adını bilinməməsi üçün Həsənqulu onu «Nicat məni də götür» deyə çağırmağa başladı. O, Həsənqulu istiqamətində hərəkət edib qayığı saxlamış və Həsənqulu qayığa mindikdən sonra onlar Hövsan qəsəbəsi istiqamətində sahilə yaxınlaşıblar. Qayıqdan düşdükdən sonra hərkəs öz yaşadığı evə getmişdir. Həmin gün Səyyarı görməmiş və onun harada olmasını bilməmişdir. Ertəsi gün, yəni 17 yanvar 2022-ci il tarixdə saat 12 radalərində Səyyar ona məxsus vətəqəyə gələrək, gecəni qum adasında keçirdiyini bildirdi. O, ondan alət və ləvazimatlarının harada olmasını soruşduqda Səyyar ona bildirmişdir ki, əlvan metal kəsib toplamaq üçün götürdüyü alət və ləvazimatları, eləcə də mobil telefonu və idarə etdiyi «Vaz 2104» markalı avtomaşının açarlarını adada qalmışdır. Bundan sonra o, evdən götürdüyü ehtiyyat açarla maşını işə salıb getmişdir. 18.01.2022-ci il tarixdə saat 12 radələrində o, Şahin adlı şəxsin vətəqəsinə getmiş və orada oturub çay içərkən Şahin mənə bildirmişdir ki, Səyyar ona zəng vurub Su nəqliyyatında polis idarəsinin əməkdaşları tərəfindən axtarılır. Həmin vaxt o, Şahinə bildirmişdir ki, o, Səyyar və Həsənqulu 16 yanvar 2022-ci tarixdə birlikdə əlvan metal oğurlamaq üçün «Qum adası»na getmişdilər. Axşam saat 1 radələrində Şahinin vətəqəsində olarkən Su nəqliyyatında polis idarəsinin əməkdaşları oraya gələrək onları polis bölməsinə aparıblar. Polis Bölməsində olarkən o, baş vermiş hadisə barədə yəni 16 yanvar 2022-ci il tarixdə əlvan metal oğurlamaq üçün Həsənqulu və Səyyarla birlikdə Qum adasına getdiklərini etiraf etmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Zığ X14 Bölməsinin İTQ-nun baş inspektoru X8 məhkəmədə göstərdi ki, 16 yanvar 2022-ci il tarixdə Suraxanı rayonunda yerləşən X12 Şirkətinin prezidenti X16 NPİ-nin Zığ Limanında XPB-nə müraciət edərək bildirmişdir ki, 16 yanvar 2022-ci il tarixdə şirkətinin inzibati ərazisinə daxil olmuş naməlum şəxslər şirkəti və inzibati ərazini mühafizə edən xidmətin əməkdaşları tərəfindən müşahidə edildikləri üçün taxta qayığa minərək oradan uzaqlaşmışlar. Sonradan əraziyə baxış keçirilərkən həmin şəxslərə məxsus alət və ləvazimatlar aşkar edilərək götürülmüş nəticədə qarət hadisəsi zamanı şirkətə ziyan dəymişdir.Qeyd olunan fakt Zığ limanında XPB-nin ‘Törədilmiş və hazırlanan cinayətlər barədə əlumatların qeydiyyat kitabı”nda HK-1/01 nömrə ilə qeydiyyata alınaraq ilkin araşdırma aparılması Su NPİ-nin TQ-nun baş təhqiqatçısı polis mayoru Vüsal Əliyevə həvalə olunmuşdur.Araşdırma zamanı Şəxs, X4 və X2 əməllərində AR CM-nin 177.2.3.2 maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək icraatın AR İXM-nin 227-ci maddəsi ilə davam etdirilməsi üçün İTQ-yə verilmişdir.Aparılmış araşdırma zamanı qeyd edilən xırda talamanı törədən şəxslərdən birinin Şəxs olduğu müəyyən edildiyindən inzibati məsuliyyətə cəlb edilməsi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraat açılmışdır. Şəxs inzibati xəta haqqında iş üzrə verdiyi izahatında oğurluq etdiyini etiraf etmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş hüquqi şəxs X10 Company Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X6 bildirdi ki, artıq dəfələrlə anoloji oğurluq hadisələri baş verib. Dəymiş zərər ödənilib, lakin şirkət rəhbəri şikayətçidir. X1 qeyd etdiklərini nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə Şəxs inzibati xətanı bir qrup şəxs halında törətməsini onun məsuliyyətini ağırlaşdıran hallar hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 31 yanvar 2022-ci il tarixdən, saat 14:20dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-208/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-208/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver